Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                 

"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir" - deputat
Tarix: 1-05-2021, 08:54 | Çap et
"Ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir"
44 günlük vətən müharibəsinin simvolun çevrilən, xalqımız üçün xatirəsi doğma övlad, qardaş qədər əziz olan, “Vətən yaxşıdır” mahnısı ilə adını qəlblərə yazdıran Xudayar Yusifzadə ilə bağlı baş verənlər cəmiyyəti qəzəbləndirib, vətəndaşlar şəhidlik məqamı ilə bağlı xoşagəlməz hallara qarşı qanuni şəkildə cavab verilməsini tələb edir.

Belə ki, Fuad Rəsulzadə adlı şəxsin sosial şəbəkədə Xudayar Yusifzadə ilə bağlı ironik paylaşımı şəhidin ailə üzvlərinin də hiddətlənməsinə səbəb olub, nəticədə bu hərəkətə yol verən şəxs döyülüb. Döyülmə videosunun sosial şəbəkələrdə yayılmasının ardından Daxili İşlər Nazirliyi hərəkətə keçib. Şəhidin qohumları baş verənlərlə bağlı saxlanılıb. Şəhidimiz Xudayar Yusifzadənin anası Fuad Rəsulzadənin döyülməsi tapşırığını özünün verdiyini bildirib, şəhidin qardaşı dayısı və xalası oğlu hazırda istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bu hadisə cəmiyyəti iki yerə bölüb, böyük əksəriyyət şəhidin toxunulmazlığını öndə tutaraq, döyülmə hadisəsinə haqq qazandırıb. Bu cür insanların cəzası qalmasının qəbahət olduğunu və əslində bu cəzanın qanunda nəzərdə tutulmalı olduğunu bildiriblər. İkinci qisim isə daha çox özünüifadə azadlığını əsas tutaraq döyülənin hüquqlarının müdafiəsinə qalxıblar.

Cəmiyyətin hazırki tələbi şəhidlərimizin toxunulmazlığını təmin edən, onları bir dövlət atributu, milli dəyər kimi qoruyan qanun layihəsinin olması, Cinayət Məcəlləsinə bu haqda məsuliyyət müəyyən edən maddələrin əlavə edilməsidir.

Bu haqda “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu da vurğuladı ki, bu dövlət təhlükəsizliyi məsələsidir və planlı olması istisna deyil: “Biz bunu illərdir deyirik, sadəcə olaraq bu işlə məşğul olan adamlar çox səhlənkardırlar. Şəhid və qazi Türkiyədə dövlət atributu sayılır. Bizim məmləkətdə də elədir, biz hesab edirik ki, bayraq və gerb nədirsə, şəhid də odur. Əgər dövlət bayrağını təhqir edən ən sərt cəzaya layiq olduğu kimi, şəhidə, qaziyə dil uzadanlar, onlar lağ obyektinə çevirənlər də qanunla cəzalandırılmalıdır. Parlamentdə 4-5 ildir bu məsələnin müzakirəsi gedir. Biz uzun illər bu işi nizamlamışıq, şəhid ailəsinə, qazilərə qarşı xoşagəlməz davrananları başa salmışıq, gedib üzr istəyiblər. Ancaq bizim də, qazilərin də səbrinin bir hüdudu var. Bir gün də kimisə vurub öldürə bilərlər. Onda bu sosial şəbəkədə hüquq müdafiəçisinə çevrilənlər, məsələyə laqeyd yanaşan siyasətçilər başa düşəcək ki, bu nə deməkdir. İnsan balasını vətən uğrunda qurban verib. Demirdinizmi bütün şəhidlər bizim balamızdır. Sizin balanızı təhqir edirlər, niyə susursunuz? Cəmiyyət bu cəzanı kəsənə qədər, dövlət məsələni həll etməlidir. Bu məsələyə laqeyd yanaşıldı. O gənc tapılıb DTX-ya çağrılmalı idi, bu birbaşa dövlətin təhlükəsizlik məsələsidir. Bəlkə də həmin gənc bilmədən edib. Ancaq ölkəmizdə bu fakt da var ki, bəzi gənclər müəyyən ünsürlərin, erməniyə qardaş deyən, onlara düşmən kimi yanaşmayan loyal şəxslərin təsiri altındadırlar. Bu çox böyük təhlükə yarada bilər. O uşağı vurub öldürsəydilər, necə olacaqdı?

