"Son iki ili bir qədər çətinliklər oldu" - deputat
Tarix: 15-06-2021, 08:04 | Çap et
Vətəndaşlar pensiya və müavinətlərin az olmasından şikayətçidir. Onlar aldıqları pensiyaların yetərli olmadığını, istehlak səbətinə daxil olan ən zəruri məhsulların qiymətinin isə günü-gündən artığını bildirirlər. Gizli inflyasiya var və bu, əhalinin gəlirlərini “əridir.”
Bəs, hökumət hansı adekvat addımları ata bilər? Pensiya və müavinətlərin məbləğinin artırılması ilə bağlı gözləntilər varmı?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Press Klub”a açıqlamasında pensiya və müavinətlərın məbləği ilə bağlı hər zaman narazılıqların olduğunu söylədi:
“Yalnız ölkəmizdə deyil, bütün dünyada belədir. İnsanlar hər zaman əməkhaqqı, pensiya və müavinətlərin azlığından şikayət edirlər. Biz müqayisə apardığımız zaman həqiqəti ortaya çıxara bilərik. Əgər 2019-cu ilə qədər Azərbaycanda yaşayış minimumu 116 manat idisə, indi bu rəqəm 250-dir. Məbləğ iki dəfədən çox qalxıb. Pensiyalar da minimum yaşayış səviyyəsində idisə, hazırda minimum pensiya artıq 200 manatdır. Müavinətlərdə də xeyli artım var. Yeni meyarlar tətbiq olunduqdan sonra gələn ildən pensiya və müavinətlərin də faiz dərəcələrinə uyğun olaraq differensial şəkildə artımını müşahidə edə biləcəyik. Bundan ötrü həm “Pensiyalar haqqında” qanuna, həm də “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur”.
Millət vəkili əlavə etdi ki, ölkə başçısının siyasəti əhalinin sosial müdafiəsinin, xüsusilə də aztəminatlı insanların sosial müdafiəsinin daim gücləndirilməsi istiqamətinə yönəlib:
“Son iki ili bir qədər çətinliklər oldu. İstədiyimiz, nəzərdə tutduğumuz artımları 2019-cu ildən sonra davam etdirə bilmədik. Bildiyimiz kimi, 2020-ci ildə koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına böyük zərər vurdu, iqtisadi əlaqələr kəsildi, iqtisadi artım dayandı, xüsusilə qeyri-neft sektorunun böyük hissəsi uzun müddət fəaliyyət göstərmədi. Bütün bunlara baxmayaraq, yenə də cənab prezidentin tapşırığı ilə sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriya vətəndaşlarımızın ehtiyaclarının ödənilməsi üçün tədbirlər görüldü. Bütövlükdə dörd milyard manata yaxın büdcə vəsaiti məhz bu istiqamətlərə yönəldi. Ona görə, pensiya və müavinətləri ötən il nəzərdə tutduğumuz şəkildə artıra bilmədik. Ötən ilin sentyabrında 44 günlük Vətən müharibəsi də bütün bunlara təsir edən amillərdən oldu. İstər qalibiyyət, istərsə də məğlubiyyətlə yekunlaşsın, bütün müharibələr dövlətlər üçün əlavə yükdür. Düzdür, bəzi rəqəmlər ictimaiyyətə açıqlanmır, amma müharibənin iqtisadiyyata müəyyən qədər mənfi təsirləri oldu. Bütün bunların hamısı dövlət büdcəsindən gedən xərclərdir. Sabitləşmə dövrü başlamaq üzrədir. Gələn il iqtisadiyyatımız yenidən özünün dirçəlmə mərhələsinə qədəm qoyacaq. Əhalinin sosial müdafiəsi və sosial rifahı cənab prezidentin diqqət mərkəzindədir”.
İqtisadçı ekspert Rəşad Həsənov “Press Klub”a şərhində bu məsələnin araşdırma tələb edən məsələ olduğunu bildirdi:
“Bunun bir elmi əsası olmalıdır. Həmin elmi əsası formalaşdıran mexanizmlər var: ehtiyac meyarları, yaşayış minimumu. Bu gün Azərbaycanda rəsmi şəkildə təsdiq edilmiş yaşayış minimumu və ehtiyac meyarı şəffaf və bazara adekvat təşkil olunmalıdır. Məsələn, bir çox hallarda hesablamalar zamanı hansı qiymətlərin nəzərə alınması məsələsi mübahisə doğurur. Çünki DSK-nin təqdim etdiyi mal və xidmət üzrə qiymətlər real bazarda özünü doğrultmur. İnflyasiyanın, ehtiyac meyarları və yaşayış minimumunun hesablanması zamanı da belə nöqsan ortaya çıxır. Bu məqam aradan qaldırılmalıdır.
İkincisi, keyfiyyət məsələsinə diqqət ayrılmalıdır. 2004-cü ildə Nazirlər Kabineti istehlak səbətinin strukturuna baxıb və təsdiq edib. O dövrdən indiyə qədər insanların həyat tərzində kifayət qədər ciddi istiqamətlər üzrə dəyişimlər baş verir. Bu dəyişikliklər mütəmadi nəzərə alınmalıdır. İstehlakın strukturu dəyişir. İstehlak səbətinə artıq yeni-yeni elementlər daxil olur, bəzi elementlər çıxır”.
İqtisadçı onu da xatırlatdı ki, Azərbaycanda gözlənilən orta pensiya müddəti 12 il (144 ay) təsdiq edilib:
“Bu, 2006-cı ildə təsdiq edilib ki, o zaman pensiya yaşı kişilər və qadınlar üçün orta hesabla 61 idi. İndi isə bu dəyişiklik 65 yaşa doğru gedir. Azərbaycanda orta ömür isə 71 yaşdır. Adam 65 yaşında pensiyaya çıxırsa, bu, o, deməkdir ki, həmin şəxs 6 il pensiya almış olur. Bu, onun pensiya həddinin iki dəfə azalmasına gətirib çıxarır. Bu məqamlar nəzərə alınmalıdır. Daha yaxşı olar ki, yaş həddi azaldılsın. Amma yaş həddi azaldılmadığı təqdirdə, heç olmasa, insanların pensiya məbləğlərində dəyişiklik edilsin, 144 aya deyil, yığılmış pensiya kapitalını 72-yə bölməklə real olaraq gözlənilən pensiya dövrünə bölünməklə hesablansın. Bu zaman orta aylıq pensiyanın həcmi iki dəfə artar ki, bu da pensiya sisteminin təşviq ediciliyinə, insanların əmək bazarında öz əmək fəaliyyətini leqallaşdırma cəhdlərinin artmasına gətirib çıxara bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
|