"Rusiyanın müharibədən sonra regionda rolu, nüfuzu və aktivliyi göz qabağındadır" - deputat
Tarix: 10-05-2021, 07:51 | Çap et
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinə sayılı günlər qalıb. Mayın 10-da baş tutacaq səfərin təfərrüatı ölkəmizin, həmçinin bölgədəki durumla yaxından maraqlanan müxtəlif ölkələrin diqqətindədir. Siyasi şərhçilərin fikrincə, rusiyalı nazirin ölkəmizə səfəri zamanı Qarabağ məsələsi ətrafında geniş müzakirələr aparılacaq. Bu baxımdan Rusiya XİN başçısının paytaxtımıza gəlişi müxtəlif detallarla yadda qala bilər. Bəs, Azərbaycan tərəfi Lavrovun qarşısına hansı məsələləri qoymalıdır?
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Lavrovun Bakı səfəri ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb. Parlamentari düşünür ki, onun Azərbaycana gəlməsi ölkəmiz üçün vacib və əhəmiyyətlidir:
“Rusiyanın müharibədən sonra regionda rolu, nüfuzu və aktivliyi göz qabağındadır. Səfər də məhz buna dəlalət edir. Hesab edirəm ki, Lavrovun bir neçə gün əvvəl İrəvana getməsi, mayın 10-da isə Bakıya gəlməsi üçtərəfli bəyanatın icrası ilə birbaşa bağlıdır. Təbii ki, üçtərəfli bəyanatın imzalanması ilə bağlı Ermənistanda bəzi qüvvələr revanşist ideyalarını ortaya qoymaq niyyətindədirlər.
Bir neçə gün öncə Lavrovun İrəvanda olarkən Ermənistana “münaqişəni siyasiləşdirməyin” mesajı ondan xəbər verrir ki, prosesləri siyasiləşdirmək istəyirlər. Azərbaycan imzaladığı üçtərəfli bəyanatın yerinə yetirilməsində israrlıdır, hansısa bəndi pozmur. Əksinə tərəfləri bəndlərə əməl etməyə çağırır. Ona görə də səfər zamanı ilk öncə bu məsələlər müzakirə olunacaq.
İkinci məqam Rusiya-Azərbaycan münasibətlərinin ümumi şəkildə müzakirəsidir. Çünki strateji əhəmiyyət kəsb edən məsələlər inkişaf mərhələsini yaşayır. Bunların da həm Azərbaycan, həm Rusiyaya faydası var.
Üçüncü məqam isə regional əməkdaşlıqla bağlıdır. Cənab Prezidentin təklif etdiyi, israrla, iradə və məntiqlə həyata keçirdiyi siyasət əsasında regionda olan ölkələrin bir-biri ilə əlaqələrinin bərpası və genişlənməsi gündəmdədir. Məsələn, 6-lıq platforması da müzakirə olunmaqdadır. Yəni Azərbaycan, Gürcüstan, Ermənistan, İran,Türkiyə və Rusiya münasibətləri”.
S.Seyidov vurğulayıb ki, səfər zamanı Lavrovun qarşısına qoyulmalı olan digər ciddi məsələ beynəlxalq səviyyədə müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiqlərdir:
“Bu günlərdə bir neçə mətbu orqanlara fikirlərimizi söyləyərək cənab Prezidentin BBC-yə müsahibəsi haqqında danışdıq. Konkret olaraq ikili standartlarla bağlı məsələni müzakirə edirdik.
Çünki Qərb dünyasında ikili və fərqli siyasət yürüdülür. Həmçinin ali dəyərlərdən istifadə edərək müstəqillik əldə etmiş, ən əsası isə müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiq göstərmə vasitəsindən istifadə edirlər. Ona görə də istisna etmirəm ki, müstəqil siyasət aparan ölkələr müzakirə obyektinə çevrilə bilər.
Təbii ki, Azərbaycanla Rusiya arasında başqa məsələlər də müzakirə olunacaq. Əminəm ki, bura humanitar, iqtisadi və hərbi mövzular daxildir. 44 günlük müharibədən sonra Azərbaycanın gücü çox artdığı üçün və regionun siyasətini müəyyən edən aparıcı dövlətə çevriləndən sonra Rusiya ölkəmizlə əlaqə qurmaqda maraqlıdır. Əvvəllər hansısa formada Azərbaycana gəlib ölkəmizdə söhbət aparırdılar, sonra isə İrəvana gedib müzakirəni davam etdirirdilər. İndi isə format dəyişib.
Çünki son məkan və fikirlərin tam müəyyənləşməsi, istiqamətin təsbiti Bakı şəhəridir. Bu baxımdan Lavrovun səfəri çox vacib və əhəmiyyətli məsələlərlə yadda qalacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
|