Həbslərdən dərs almayan məmurlarla nə etməli? - Deputat danışır...
Tarix: 20-05-2021, 09:02 | Çap et
Ölkəmizdə bir çox istiqamətlərdə aparılan islahatlar müsbət nəticəsini versə də, rüşvətxorluq və korrupsiyanın kökünü kəsmək mümkün olmur. Mübarizə son illər çox sərt şəkildə aparılır, rüşvətxor məmurlar həbs edilir, işdən, vəzifədən uzaqlaşdırılır. Amma rüşvət aradan qalxmır, dövriyyə zəifləmir. Bir rayonda icra başçısı rüşvətə, qanunsuz əməllərinə görə qandallanır, digər rayonlarda korrupsiya il bağlı hərəkətlilik bir zərrə də zəifləmir, bir məmurun həbsindən digərləri nəticə çıxarmır. Son olaraq, bir neçə həkim, baş həkim, klinika rəhbəri rüşvət alarkən yaxalandı, lakin digər xəstəxanalarda rüşvətxorluq bütün gücü ilə davam edir. Həmçinin bəzi nazirliklərdə, dövlət qurumlarında eyni proses gedir.
Bəzi rayonlardan gələn informasiyalar deməyə əsas verir ki, müxtəlif icra strukturları əhalini incitməkdə, qanunsuzluqlar, talançılıq etməkdən çəkinmirlər.
Elə isə korrupsiyanın sonunu gətirmək üçün hansı metodlara əl atılmalıdır? Vəzifədən çıxarıldıqdan sonra sabiq məmurların uzun illər yığdıqları vəsait hesabına firavan həyatına davam etməsi digərləri üçün nə dərəcədə təşviqedici amildir? Bu gün həbs olunan, kreslosunu itirən vəzifəlilərdən mənimsədikləri vəsait nə dərəcədə geri alınır və kimlər alır? Bundan başqa, iri korrupsionerlər iş başında, azadlıqda olarkən, xeyli kiçik ranqlı məmuru 10-20 minlik rüşvətə görə tutmaq nə dərəcədə effektli olacaq? Yanaşma hansı formada dəyişməlidir?
Suallar çoxdur və bu sualları cavablandıran millət vəkilləri də hesab edir ki, “təmizləmə”, sağlamlaşdırma bütün sahələrdə eyni vaxtda aparılmalıdır.
Millət vəkili Razi Nurullayevin sözlərinə görə, həbslərdən, kadr dəyişikliklərindən sonra rüşvətxorluğun forma və metodları dəyişir, daha sakit, səssiz şəkildə proses davam edir: “Rüşvətxorluq və korrupsiya ilə mübarizə getsə də, həbslər həyata keçirilsə də, məmurlara daha şəffaf işləməklə bağlı tapşırıqlar verilsə də, artıq hər şeyin dəyişdiyini desək, yalan olar. Rüşvətxorluq və korrupsiya əslində libasını dəyişir, formasını dəyişir və davam edir. Yəni əvvəlki metodlar, daha yeni, görünməyən, daha münasib üsullarla əvəz edilir. Ancaq yenə də tanışlıq, öz adamını qabağa çəkmək, pul alıb işə götürmək və sair məsələlər davam edir. Dövlət büdcəsinin vəsaitlərini qeyri-standart şəkildə, öz mənafeyi naminə istifadə etməkdə də davam edirlər. Təəssüflər olsun ki, bütün bunlar azalmayıb. Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə sistemli şəkildə aparılır deyilsə də, əslində sistemli şəkildə aparılmır. Bir neçə qurum yaradılıb , orada korrupsiya, rüşvətxorluq yoxdur. Bu sistemli mübarizənin bir nümunəsidir ki, ”ASAN Xidmət" timsalında bunu görə bilərik".
