“Uşaqpulu” verməklə problem çözülməyəcək - deputat
Tarix: 1-04-2021, 09:08 |
Çap et
“Uşaqpulu məsələsinə bir qədər fərqli yanaşıram. Bu, demoqrafik böhran olduqda təşviq edilir.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
E.Qədirli bildirib ki, “uşaqpulu”nun əvəzinə, mənzil şəraitinin yaxşılaşdırılması daha yaxşıdır: “İnsanlara faizsiz kreditlər verilməlidir. “Uşaqpulu” sol strategiyaya uyğundur. “Uşaqpulu” verməklə problem çözülməyəcək. Valideyn vəsaiti uşağına xərcləməyə də bilər. Amma mənzil şəraiti yaxşılaşdırılsa, nəticə əldə etmək olar”.