Siyasi dialoq imkanları artırır: Partiyaların intibah dönəmi - TƏHLİL
Tarix: 7-04-2021, 09:36 | Çap et
İslahatlar davam edir.
Kompleks islahatlar kursunda kadr yenilənmələri ilə yanaşı, siyasi konfiqurasiyanın əsaslı tətbiqi də göz önündədir. Siyasi qüvvələrin davamlı formada əməkdaşlığı, iqtidar və müxalifət arasında sağlam dialoq mühiti artdıqca, cəmiyyətdə, eləcə də siyasi mühitdə plüralizm ənənələri dərinləşir.
Bir müddət əvvəl siyasi təşkilatların fəaliyyət imkanları üçün adi minimum imkanlar belə yox idi. Bu, xüsusilə təşkilatlanma baxımından onlara ciddi əngəllər törədir, partiyaları belə demək mümkünsə, qiyabi fəaliyyətə sövq edirdi. Bütün bunlar isə partiyaların yerli təşkilatlarının formalaşmasını mümkünsüz edirdi. Üzvlərin siyasi diskussiya imkanları olmur, partiyanın siyasi kursu ilə bağlı rəhbərlik və yerli təkilatlar arasında əlaqələri məhdudlaşdırırdı.
Ona görə də siyasi partiyalar daim qərargah problemlərinin olduğunu fəaliyyətlərinə əsaslı əngəl hesab edir, bu problemin dövlət tərəfindən həllinə dəstək istəyirdilər. Bu, lakin uzun illər problem olaraq siyasi gündəmi zəbt etsə də, nəticəsi olmurdu.
Azərbaycanda islahatların başlandığı ilə bağlı dövlət başçısınını siyasi iradəsindən sonra siyasi mühitdə də yeniliklər davamlı istiqamətdə inkişaf edir. Prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri ilə keçirdiyi görüşlərdən sonra bir çox məsələlər kimi partiyaların qərargah məsələsi də artıq həllini tapıb.
Partiyaların fəaliyyətinə daha əlverişli imkan yaradılması, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri hesabına qərargahla təmin olunması prosesi davam edir.
Qeyd edək ki, bu günə qədər bir sıra partiyalar ofislə təmin olunub. Belə ki, Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Xalq Partiyası və bir sıra digər siyasi təşkilatlar ofislə təmin olunub.
Partiyaların ofislə təmin olunması prosesi davam etdirilir. Yaxın zamanlarda ofisi olmayan digər partiyaların da qərargahla təminatına baxılacağı gözlənilir. Partiyaların ofislə təmin olunması onların fəaliyyətinə müsbət təsir etməklə yanaşı, ölkədə iqtidar-müxalifət münasibətlərində açılımın davam etməsində mühüm rol oynayır. Partiyaların sərbəst fəaliyyət imkanlarının artırılması eyni zamanda, cəmiyyətdə demokratik dəyərlərin inkişafı baxımından da çox əhəmiyyətli bir prosesdir. Bəzən Azərbaycanın siyasi müstəvisi üçün bu açılıma kölgə salmağa da cəhd edilir. Təbii ki, bu münasibətlərin inkişafını istəməyən müxtəlif qüvvələr mövcuddur.
İstər müxalifətin inkar qanadı, istərsə də siyasi qarşıdurmadan faydalanmaqla öz təsir gücünü saxlamaq haqqında illüziyalara qapılaraq kambinasiyalar düşünən bəzi keçmiş məmurlar da bu prosesdən narahatdır. Lakin dövlətin mövqeyi qətidir və siyasi həmrəyliyin saxlanması, iqtidar-müxalifət münasibətlərinin sivil formada davam etməsi istiqamətində mühüm addımlar atılır.
Partiya rəhbərləri də hazırkı durumu müsbət dəyərləndirirlər.
