“AYAZ MÜTƏLLİBOV SİYASƏTDƏN GETMƏYİB”
Tarix: 4-05-2012, 12:47 |
Çap et
“DEYİLƏNLƏR YALANDIR”
“Ayaz Mütəllibov hesab edir ki, Azərbaycan müxalifəti hazırda ölü vəziyyətdədir”.
Bu sözləri Azərbaycanın Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Ayaz Mütəllibovun siyasətdən getməsi haqda yayılan xəbərləri şərh edərkən bildirib. A.Əlizadənin sözlərinə görə, o, hər gün sabiq prezidentlə əlaqə saxlasa da, bu haqda ondan heç nə eşitməyib.
“Ayaz Mütəllibov daim partiya ilə əlaqə saxlayır. Onun siyasətdən getməsi haqda məlumat yalnışdır. Mən ondan belə bir söhbət eşitməmişəm. Daim əlaqə saxlayırıq və işlərimiz davam edir. Hazırda o Azərbaycanda olmadığı üçün partiyanın keçirdiyi iclaslara müdaxilə edə bilmir. Hər gün demək olar ki, mən Ayaz bəylə əlaqə saxlayıram”-deyə A.Əlizadə vurğulayıb.