“Müvafiq dövlət qurumlarına çağırışımız ondan ibarətdir ki, vətəndaşların hüquqları bərpa edilsin” - TÜRKAN QALMAQALI...
Tarix: 21-04-2021, 08:42 | Çap et
Bakının Türkan qəsəbəsində 80-90 yaşlı ahıl qadınlar aclıq aksiyası keçirirlər. Onlar saxta sənədlərlə torpaq sahələrinin əllərindən alınmasına, yaxınlarına vəkil tutmaqda kömək etmiş Natiq Məhəmmədsoyun qanunsuz həbsinə etiraz olaraq aclığı davam etdirirlər. 90 yaşlı Xumara Şabanovanın təzyiqi düşüb, ürək ritmi pozulub. Əzizəxanım Atayeva halsızlıqdan şikayət edir. Aprelin 20-də Bakı İnsan Hüquqları Klubunun (BİHK) həmtəsisçiləri, hüquq müdafiəçisi Rəsul Cəfərov və vəkil Cavad Cavadov Türkan qəsəbəsinə gedərək hüquqları pozulan sakinlərlə görüşüb, məsələni yerində araşdırıblar.
Hüquq müdafiəçisi Rəsul Cəfərov “Yeni Müsavat”a deyib ki, Bakı İnsan Hüquqları Klubu Türkan qəsəbəsində olan vətəndaşların hüquqlarının qorunması istiqamətində qanuni addımları davam etdirəcək: “Bakı İnsan Hüquqları Klubu Türkan qəsəbəsində vətəndaşlara məxsus olan torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi halları ilə bağlı narahatlığını ifadə edir. Bu işdə xüsusi məqamlardan biri ondan ibarətdir ki, kənd sakinlərinin hüquqlarını qanunların yol verdiyi vasitələrlə müdafiə edən Natiq Məhəmmədsoy əsassız ittihamlarla bu fəaliyyəti həyata keçirə bilməsin deyə həbs edilib. Biz torpaq sahələrinin əsassız şəkildə özgəninkiləşdirilməsi məsələsində müsbətə doğru bir neçə ədalətli addımı da müşahidə etmişik. Müvafiq dövlət qurumlarına çağırışımız ondan ibarətdir ki, vətəndaşların hüquqları bərpa edilsin, bu işdə fəallıq nümayiş etdirən Natiq Məhəmmədsoy hüquqi mexanizmlər tətbiq edilərək azadlığa buraxılsın”.
Əzizəxanım Atayeva “Yeni Müsavat”a deyib ki, onlara qarşı baş verən cinayətin araşdırılmamasına etiraz edirlər: “Baş prokurorun qəbuluna 5 dəfə getmişik. Hər dəfə bir söz deyib yola salırlar. Biz qanunların işləməsini istəyirik. Bizi sənəd üzərində öldürüblər onsuz da. Qoy aclıq edib ölək, canımız bu haqsızlıqdan, ədalətsizlikdən qurtarsın”. Natiq Məhəmmədsoyun anası, 78 yaşlı Tamara Süleymanova deyir ki, oğlunu şərləyib həbs ediblər: “Adamlar sağ ola-ola ölüm kağızı düzəldib, camaatın torpaqlarını satanları türmədən buraxırlar, günahsızı tutub həbsxanaya salırlar. Mehriban xanıma müraciət yazmışıq, istəyirik ki, bizlərə qarşı ədalətsizliklərə son qoyulsun”, - Tamara Süleymanova belə deyib. Onun ailə üzvləri bildirib ki, həkim onun insult riski olduğunu deyib.
Qeyd edək ki, Əzizə Atayeva və Xumara Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə sakini Çingiz Səfərovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Əvvəlcə Rahil Babayev və Çingiz Səfərov həbs edilib, Daşqın Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Mart ayında Daşqın Nəsirov səhhətindəki problemlər əsası ilə ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır. 55 yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silah onun deyil. Səbəb isə qəsəbə sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya yardım etməsidir. Ahıl qadınların aclıq aksiyasına daha 4 qadının da qoşulacağı bildirilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
|