AĞ Partiya başqanı Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, partiyalarla əməkdaşlıq siyasi dialoqun tərkib hissəsidir:
“Hakimiyyətin özünün təklif etdiyi milli barışın, siyasi həmrəylik mühitinin yaradılması üçün bu addımlar atılır və biz bunu təqdir edirik. Bu addımlar önəmlidir. Çünki əgər bir dövlətin siyasi partiyası normal fəaliyyət göstərə bilmirsə, o dövlətin sütunları zədələnər, dövlətçiliyi təhlükə altına girər. Necə ki, uzun illərdir iqtidar yanlış siyasət yürüdərək siyasi partiyaların sıradan çıxarılmasına yönəlik addımlar atırdı, bunun da acı nəticəsi həssas məqamlarda üzə çıxırdı. Amma 44 günlük müharibə bizə göstərdi ki, milli birlik nə qədər vacib məsələdir. Siyasi həmrəylik, dialoq, lazım gələndə bir masa ətrafına toplaşa bilmək, Azərbaycanın ümumi maraqları naminə bir sənədin altına imza atmaq dövlət üçün nə qədər önəmli məsələdir. Partiyanın normal fəaliyyəti üçün mərkəzi qərargahın olması vacibdir.
Partiyanın qərargahsız fəaliyyəti mümkünsüzdür. Bu baxımdan da partiyalara ofislərin verilməsi də önəmli addımdır. Amma düşünmürəm ki, təkcə ofislərlə kifayətlənmək olar, partiyaların fəaliyyətini stimullaşdıran addımlar atılmalıdır. Partiyaların büdcədən maliyyələşməsi məsələsi həll olunmalıdır. Regional bölmələrin ofislə təminatı, siyasi fəaliyyətlə məşğul olmalarına maneə yaradan bütün amillərin aradan qaldırılması lazımdır. Düşünürəm ki, partiyaların güclənməsi üçün hələ çox görüləcək işlər var. Təbii ki, partiyaların güclənməsi dövlətin güclənməsi deməkdir. Artıq media siyasətinə dəyişiklik olunub və müxalif fikirli insanların televiziyalara, mediaya çıxışına süni əngəllər yaradılmır, biz efirdən sözümüzü deyə bilirik.
Artıq normal tənqidə görə təzyiqlər azalıb və normal münasibətlər də əslində budur, belə də olmalıdır. Düşünürəm ki, bu proses qətiyyətli, ardıcıl və prinsipial şəkildə davam etdirilməli, Azərbaycanda çoxpartiyalı sistem bərpa olunmalıdır. Dövlətin güclü, regionda söz sahibi olması üçün bundan vacib məsələ yoxdur”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib ki, dalaşmaqdan əvvəl danışmaq lazımdır:
“Bizim müxalifətçiliyimiz yalnız düşüncə müxalifətçiliyi olmalıdır, fərdi, qərəzli şəkildə kiminləsə mübarizə aparmaq müxalifətçilik deyil. Hesab edirəm ki, sonrakı mərhələlərdə parlamentdə komitə sədrləri, spiker müavinləri səviyyəsində müxalifətin təmsil olunması da irəliyə doğru atılan addımdır. Ən ümdə məsələ isə odur ki, göndərilən müraciətlərə çox ciddi şəkildə baxılır. Hesab edirəm ki, bundan sonra da rayonlarda yerli şöbələrə İcra Hakimiyyəti qərargah verməlidir. Bu da çox vacib məsələdir və həm də məhsuliyyətin bölüşdürülməsidir.
Yəni məsuliyyət təkcə iqtidarın üzərinə düşmür, həm də müxalifətlə bölüşülür. Bu da gələcəkdə bələdiyyə və başqa seçkilərdə effektiv olacaq. Bu gün partiyalarda yüksək səviyyəli mütəxəssislər var. Onların hakimiyyətdə təmsil olunması, rəhbərliyə gətirilməsi vacibdir. Hesab edirəm ki, yavaş-yavaş bunlar da gerçəkləşməlidir. Bu məsələyə çox optimist baxıram”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
|