İranda narkotik maddə qaçaqmalçılığında ittiham olunmuş 9 nəfər edam edilib. İran Ali Məhkəməsinin edam qərarlarını təsdiqləməsindən sonra bu şəxslər Tehranda asılıb.
Bu arada İranın DİN-i bəyan edib ki, ölkənin cənub-qərbində polisin apardığı əməliyyatlar zamanı 412 kq narkotik maddələr ələ keçirilib.