"Paşinyan Koçaryanın qruplaşmasını zərərsizləşdirsə, sülh mümkün ola bilər" - ekspert
Tarix: 28-06-2021, 08:25 |
Çap et
"Ermənistanla sülh müqaviləsinin imzalanması bir neçə il çəkəcək. Çünki Ermənistan sülh müqaviləsinə hazır deyil".
Bunu "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, parlamentdə fürsət gözləyən revanşistlərin Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək planları qüvvədədir:
"Əgər Paşinyan prezident üsul-idarəsinə keçid edib, səlahiyyətləri prezident olaraq götürərsə və parlamentdə Koçaryanın qruplaşmasını zərərsizləşdirsə, sülh mümkün ola bilər. Ermənistan ordusunda Rusiya dərin kök salıb. Paşinyan ölkəni yenidən qurmaq üçün bu qüvvələri neytrallaşdırmalıdır. Ermənistanın sərhəddə təxribatları Azərbaycanı narahat etməməlidir. Azərbaycan qalibdir və baş verən bu cür təxribatlar Paşinyan və ölkə əhalisinin ziyanınadir. Bu təxribatlarin başında Kreml və Koçaryana bağlı hərbiçi və siyasilər durur".