QATİL HAKİM VƏ PROKUROU AĞLATDI
Tarix: 8-05-2012, 13:25 |
Çap et
BREYVİKİN AKTYORLUĞU DA VAR İMİŞ
Oslo şəhər məhkəməsində 250 nömrəli məhkəmə salonunda Utoya adasında öldürülən 13 gəncin necə öldürülməsi müzakirə edilib. Məhkəmə dinləmələrində Breyvik dəhşətli hücum anlarını izah edərkən prokuror və hakim dəfələrlə göz yaşlarını silmək məcburiyyətində qalıb.
Breyvikin anlatdıqlarından təkcə hakim və prokurorlar duyğulanmayıb. Məhkəmə salonunu dolduran terror hadisəsində ölənlərin yaxınları, hücumlardan sağ xilas olanlar və jurnalistlər də göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, Breyvik əvvəlki dinləmələrdə Utoya adasına çıxdıqdan sonra 13 gənci necə öldürdüyünü xatırlamadığını bildirdiyinə görə məhkəmə təkrar müzakirə qərarı vermişdi.