POLİSLƏR TERROR HƏDƏFİ OLDU
Tarix: 4-05-2012, 12:18 |
Çap et
PKK-ÇILAR İKİ POLİS MƏMURUNU YARALAYIB
Türkiyənin Şırnak vilayətində PKK terrorçularının təşkil etdikləri hücum zamanı Şırnak polis idarəsinin şöbə müdiri və bir polis məmuru yaralanıb.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, meydana gələn qarşıdurma zamanı yaralanan polislər Şırnak dövlət xəstəxanasına aparılıb.
Terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.