Rusiya masada özündən başqa heç kimi istəmir - Partiya sədri
Tarix: 15-01-2021, 08:54 | Çap et
44 günlük Vətən Müharibəsi Azərbaycanın regiondakı üstünlüyünü bərpa edib. Artıq bölgədə proseslər yeni müstəviyə keçib. Azərbaycanın öz sərhədlərini, ərazi təhlükəsizliyinin qorunması müstəvisində qarşılaşdığı vəziyyətlər gərginliyi ilə diqqət çəkir.
Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Ümid partiyasının sədri İqbal Ağazadə maraqlı nüansları önə çəkib.
- Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda əsas vasitəçi olan Rusiya regionda nəyə nail olmağa çalışır. Bu prosesdə Azərbaycan üçün mühüm olan nədir?
- Bu gün Azərbaycan üçün mühüm olan odur ki, proses gedir. Azərbaycan bu prosesdən uduzmur. Rusiya bu görüşləri ona görə təşkil etmir ki, tərəflər sülhə nail olsun, Cənubi Qafqaza əminəmanlıq gəlsin. Hamı yaxşı başa düşür ki, Kreml bu görüşü regionda möhkəmlənmək, regionu öz nüfuz dairəsindən çıxmamaq üçün yollar axtardığına görə təşkil edir. Moskva daha çox “masalar” təşkil edir və daha çox sənədlərin imzalanmasına çalışır ki, onun əsasında tərəflərə təzyiq edib regionda qalmaq üçün hüquqi əsas tapsın. Şimal qonşumuz bunu reallaşdırmaq üçün hələlik ortaya mövqe qoya bilir. Hələlik regionda masanın başında Rusiya dayanır.
- Azərbaycan Ermənistanla danışıqlarda kommunikasiya və iqtisadi-ticari əlaqələrin qurulmasından əvvəl ilk növbədə hansı məsələnin həlli üzərində dayanmalıdır?
- Kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması yalnız o şərtlə mümkün ola bilər ki, tərəflər Azərbaycanın ərazi bütövlüyünü tanısın. Hesab edirəm ki, yaradılan işçi qrupunun və Azərbaycanın səlahiyyətli nümayəndələrinin danışıqlarda ilk qaldıracağı məsələ bu olmalıdır. Artıq ondan sonra prosesi fərqli istiqamətdə aparmaq rahat olacaq. Təəssüf ki, bu məsələ indiyə qədər ortaya gətirilməyib.
Ona görə də Azərbaycanın danışıqlarda birinci növbədə BMT-də qəbul edilmiş sərhədlər çərçivəsində dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsini qaldırmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanımalıdır. Ərazi bütövlüyü tanındıqdan sonra konflikt yeni bir mərhələyə daxil olur. Artıq bundan sonra Ermənistan tərəfindən hər hansı bir hərbi müdaxilə baş verərsə, bu, bir ölkənin başqa bir ölkənin ərazisinə qəsdi və yaxud da müharibəyə başlaması kimi qiymətləndirilə bilər. Diqqət edirsizsə, Rusiya bu məsələdə də maraqlı deyil. Rusiya ərazi sərhədlərinin bütövlüyü məsələsinin müzakirəsinə başlanılmasını istəmir.
- Sizin fikrinizcə, Qarabağ məsələsi yenidən beynəlxalq müstəvidə hüquqi bir mərhələyə daxil ola bilərmi?
- Ərazilərimizin tanınmasından sonra Azərbaycan istənilən danışıqlarda hüquqi üstünlük əldə edəcək. Ona görə də, qeyd etdiyim kimi, Ermənistanı daha çox buna məcbur etmək lazımdır. Azərbaycan ortaya belə bir mövqe qoymaldır ki, əgər sən mənim ərazi bütövlüyümü tanımırsansa, mənim ərazi bütövlüyümə qəsd və yenidən müharibə etmək barədə düşünürsənsə, mənim səninlə iqtisadi və siyasi əlaqələr qurmağım məntiqə uyğun deyil. Biz xoş məramımızı ifadə eləyirik, kommunikasiyaların açılmasının, Ermənistanın blokadadan çıxmasının tərəfdarıyıq, region xalqlarının yaxın qonşuluq münasibətləri çərçivəsində barış və sülh şəraitində yaşamasını istəyirik. Lakin sən də bunun müqabilində BMT-nin tanıdığı sərhədlər çərçivəsində mənim ərazi bütövlüyümü və suverenliyimi tanımalısan. Bizim ərazilərimiz tanınandan sonra biz istənilən məsələni istənilən masada müzakirə edə bilərik.