Deputat hesab edir ki, ümumilikdə korrupsiya ilə mübarizə bərabər şəkildə aparılmalıdır: “Yəni icra hakimiyyəti səviyyəsində korrupsiya ilə mübarizə aparılırsa, icra hakimiyyəti işlədiyi , əməkdaşlıq etdiyi və ya birbaşa tabeliyində olan sahələr də, onlar qədər təmizliyə və şəffaflığa məruz qalmalıdır ki, bütün sahələr düzəlsin. Əgər hansısa xəstəlik bütün orqanizmə yayılıbsa, yalnız bir orqanı müalicə etməklə sağlamlıq əldə etmək mümkün deyil. Müalicə etdiyimiz orqan digər xəstə orqanların təsiri ilə yenidən xəstələnəcək. Bizdə ayrı-ayrılıqda sanki kampaniya xarakterli mübarizə aparılır ki, filan yerdən başladıq, mübarizə aparırıq, burada iş bitdikdən sonra digərinə keçərik. Digərində mübarizəyə başlayanda köhnə ünvanda hər şey əvvəlki vəziyyətinə qayıdır. Ona görə də daha sistemli mübarizəyə ehtiyac var. Tam olaraq köhnə idarəçiliyin dəyişdirilməsinə ehtiyac var ki, şəffaflıq olsun. Məmurlar da bilməlidir ki, korrupsiya ilə mübarizə təkcə onun başında çatlamır, kimliyindən, vəzifəsinin böyüklüyündən, kiçikliyindən, pulunun azlığından, çoxluğundan asılı olmayaraq hamıya aiddir. Azərbaycanda isə bu şəkildə tətbiq olunur desək yalan olar. Korrupsiya ilə mübarizədə bir az da səmimi olmaq lazımdır”.
R.Nurullayev onu da vurğuladı ki, vəzifədən çıxarılan, həbs olunan məmurların illər ərzində mənimsədiyi, qanunsuz yolla yığdığı bütün vəsaitlər onların əlindən alınmalıdır: “Dövlət büdcəsi hesabına o pulları yığıbsa, hamısı alınıb büdcəyə geri qaytarılmalıdır. Bizdə isə alınırmı? Yox. Məmur işdən çıxarılır və ya həbs olunur, daha sonra kabinetlər gəzir. Bir kabinetdən o biri kabinetə, ondan çıxır digərinə, müxtəlif idarələr, nazirliklər, şöbələr gəzir. Hər kabinetdən çıxdıqca onun pulu bir az azalır, azalır və nəticədə dövlət büdcəsinə qəpik-quruş gedir. Onun pulları yenə də kabinetlərdə itir, büdcəyə heç nə çatmır. Oğurladıqlarının heç 1-2 faizi də büdcəyə getmir. Qalanlarını da başının altına qoyub kef içində yaşayır. Bu da mübaribəzinin effektivliyinə ciddi şəkildə təsir göstərir”.
Deputat Asim Mollazadə də qeyd etdi ki, dövlət strukturlarının sayı azaldılmalı, ciddi islahatlar, ixtisarlar aparılmalı və çevik, şəffaf qurumlar yaradılmalıdır: “Korrupsiya ilə mübarizə istiqamətində uğurlu bir misal kimi ”ASAN Xidmət" nümunəsidir. Vətəndaşlarımız məmurlarla birbaşa kontaktdan xilas olublar. Əvvəllər xırda bir sənəd və ya arayış almaq üçün rüşvət verməli olurdular, bu problemdən xilas olublar. Digər sahələrdə isə korrupsiya ilə mübarizə üçün sadəcə həbslərlə kifayətlənmək olmaz, çox ciddi ictimai nəzarət, medianın nəzarəti olmalıdır. Məmurların fəaliyyəti media, ictimaiyyət üçün şəffaf olmalıdır. Onlar hər zaman bu işığı öz üzərlərində hiss etməlidirlər ki, hansısa qapalı, qaranlıq məkanlarda korrupsiya ilə məşğul olmasınlar. Vətəndaş cəmiyyətinin, medianın gücü və ali hakimiyyətin siyasi iradəsi korrupsiya ilə mübarizədə bir çox müsbət dəyişikliklərə gətirib çıxara bilər. Bununla yanaşı, ciddi struktur dəyişiklikləri də həyata keçirilməlidir. Məmurların sayı ciddi şəkildə azaldılmalıdır. Azərbaycan 10 milyonluq ölkədir, ancaq 80-dən artıq inzibati vahid var. Bu qədər quruma ehtiyac yoxdur. Nazirliklərin sayı çoxdur, bu qədər nazirlik ola bilməz, struktur dəyişiklikləri çərçivəsində ictimai nəzarəti gücləndirməklə, məmurların sayı azaldılmalıdır. Bir çox məmurlar əgər indiyə qədər məşğul olduqları özəl bizneslə məşğul olsaydılar, həm dövlət büdcəsinə, həm də ölkənin iqtisadiyyatına faydalı olardı". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
|