“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                 

İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı - QALMAQAL
Tarix: 9-04-2021, 09:18 | Çap et
İlqar Məmmədov müxalifəti oliqarxlara işləməkdə suçladı
REAL Partiyası ilə müxalifətin digər təşkilatları arasında qovğa davam edir. Partiya sədri İlqar Məmmədov uşaqpulu ilə bağlı narazılıq yaradan açıqlamadan sonra bu dəfə müxalifəti bolşevizmdə ittiham edib. “Yeni Müsavat” xəbər verir ki, o, sosial şəbəkədəki hesabında bəzi partiyaları populist fikirlər söyləməklə cəmiyyəti çaşdırmaqda ittiham edib.

REAL sədrinin sözlərinə görə, populistlər bir çox azərbaycanlının şüuruna yeridiblər ki, ali və orta məmurların, onların qohum-əqrəbasının birbaşa, ya da dolayısı ilə korrupsiyadan əldə etdikləri var-dövlət müsadirə olunarsa və yoxsullara birbaşa yardıma sərf edilərsə, xalq yaxşı yaşayacaq. İ.Məmmədov hesab edir ki, bu böyüklükdə yalanı tarixdə ancaq kommunistlər xalqa danışmışdı, sonra isə elə həmin xalqı güllələmiş, ya da acından öldürmüşdülər.

Partiya sədri oliqarxiyanın var-dövlətinə qarşı səslənən bir sıra şüarları tənqid edib və bunu “bolşevik şüarları” adlandırıb. REAL sədri çıxış yolunu məmur olqarxiyasının əlində olan pulu inkişafa cəlb etməkdə görür: “Kapitalın cəmləşməsi faktını milli inkişafın xidmətinə qoymalıyıq. Qismən maliyyə amnistiyası, qismən müsadirə, əsasən isə bu cəmləşmiş var-dövlət iş yerləri, elm və mədəniyyətə təkan verəcək sərmayələrə çevrilməlidir”.

Onun fikrincə, hazırda oliqarxik çevrələrdə baş verən daxili çəkişmələr çox ziyanlıdır: “Yerli populistlərin bir çoxunun sponsoru da bəlkə elə o oliqarx qruplaşmalarıdır. Məhz bu cür çəkişmələr kapitalın cəmləşməsi kimi bir tarixi faktı başqa xalqlarda milli inkişafa xidmətdən yayındırıb, bizdə də yayındıracaq - əgər məsuliyyətli siyasi planlama əvəzinə qeyri-sağlam, populistlərə söykənən oliqarxlararası rəqabət üstün çıxarsa”.

İ.Məmmədov əlavə edib ki, “populistlərin gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq”.

Onun çıxışında iki məsələ diqqət çəkir: bu, oliqarxların müdafiəsidirmi, yoxsa milli inkişafın strategiyasını təqdim etməkdir? İkinci məsələ isə müxalifəti bəzi oliqarxlardan pul almaqda ittiham edir. REAL-ın müxalifətlə arasında çat yaradan bu mövqenin səbəbi nədir? Bu gedişlə patiya AXCP və Müsavat kimi özünü müxalifətdən təcrid yolunu tutmurmu? Müxalifəti nəzərdə tutaraq “onların gündəmini indi məhv etməsək, seçkidə onların öhdəsindən gəlmək hər kəsə daha da çətin olacaq” nə deməkdir?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, İ.Məmmədovu müxalifət kimi qəbul edən adam yoxdur: “Özlərini zorla cəmiyyətə müxalifət kimi sırımaq istəyirlər. Düzdür, onun sözlərinin mənə aidiyyəti yoxdur, heç vaxt belə söz deməmişəm ki, oliqarxların pulunu alıb kasıba paylamalıyıq. Amma İlqar Məmmədovun bütövlükdə xalqına baxışı, siyasətə münasibəti antimillidir, dövlət maraqlarına uyğun deyil. Onlar bir proyektdirlər, xaricə işləyiblər”.

S.Cəlaloğlu hesab edir ki, indi iqtidarın əlinə keçiblər, ondan istifadə edirlər: “Mən 4 dəfə Avropa Məhkəməsində udmuşam, amma o, 1 dəfə udub, artıq 234 min manat təzminat alıb. Bundan görünür ki, oliqarxiyaya münasibəti nədəndir. O, savadsız, mill şüura yad adamdır. Nə vaxt istəsə, onunla debata çıxa bilərəm. Deyir ki, prezidentliyə namizəd olmuş adamla debata çıxmaq istəyir. Gəlsin, danışaq, mən 3 dəfə prezidentliyə namizəd olmuşam”.

