HAFİZ HACIYEVİN YERLİBAZLIĞI TUTUB
Tarix: 2-05-2012, 13:46 |
Çap et
QƏRBİ AZƏRBAYCANLILAR MMP-DƏ TOPLANDILAR
Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında MMP sədri Hafiz Haciyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı və iş adamları ilə görüş keçirib.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və Qərbi Azərbaycanlılara hakimiyyət tərəfindən olan biganəlik, basqılar, o cümlədən 1988-ci ildə həmin regiondan zorla qovulmuş insanların qaçqınlıq statusunun şüurlu şəkildə ləğv edilməsi müzakirə mövzusu olunub.
Toplantıda Qərbi Azərbaycandan olan ziyalıların tələbi ilə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan həmin regiondan deportasiya olunanların ümumrespublika toplantısının keçirilməsində Müasir Müsavat Partiyasının bütün imkanlarından istifadə etməsi xahiş olunub.
Qeyd edək ki, MMP sədri Hafiz Haciyev ziyalıların bu xahişini dəyərləndirdiyini deyib və həmin müşavirənin keçirilməsi üçün əslən Qərbi Azərbaycandan olan siyasi xadimlərlə və müəyyən təşkilatlarla məsləhətləşmələr apardıqdan sonra onlara cavab verəcəyini söz verib.