"Türkiyə-Azərbaycan müttəfiqliyini möhkəmlədən sənədi müdafiə eləmək, yoxsa müdafiə eləməmək satqınlıqdır?!" - Sərdar Cəlaloğlu
Tarix: 22-06-2021, 09:44 | Çap et
Ötən həftə Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat imzalayıblar. Sənədə imza atan siyasi partiyaların təmsilçiləri müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bəyan ediblər. Bildirilir ki, bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.
Bəyanata AXCP və Müsavat Partiyası imza atmayıb. İmza atmış partiyaları, xüsusən də müxalifət partiyalarını isə sərt tənqid edirlər və bəziləri hətta “satqın” adlandırırlar. Fikirlərini isə həmin partiyaların sədrlərinin bəyanat layihəsini oxumadan imzalaması, bəyanatda “Ümummilli lider Heydər Əliyev” ifadəsinin əksini tapması ilə izah edirlər. Saytlarda və sosial şəbəkədə sözügedən bəyanatı imzalayanlara qarşı ağır ittihamlar irəli sürürlər.
Bəyanata imza atan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, bəyanata gözünü yumuq imza atmayıb: “Bəyanat layihəsini oxumuşam və milli maraqları üstün tutub imzalamışam. Bizim orada əsas marağımız Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi dəstəkləmək idi və biz onu dəstəklədik. Türkiyə-Azərbaycan müttəfiqliyini möhkəmlədən sənədi müdafiə eləmək, yoxsa müdafiə eləməmək satqınlıqdır?!
Biz o bəyanatı imzalamaqdan imtina eləsəydik, belə çıxacaqdı ki, Azərbaycanla Türkiyə arasında müttəfiqliyə xidmət edən sənədi dəstəkləmirik. Biz məsələyə belə yanaşdıq ki, bizim üçün önəmli olan Türkiyə ilə Azərbaycanın müttəfiqliyini möhkəmlədən sənədin ümummilli səviyyədə dəstəklənməsidir. Biz bu məqama önəm verdik. Məhz bu məqama əsaslanıb imza atdıq. O partiyalar ki, imza atmayıblar və imza atanları tənqid edirlər onlar üçün birincilik, əsas öz şəxsi siyasi maraqlarıdır. Onlar yanlış yoldadırlar. Bizim mövqeyimiz milli və dövlət maraqlarına uyğundur. Kiçik şəxsi maraqları, intriqaları əsas götürüb milli maraqlarımıza uyğun məsələni müdafiə etməmək, müdafiə edənləri isə hədəfə almaq cılızlıqdan başqa bir şey deyil”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin cavabı isə daha sərt oldu: “Şuşa Bəyannaməsini müdafiə edən bəyanata imza atanları satqın adlandıran adamlar 2013-cü ildə Moskvada Cərrahiyyə İnstitutunda Rüstəm Volodinin iştirakı ilə Milli Şura yaratmışdılar. Razılaşmışdılar ki, müvəqqəti olaraq Rüstəm İbrahimbəyov Milli Şuraya rəhbər gətirilsin, sonra isə Abbas Abbasov. Həmçinin razılaşmışdılar ki, onlar Dağlıq Qarabağda erməni dövlətinin yaranmasına etiraz etmirlər. Satqınlıq budur, satqınlıq başqa dövlətin əlində maşa olmaqdır. Maşa olmağı özlərinə rəva bilənlərə o dövrdə maliyyə dəstəyini Milyarderlər İttifaqı verirdi. İndi həmin bu maşalar 48 siyasi partiyanın Şuşa Bəyannaməsini dəstəkləyən bəyanata imza atmasını kolxoz yanaşması adlandırırlar. Kolxozu Lenin qurmuşdu. İndi isə kolxozdan danışan bu şəxslərin kolxozunu 2013-cü ildə başqa bir Volodya-Volodin qurmuşdu.
Bu gün 30 ilə yaxın işğalda olan Şuşa azad olunubsa və Şuşa Bəyannaməsində illərlə çalışdığımız, təhtəlşüura oturtmaq istədiyimiz Turançılıq, türk dünyasının birliyi, asayişi birgə mühafizə qüvvələrinin yaradılması kimi məsələləri özündə ehtiva eləyən müddəalar varsa, bunu müdafiə etməməliyik?! Bunun alternativi Türkiyə ilə Azərbaycanın yaxınlaşmamasıdır. Bu yaxınlaşmanı istəməyənlər satqındırlar. Belə satqınların üzərinə getmədikcə, bunların ipini çəkmədikcə hədlərini aşırlar. Mən şəxsən fəxr edirəm ki, o bəyanata imza qoymuşam. Arzularımızın reallaşmasına xidmət edən sənədi müdafiə etməliydik və bunu da etdik. Qulp qoymaq istəyənlərin isə əslində nə yaxşı ki, imzaları orada yoxdur".
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov dedi ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar yaydıqları bəyanat da təqdirəlayiqdir. Bu cür mühüm sənədi müdafiə edənlərin üzərinə səlib yürüşü təşkil eləmək isə təəssüf və hiddət doğurur: “Təəssüflər olsun ki, hər zaman olduğu kimi, bu dəfə də radikal müxalifət adlandırılan ppartiyalar özlərini Azərbaycanın milli maraqlarına və onun gələcək inkişafını təmin edən tarixi bir sənədi imzalama prosesindən kənarda saxladılar. Bu bir daha onların hansı xislətə sahib olduğunu sübut edir. Belə çıxır ki, həmin bir neçə partiyanın rəhbərliyi tarixi Şuşa Bəyannaməsinin əleyhinədirlər. Bu, milli maraqlara qarşı olmaq deyil bəs nədir?! Onlar yenə də ölkəmiz üçün böyük imkanlar açan, təhlükəsizliyinin qorunmasına töhfələr verəcək Şuşa Bəyannaməsinin əhəmiyyətini dərk etmirlər, yenə də öz şəxsi ambisiyalarını, şəxsi münasibətlərini milli maraqlardan önə çıxarırlar. Azərbaycanın deyil, eləcə də bütün Qafqaz regionunun iqtisadi-siyasi inkişafına yönəlmiş belə bir sənədin imzalanmasına da müxalifətçilik edirlər. Öz ambisiyaları ilə mənsub olduqları partiyaları uçuruma yuvarlayan AXCP və Müsavat rəhbərləri Azərbaycanın təkcə döyüş meydanında deyil, diplomatiya meydanında da davamlı uğur əldə edib, döyüşlərdə əldə etdiyimiz qələbənin möhkəmlənməsinə, həmçinin dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edən bir sənədə imza atmırlar. Yaxud da bunun mahiyyətini dərk etmirlər. Özləri imza atmırlar, imza atanları isə linç edirlər. Onlar bu hərəkətləri ilə özlərinin əslində kim olduqlarını ortaya qoymuş oldular. Onların bu davranışına xalqımız öz qiymətini verəcək".
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
|