DAXİLİ İŞLƏR NAZİRİ GÖRƏVDƏN ALINDI
Tarix: 12-05-2012, 13:01 |
Çap et
LUKAŞENKODAN “TƏMZİLƏMƏ” ƏMƏLİYYATI
Məlumata görə, Kuleşov Daxili İşlər Nazirliyində başlanan “təmizləmə” çərçivəsində prezident tərəfindən işdən çıxarılıb. Onun dəqiq hansı səbəblərə görə işdən çıxarıldığı isə bildirilmir.
Boşalmış nazir vəzifəsinə, buna qədər nazirin birinci müavini vəzifəsini tutmuş İqor Şuneviç təyin edilib. Buna qədər bir sıra vəzifələr tutan Şuneviç əsasən Milli Təhlükəsizlik orqanlarında çalışdığı dönəmdə tanınıb.
Qeyd edək ki, Belarus müxalifəti ölkədə etiraz aksiyalarının dağıdılmasının əsas təşkilatçısı kimi Kuleşevi görür və onun istefasını tələb edirdi. O, Avropa İttifaqı tərəfindən Avropaya girişi qadağan edilən siyasətçilər siyahısına da daxil edilib.