"Məhz Naxçıvan vasitəsilə yeni açılacaq Mehri dəhlizi..." - deputat
Tarix: 11-03-2021, 08:17 | Çap et
Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman Zəngəzur dəhlizinin açılmasının çox önəmli məsələlərdən biri olduğunu bildirib. Prezident birgə səylərlə buna da nail olacağımıza əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Rusiya prezidenti və Ermənistanın baş nazirinin ötən il 10 noyabrda imzaladığı birgə bəyanatda Zəngəzurun Mehri rayonu ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılmasını nəzərdə tutan bənd var.
Yanvarın 11-də isə Moskvada imzalanmış üçtərəfli bəyanatda noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın həmin 9-cu bəndinin icrası mexanizminin və vaxtının dəqiqləşdirilməsi kimi məsələlər əksini tapır. Yanvarın 11-də təsdiq olunmuş 4 bənddən ibarət üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasındakı kommunikasiyaların açılmasına və nəqliyyatın təhlükəsiz hərəkətinin təşkilini nəzərdə tutub. Göründüyü kimi, Zəngəzurdan dəhlizin açılmasının mühüm əhəmiyyət daşıyacağını Azərbaycan Prezidenti xüsusi vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük qələbə həqiqətən də regionda yeni reallıqlar yaradıb. Yeni əməkdaşlıq imkanlarına yol açıb. Bu imkanlardan biri də bölgə ölkələrinin bir-biri ilə əlaqələrini, əməkdaşlığını genişləndirəcək yeni nəqliyyat dəhlizinin açılmasının nəzərdə tutulmasıdır. Zəngəzur dəhlizinin açılmasından Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Ermənistan, həmçinin Gürcüstan iqtisadiyyatı da yeni imkanlar əldə etmiş olacaq: “Dəhlizin açılması Azərbaycanın digər bölgələrini quru yollar vasitəsilə Naxçıvana birləşdirəcək, Naxçıvan blokadadan çıxacaq və Azərbaycanın əsas hissəsindən Türkiyəyə birbaşa yolumuz açılmış olacaq. Bu bəyanatın icrası ilə Naxçıvanda yaşayan əhalimizin gediş-gəlişindəki, yük daşımalarındakı bütün çətinliklər aradan qalxacaq. Bu, Azərbaycanın bütün regionlarının birləşməsi və bütövləşməsi deməkdir. Digər tərəfdən isə bu, regionun iqtisadi xəritəsini dəyişəcək, region üçün çox əhəmiyyətli və qitələri daha səmərəli şəkildə birləşdirəcək yeni beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizi olacaq. Mehri dəhlizinin açılışı Asiyadan Avropaya və əks istiqamətdə ölkəmizin üzərindən keçən nəqliyyat dəhlizlərinin uzunluğunu kifayət qədər qısaldır. Yolun uzunluğunun azalması həm vaxt itkisinə qənaətdir, həm də yüklərin daşınmasının maya dəyərinin aşağı düşməsi deməkdir. Bu baxımdan, Mehri dəhlizi rəqabətqabiliyyətliliyinə görə səmərəli və rentabelli olacaq. Bu da ölkəmizin üzərindən daşınacaq beynəlxalq tranzit nəqliyyat dəhlizlərinin cəlbediciliyini və daşımaların həcmini kifayət qədər artıracaq. İxrac marşrutunun qısalması iqtisadi səmərə deməkdir və məhz Naxçıvan vasitəsilə yeni açılacaq Mehri dəhlizi Avropaya və Şərq ölkələrinə daşınacaq qeyri-neft məhsullarının artırılmasına imkan verəcək. İlkin hesablamalara görə, regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 %, emal sənayesini 3 % və mədən sənayesini 2,7 % artıra bilər. Təbii ki, belə yeni iqtisadi artımlara nail olmağımız ölkəmizin iqtisadi gücünün artması deməkdir”.
Deputat qeyd etdi ki, dəhlizin açılması turizm sənayesinə də təsirini göstərəcək: “Gələcəkdə bu dəhliz vasitəsilə sərnişin daşımaları da təşkil olunacaq. Biz torpaqlarımızı işğaldan azad etdik, indi isə kommunikasiyaların açılmasından səmərəli istifadə etməklə iqtisadiyyatımıza əlavə gəlirlər gətirəcəyik. Ermənistanda hələ də bunu tam dərk etməsələr də dəhlizin açılması Ermənistanın da iqtisadiyyatına müsbət təsirini göstərəcək”.
A.Hüseynov hesab edir ki, sözügedən dəhlizin açılması və istifadəyə verilməsi Azərbaycan Prezidentinin bir müddət əvvəl ifadə etdiyi bölgənin 6 qonşu ölkəsinin əməkdaşlıq formatının yaranmasında ciddi rol oynaya bilər. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
|