Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                 

MÜDAFİƏ NAZİRLİYİ GENERALI İFŞA ETDİ
Tarix: 8-05-2012, 11:53 | Çap et
MÜDAFİƏ NAZİRLİYİ GENERALI İFŞA ETDİ

NAZİRLİK LƏNKƏRAN ƏLİYEV BARƏDƏ ŞOK FAKTLARI AÇIQLADI

DİA.AZ: - Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov general Lənkəran Əliyevin açıqlamalarına cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Müdafiə Nazirliyi Lənkəran Əliyevlə bağlı məsələnin mətbuat müstəvisində müzakirəsini arzulamır: “Bəzi mətbuat orqanlarında elə təsəvvür yaradırlar ki, bu söhbətin genişlənməsində guya nazirlik özü maraqlıdır. Bu, qətiyyən belə deyil. Sadəcə olaraq Lənkəran Əliyev özü dayanmır. Hər həftə bir yanlış fikri ortaya atmaqla diqqəti cəlb etməyə çalışır. Bu yolla bəraət qazanmaq istəyir. Hər bir şey qanun çərçivəsində aparılmalıdır. Müdafiə Nazirliyinin istəyi də bundan ibarətdir. Lənkəran Əliyev bildirir ki, ona qarşı indiyəcən bir isbatlı dəlil ortaya qoyulmayıb. Bu münasibətə yalnız və yalnız acımaq mümkündür. Bəs, bu günə kimi onun həqiqəti əks etdirməyən ittihamlarına cavab olaraq konkret faktlar və rəqəmlər haradan götürülüb?!”

Məlumatda qeyd edilir ki, Lənkəran Əliyev Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamlar səsləndirməklə günahsız obrazını formalaşdırmağa çalışır: “Hətta o, 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamanı pərdələməyə çalışaraq məsələni yozmağa cəhd edir. 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aparılan yoxlamalarda bilavasitə iştirak edən məsul şəxs kimi bəzi məsələləri açıb deməyi vacib bilirəm. Buna bizi məhz Lənkəran Əliyevin özü məcbur edir. Əslində, onun törətdiyi cinayət əməllərinin istintaq materialları ilə tam sübuta yetirilməsi şəksizdir. Lakin bu qədər cinayət maddələrini hansı əməllərinə görə “qazandığını” çoxları bilmir. Yəqin ki, yoxlama zamanı aşkar olunan qanun pozuntularının bəzilərini Lənkəran Əliyevə yenidən xatırlatmaq yerinə düşər”.

V. Məmmədov generalın törətmiş olduğu qanunsuz əməlləri açıqlayıb: “Lənkəran Əliyev şəxsi məqsədlə dəfələrlə Göygöl rayonu Toğana kəndinə Silahlı Qüvvələrin TTM ərazisindəki tikintidən sökülmüş mişar daşları, döşəməaltı millər və taxtaları daşıdıb və bu azmış kimi “KAMAZ” markalı mülki avtomobillərin yanacaq çənlərini də TTM-in anbarının hesabına (300 litr) doldurtdurub. Eyni zamanda Lənkəran Əliyevin rəhbərlik etdiyi mərkəzdə yoxlama zamanı gizir hazırlığı kursunu bitirmiş hərbi qulluqçuların TTM-dən buraxılmasına baxmayaraq, qeyri-qanuni olaraq onlar 3 gündən sonra ərzaq təminatından çıxarılıb. TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin böyük əksəriyyəti isə səhər və şam yeməyində iştirak etməməsinə baxmayaraq onlar ərzaq təminatından çıxarılmayıblar. Belə ki, 08.04.2009-cu il tarixdə TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin şam yeməyində iştirakı yoxlanılarkən onlardan 17 faizi iştirak edib. Beləliklə də, külli miqdarda yeyinti və israfçılığa yol verilib. Bununla bərabər 2006-2008-ci illər ərzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlığı kurslarının kursantlarından, mütəmadi olaraq 5-40 manat və bir sıra kursantlara «kiçik çavuş» və «çavuş» hərbi rütbəsinin verilməsi üçün 50 və ya 100 manat məbləğində pul yığılıb. Lənkəran Əliyev indi haqdan, ədalətdən danışır. Bunlar Lənkəran Əliyevin və tabeliyində olanların vəzifəsindən sui-istifadə etməsi nəticəsində aşkarlanmış qanun pozuntularının və dövlətə vurulmuş ziyanın bir hissəsidir. Onun neçə-neçə hərbi qulluqçunu bədbəxt etməsi ilə bağlı isə mətbuatda çox zabitlər çıxışlar ediblər. Bəli, maraqlıdır vəzifədə olduğu müddətdə yalnız öz şəxsi maraqlarını düşünən və bu istiqamətdə fəaliyyətini quran bir şəxs indi necə özünə haqq qazandırmağa çalışır? Yaxud da qəzetdə «mən məcbur oluram düşünəm ki, kimi qorumuşam və niyə qorumuşam» ifadəsini işlədən Lənkəran Əliyevin məntiqindən belə çıxır ki, o, bütün xidmətlərini məhz bir neçə kvadratmetr mənzilə görə edib. Özü də qanunsuz zəbt etdiyi mənzilə görə...”

Bundan başqa hələ bir müddət öncə Lənkəran Əliyevin cənab prezident tərəfindən ona verilən mənzili satdığı barədə məlumatlar verilib: “İndi isə Lənkəran Əliyev deyir ki, guya ona qarşı irəli sürülən ittihamlara görə 30 min manat ödəyib və bunun üçün də ölkə rəhbərliyinin ona hədiyyə etdiyi mənzili satmağa məcbur olub. Qoy lap belə olsun. Əvvəla Lənkəran Əliyevin dövlətə vurduğu maddi ziyan məhkəmə tərəfindən sübuta yetirilib və bu o deməkdir ki, həmin məbləğ mənimsənilib. Digər tərəfdən belə çıxır ki, Lənkəran Əliyev dövlətin əmlakını dağıtmasına və bunun üçün rəhbərlik tərəfindən ona verilən mənzili satmasına haqq qazandırır. Hörmətli Lənkəran Əliyev siz niyə dövlətin əmlakını dağıdırdınız ki, sonra da onu ödəmək üçün məhz dövlətin verdiyi evi satasınız? Göründüyü kimi, Lənkəran Əliyevin açıqlamaları heç bir məntiqə söykənmir və sadəcə olaraq özü-özünü pis vəziyyətə salan şəxsin çıxış variantı tapmadığı üçün nə dediyini bilməməsindən o yana keçmir. Hər halda mən bütün bunlara görə təəssüf edirəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru