MƏTBUATIN 41 DÜŞMƏNİ ELAN OLUNDU
Tarix: 3-05-2012, 16:38 |
Çap et
SİYAHIDA İLHAM ƏLİEVLƏ VASİF TALIBOVUN DA ADLARI VAR
Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı bəyan edib ki, 2012-ci ilin yanvarndan bəri dünyada 27 jurnalist öldürülüb. Onların əksəriyyəti Somali və Suriya kimi müharibə zonalarında həlak olub.
“Azadlıq” radiosunun məlumatına görə, “Sərhədsiz reportyorlar” həmçinin “Mətbuat düşməni” siyahısını yeniləyib. Siyahıda 41 nəfərin adı var. Azərbaycan prezidenti İlham Əliyevin və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun adları da həmin siyahıda yer alıb.