- Türkiyənin bir sıra ekspertləri Türkiyənin bu danışıqlar prosesinin kənarına itələndiyini deyir. Türkiyə bu dəfə niyə kənarda qaldı?
- Ermənistan və ayrı-ayrı dövlətlər regionda prosesin içərisində olmaqda maraqlıdır. Rusiya isə “masada” ondan başqa heç kimi istəmir. Azərbaycan masada Türkiyənin olmasında maraqlıdır. Amma masada əsas söz sahibi Rusiyadır.
Yəni bu təkcə Azərbaycanın istəyi ilə bağlı olan məsələ deyil. Türkiyənin bu masada olmasını istəyən çox az dövlətlər var. Azərbaycandan başqa kimsə Türkiyənin masada olmasını istəmir. Bunu ilk növbədə istəməyən Rusiyadır, Avropa ölkələridir. Hətta Rusiyaya embarqo, sanksiya tətbiq eləyən dövlətlər belə Rusiyanın regiona daxil olmasına qarşı çıxmadılar. Türkiyənin hətta sülhməramlı qismində regiona gəlməsini əngəlləmək üçün mövqelər ortaya qoydular. Hər kəs Türkiyəyə qarşı çevrildi. Rusiya bu məsələdə mövqelərini açıq ifadə etməsə də, hamı çox yaxşı bilir ki, Kreml Türkiyənin nəinki masada, bölgədə olmasını istəmir. Faktiki olaraq tək Azərbaycanın istəyi ilə bu məsələni gerçəkləşdirmək o qədər də asan deyil. Azərbaycan fərqli mövqe tutmalıdır. Azərbaycan ərazilərini qorumaq üçün Türkiyə ilə ikitərəfli birgə əməkdaşlıq müqaviləsi bağlayıb, türk ordusunu öz ərazisinə dəvət etməlidir. Türkiyə Monitorinq Mərkəsindəki funksiyasından istifadə edirsə, sülhməramlıların, o cümlədən Ermənistanın Dağlıq Qarabağın üzərində hüquqlarının genişləndirməsinə və hər məsələyə müdaxilə etməsini əngəlləyən bir siyasət yürütməlidir. Eləcə də Ermənistan və İranla sərhədlərinin qorunması istiqamətində Türkiyə-Azərbaycan müqaviləsi bağlanmalıdır. Görünür ki, bu məsələ ilə bağlı Türkiyənin də edə biləcəyi çox az şey var idi.
- Başqa bir mülahizəyə görə, Putin və Makron Cənubi Qafqazda hansısa yeni bir model barədə razılığa gəldilər.
- Heç kəs Cənubi Qafqazda yeni model düzəldə bilməz. Hər hansı yeni model birinci növbədə Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın Türkiyənin razılığı və maraqları qorunmadan hər hansı prosesdə iştirakı məntiqdən çox uzaq görünür. Əgər bu, Azərbaycanın maraqlarına zidd olacaqsa, dövlətimiz heç bir halda razılaşmayacaq. Türkiyənin maraqlarına zidd olarsa, Azərbaycan belə layihələrdə iştirak etməyəcək. Əgər qəbul etsək ki, Fransa regionda Türkiyəyə qarşı sərt mövqedə dayanan ölkədir, Rusiya Surya və Liviyada Türkiyə ilə döyüş halındadır, deməli hər hansı “Rusiya-Fransa modeli” Türkiyənin ziyanına ola bilər. Ona görə də Azərbaycan bu məsələrərdə iştirak etməyəcək. Azərbaycanın iştirak etmədiyi hər hansı layihə isə iflasa uğrayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10 |
|
|
|
• "Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04 |
|
|
|
• Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58 |
|
|
|
• Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55 |
|
|
|
• "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47 |
|
|
|
• "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43 |
|
|
|
• Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40 |
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
|