VİCDAN MƏHBUSLARINDAN “AVROVİZİYA” SÜRPRİZİ
Tarix: 3-05-2012, 19:54 |
Çap et
ÖLÜM ACLIĞINA QƏRAR VERİLDİ
Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək ictimai birliyinin sədri Oqtay İsgəndərli vicdan məhbusu Vidadi İsgəndərovla görüşüb. Bu xəbər Turana qurumdan daxil olub.
Xəbərdə deyilir ki, 14 saylı həbsxanada saxlanılan Vidadi İsgəndərov bu həbsxanadakı digər məhbuslarla birgə “ölüm aclığı” aksiyasına başlamaq qərarı verdiklərini açıqlayıb. Aksiyanın mayın 16-dan sonra başlaması nəzərdə tutulur.
Vicdan məhbusları aclıq aksiyasına başladıqdan sonra məhbusların ailə üzvlərinin, İctimai palata üzvlərinin, siyasi fəalların, xarici ölkələrdə olan azərbaycanlı siyasi mühacirlərin də aksiyaya qatılacaqları bildirilib.
V.İsgəndərov aksiyanın məqsədinin ölkədə insan haqlarının kobud şəkildə pozulmasını, qanunsuz həbsləri, saxta ittihamları, sifarişli məhkəmə hökmlərini dünyanın nəzərinə çatdırmaq olduğunu söyləyib.