ADP sədrinin fikrincə, ümumiyyətlə, ölkədə müxalifət liderləri göz qabağındadır: “Xalq hər şeyi görür, gözü açılıb, bilir kim hökumətin adamıdır, kim rusa, kim Qərbə xidmət edir. Ona görə İlqar Məmmədov özünü alternativ müxalifət kimi soxuşdura bilməz”.

AĞ Partiya başqanı Tural Abbaslı lakonik şəkildə bildirdi ki, partiya olaraq qeyri-ciddi siyasətçilərə və nüfuzu olmayan strukturlara reaksiya verməmək barədə qərar qəbul edilib, ona görə İ.Məmmədovun fikirlərini şərh etmək istəmir.

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, İ.Məmmədovun fikirləri onlara aid deyil: “Mən rast gəlməmişəm ki, hansısa müxalifət partiyası ”oliqarxlardan pulları alıb kasıblara verək" yanaşması ortaya qoysun. Ona görə İlqar Məmmədovun sözlərini şərh etmək istəmirəm. Sadəcə, partiya rəhbəri oponnentlərinə yönəlik fikir səsləndirəndə bir qədər diqqətli olmalıdır, etik çərçivəni keçməməlidir. Bu, siyasi mühitdə barış deyil, münasibətlərin korlanmasına gətirib çıxara bilər. Eyni zamanda partiyanın özünü təcrid etməsinə, tək qalmasına səbəb olar. Çox təəssüf ki, bu cür xoşagəlməz tərz seçilib".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı qeyd etdi ki, İ.Məmmədovun “bolşevizm” və “populizm” deyə qiymətləndirdiyi fikirlər hər hansı siyasi partiya və ya siyasətçi tərəfindən səsləndirilməyib: “Oliqarxların kapitalının xalq nəfinə müsadirə olunması sosial şəbəkələrdə sadə vətəndaşlar tərəfindən ifadə olunub və bunu müəyyən mənada ictimai sifariş saymaq olar. İllərlə bu ölkənin gəlirlərini öz nəfinə keçirərək varidat toplayanlara ciddi xalq qəzəbi var və bu qəzəb ancaq həmin şəxslərin hüquqi yolla siyasi və maddi cəzalandırılması ilə səngiyə bilər. Buna görə də İlqar bəyin özünü oliqarxiya cəfakeşi kimi göstərməsi gülüncdür. Adam həm deyir ki, oliqarxlar müxalifətə dəstək verir, həm də deyir ki, müxalifət onların kapitalının müsadirə olunmasını təklif edir. Ziddiyyətlidir”.

VHP sədrinin müavini bildirdi ki, bəli, zaman-zaman oliqarxların hansısa siyasi qüvvələrlə separat maddi-siyasi əlaqədə olmasına rast gəlinib: “Bu tamam başqa mövzudur və məsələyə aidiyyəti yoxdur. Cəmiyyətə ”ağ atlı oğlan" kimi sırınan İlqar Məmmədov özü üçün qırmızı xətlərdən elə bir çərçivə yaradıb ki, onun gerçəkdən gündəmə düşməsi üçün fikir ifadə etmək problemi var. Buna görə də adam digər siyasi qüvvələrin gündəmdə olmasından haqlı narahatlıq keçirir".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, 60 siyasi partiya varsa, deməli, 60 mövqe ortaya qoyulur: “Mən müxalifətçilərin fikirlərinə şərh verməməyə çalışmışam. Ancaq görünür ki, hörmətli İlqar Məmmədov gündəmdə qalmaq üçün siyasi opponentlərini ucuz sözlərlə ittiham edir. Onun ittihamlarını anlamaq olmur ki, nəyə əsaslanır? Sadəcə, ölkənin siyasi sistemində azad seçki olmayanda belə fəsadlar yaşanır, hamı özünü həqiqət hesab edir. Seçki azad şəkildə keçiriləndə bütün partiyalar öz yerlərini tutacaqlar, hər kəsin yeri bilinəcək”.

X.Teyyublu hesab edir ki, siyasətçi fikirlərində korrekt olmalıdır və rəqiblərinə qarşı aşağılayıcı sözlərlə reytinq toplamaq olmaz: “ReAL Partiyasına bu leksikonu yaraşdırmıram. Yeni yaranan təşkilatdır, ətrafına müəyyən adamlar toplayıb, ölkənin siyasi həyatında əməyi olmuş, Meydan Hərəkatından gələn adamları ittiham etmək düzgün deyil. ”Sirkə nə qədər tündə olsa, öz qabını çatladar". Ona görə bu zərərli yanaşmadan imtina etməlidir. Seçki komissiyaları, seçki institutları haqda fikir söyləmirlər, azad seçki mühiti yaratmaq üçün mübarizə aparılmalıdır, nəinki siyasi opponentlərinə qarşı pafoslu fikirlər səsləndirməlidir".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru