"HƏLƏ BİR AZ DA ARIQLAMAQ FİKRİM VAR"
Tarix: 11-05-2012, 14:52 |
Çap et
ƏMƏKDAR ARTİST UTANDIĞINI SÖYLƏYİR
Əməkdar artist Abbas Bağırov müxtəlif üsullara əl atsa da, istədiyinə nail ola bilmədiyini görüb, idmanla məşğul olmaq qərarına gəldi. Bəli, müğənni artıq kilolardan canını qurtarmağın yolunu nəhayət ki, tapdı. Həftə boyu şəhərin tanınmış əyləncə məkanlarından birində idman edən sənətçı nə az-nə çox, qısa müddət ərzində düz iyirmi kilo arıqlayıb. Amma dediyinə görə, bununla kifayətlənmək fikrində deyil. Qarşısına qoyduğu məqsədə doğru irəliləyən Abbas hələ bir müddət də arıqlamaq istəyir: “Sənətçi gərək özünə daima fikir versin. Yeyib-içməkdən elə kökəlmişdim ki, bunun fərqinə də varmırdım. Bir gün həmyaşıdlarımdan biri ilə qarşılaşdım. O, məndən qat-qat cavan görünürdü. Çox utandım və özümə söz verdim ki, indən belə yemək yeməyəcəyəm və dieta saxlayacağam. Lakin bunun da fayda vermədiyini görüb, idmana keçdim. Effekt göz qarşısındadır. Tezliklə bir klip çəkdirib, tamaşaçılara təqdim edəcəyəm. Yeni görkəmdə, yeni imicdə!”
Bəzi müğənnilər ət tökməklə məşğul olsalar da, digərləri idmanla artıq ətdən azad olmağa üstünlük verirlər...