Mən döyülmə hadisəsini pisləmirəm, düz ediblər. Şəhid anasını da haqlı sayıram, şəhidin anası həmişə haqlıdır. Bu məsələdə günahkar dövlətin bu məsələni həll etməli olan məmurlarıdır, Milli Məclis, DİN, Baş Prokurorluq buna ciddi yanaşmalıdır. Hər məsələdə dövlət başçısının tapşırığını gözləmək olmaz. Xudayar 44 günlük vətən müharibəsinin simvoludur. Onu lağ obyektinə çevirmək nə deməkdir, kim deyə bilər ki, bu planlı deyil? Bəlkə də həmin gənci yönəldirlər. DTX bu işlə məşğul olmalıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov da vurğuladı ki, müvafiq qanunlara şəhidlərin toxunulmazlığı ilə bağlı əlavələr edilməlidir: “Şəhidlərimizlə bağlı məsələlərdə qanuna müəyyən dəyişikliklər edilməsi mümkündür. Son hadisələr göstərdi ki, bəzi insanlar hələ də şəhidlik zirvəsinin nə demək olduğunu başa düşmək istəmirlər. Onlar toxunulmazdır, onlar haqqında yalnız xoş sözlər demək olar. Xudayar Yusifzadəyə qarşı edilən hərəkət yolverilməzdir, heç bir şəhidə qarşı bu cür davranışa yol verilməməlidir. Qanun layihələrinə baxmaq lazımdır ki, görək hansı qanuna əlavə etmək mümkündür. Şəhidlər də bayraq kimi, himn kimi toxunulmaz olmalıdır”.

Deputat Məlahət İbrahimqızı isə qanunvericilikdə müvafiq əlavələri mümkün saysa da, cəmiyyətdə bütövlükdə şəhidlərə və qazilərə qarşı hörmətin yüksək səviyyədə olduğunu, baş verənlərin isə nadir hadisə olduğunu bildirib: “Azərbaycan xalqının müqəddəs dəyərləri içində şəhid və qazilərimiz də yer alır, ana necə müqəddəsdirsə, şəhid də o cür müqəddəsdir. Bizim uzun əsrlik tariximizdə, mədəniyyətimizdə, dinimizdə şəhidlik müqəddəsdir. Qurani-Kərimdə şəhidə Allah-Təala yüksək qiymət verirsə, bu haqda başqa nə demək olar. Anaya hörmət qanunla tənzimlənmədiyi kimi, bu məsələdə də qanun ikinci dərəcəlidir. Xalqımızın mədəniyyətində elə yazılmamış qanunlar var ki, parlament qanunlarından daha gözəl işləyir. Lakin bu da faktdır ki, müəyyən insanlar, bəzən məmurlar şəhidlərimizin ailələrinə, analarına qarşı laqeyd davanışlara, kobud hərəkətlərə yol verirlər. Bu heç cür qəbul olunmamalıdır, bu böyük qüsurdur. Şəhidin xanımına, anasına, övladına qarşı kobud davranın insan əxlaqi cəhətdən əlildir. Ancaq ilk növbədə təhlil etmək lazımdır ki, bu faktlar nə qədər çoxdur ki, qanunla tənzimlənməlidir. Bəzən hansısa məsələ ilə bağlı qanun qəbul olunur, işləmə mexanizmi də qurulur, lakin qanun işləmir. Aliment məsələsi ilə bağlı bunu demək olar. Şəhidə qarşı hörmətsizliklə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilsə, onsuz da həmin şəxs məsuliyyətə cəlb olunacaq. Şəhidlik məqamına, onların ailəsinə qarşı hörmətsizlik bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Qanunvericiliyə bu istiqamətdə əlavə və dəyişikliklərə ehtiyac var. Qətiyyən bu hallara yol verməməliyik. Belə hərəkətlərin cəzası elə sərt olmalıdır ki, bu haqda düşünmək heç kimin ağlına gəlməsin. Necə ki, Türkiyədə Atatürkün toxunulmazlığı o cür qanunla qorunur. Xudayar artıq bizim xalq qəhrəmanımızdır, azərbaycanlı olan şəxs ona qarşı belə hərəkət edə bilməz”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru