ŞOK: GENERALIMIZ QIZIL YATAQLARI ALIB
Tarix: 8-05-2012, 13:57 |
Çap et
HANSI ZABİTİMİZ CAR-A İNVESTİSİYA QOYUR?
Azərbaycandan olan bir general Cənubi Afrika Respublikasında (CAR) böyük biznes qurub. Bu barədə gunxeber.com-a daxil olan məlumata görə, ölkədə çox böyük gücə malik olan həmin general və ona yaxın oliqarxlar ilyarım bundan əvvəl CAR-da biznes qurmağa başlayıblar. General və adamları bu ölkədə qızıl yataqları alıblar. Buna görə də, sərmayələrinin böyük bir hissəsini Azərbaycandan çıxarıblar.
Məlumatda bildirilir ki, bir müddət CAR-da qızıl yataqlarında işlər gördükdən sonra digər əlvan metal və mineral yataqları da alıblar.
Qeyd edək ki, həmin general və ona yaxın şəxslərin Azərbaycanda, eləcə də bir sıra ölkələrdə, xüsusən də Qazaxıstanda da böyük bizneslərinin olduğu bildirilir.
Onu da bildirək ki, hazırda dünyanın qızıl bazarında Cənubi Afrika Respublikası, ABŞ, Avstraliya, Çin və İndoneziya kimi nəhənglər hökmranlıq edirlər.