“Bundan sonra tətbiq ediləcək sərtləşməyə qarşı çıxmayacam” - deputat
Tarix: 16-07-2021, 09:47 | Çap et
Artıq iki həftədir ki, Azərbaycanda toylar keçirilir. Avqust ayında Məhərrəmlik ayının başlayacağı ilə əlaqədar bu müddət ərzində əksəriyyət tələsik də olsa toyunu keçirməyə çalışır. Lakin qoyulan qaydalara nə qədər əməl olunur? Müşahidələr də onu göstərdi ki, il yarımdan sonra yenidən fəaliyyətinə icazə verilən toy, nişan mərasimlərində pandemiya şərtlərinə əməl olunmur, məclis sahibləri və yaxud sahibkarlar kobud şəkildə qaydaları pozurlar. Kimisi “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmir, kimisinin vaksinasiya ilə bağlı sənədi olmadan məclisdə iştirak etməyə çalışır, eləcə də şənliklər saat 24:00-dan sonra davam edir və sairə. Bununla bağlı iki həftə ərzində xeyli sayda şadlıq sarayı və obyektlərinin sahibləri cərimələnib və yaxud barələrində inzibati həbs qərarı çıxarılıb.
Bir müddət bundan əvvəl toy qadağası ilə bağlı tənqidi fikir bildirən bir sıra ictimaiyyət nümayəndələri, hətta deputatlar da artıq əks fikir bildirməyə başlayıblar. Məsələn, daim müəyyən qaydalar çərçivəsində toyların icazə verilməsi ilə bağlı çağırışlar edən millət vəkili Fazil Mustafa ötən gün “Yeni Müsavat”a açıqlamasında toylarla bağlı qadağaların daha sərt şəkildə tətbiq edilməsini istəyib.
Baş nazir Əli Əsədov “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”in təsdiqlənməsi barədə qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.
Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq. Metodik göstəriş o deməkdir ki, hər toya gələnə nələrin qadağan olunduğu broşur şəkildə paylana bilər.
Bəs yeni qərar nələri dəyişəcək? Niyə cəmiyyətimiz qoyulan qadağaları pozmağa meyllidir?
Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb:
“Biz deputatlar ”toylara icazə verilsin" çağırışını edəndə nəzərdə tutmamışdıq ki, vətəndaşlar qoyulan qaydalara əməl etməsinlər. Bunun üçün də hesab edirəm ki, bu məsələdə qayda-qanunun tətbiq edilməsi yaxşı olardı. Son günlər xəstəliyə yoluxanların sayının artması məni də narahat edir. Biz istəyirik ki, ümumiyyətlə, bu xəstəlik bitsin və bütün qadağalar aradan götürülsün.
Hər zaman qeyd etmişəm və indi də bildirmək istəyirəm ki, daha yaxşı olardı ki, toylar açıq havada keçirilsin. Bilirik ki, şadlıq saraylarının həyətində geniş məkanlar var və orada 300-500 nəfərlə toy keçirmək daha təhlükəsizdir. Təəssüflər olsun ki, toyların daha çox bağlı məkanda keçirilməsinə meyl göstərirlər. Təbii ki, orada şərait daha yaxşıdır, amma axı təhlükə yaradır. Məsələn, kondisioner havanı alıb, içəri buraxır və xəstəliyi yaymış olur. Bu baxımdan bu gündən sonra qaydaların daha da sərtləşdirilməsinə, insanların daha məsuliyyətli olmasına yönəlik addımlara qarşı çıxa bilmərəm, çıxamayacam da. İnsanlar da məsuliyyətli olmalıdır. Məlum olduğu kimi, virusun təhlükəli “Delta” ştammı artıq Azərbaycanda da aşkar edilib. Qadağalar bizim öz sağlamlığımız üçündür. İnsanlarda belə bir fikir yaranmasın ki, baş nazir Əli Əsədov insanlara qarşı qərar verir. Əksinə, Operativ Qərargah çalışır ki, ümumiyyətlə, bu xəstəlik olmasın və bütün qadağalar aradan qalxsın. Amma vətəndaşlar məsuliyyətsiz yanaşırlar".Lakin müşahidə edirik ki, insanlar toylarda dərd-sərini, unutduğu kimi xəstəliyi də unudur. Əlavə olaraq şadlıq evlərinin sahibləri də daha çox qazanmaq, daha çox insanları dəvət etmək üçün sui-istifadələr edir ki, bu da problemlər yaradır. Təsəvvür edin ki, əgər bir stol arxasında bir xəstə insan əyləşərsə, nə qədər insan yoluxa bilər. Bu məsələlərə nəzarət etmək çətin olub.
Deputat vətəndaşları kütləvi vaksinasiyaya çağırıb:
“Hesab edirəm ki, virusa qalib gəlmək üçün vətəndaşlar kütləvi şəkildə vaksinasiya prosesinə qoşulmalıdır. Ötən gün müşahidə etdim ki, birinci və ikinci doza ilə cəmi 30 min insan peyvənd olunub. Bu çox azdır. Amma bir müddət əvvəl çağırış olanda və vətəndaşlar virusla bağlı daha çox narahat olanda say 90 min idi. Beləliklə, insanlar kütləvi peyvəndləməyə getməzsə, yenidən qadağalar başlayacaq, qapanmalara gediləcək, toylara icazə verilməyəcək. Vətəndaşlar bunumu istəyir?”
Razi Nurullayev baş nazirin yeni qərarına da mövqe bildirib:
“Düşünmürəm ki, xalqımız həmin broşurları oxuyacaq. Əksəriyyəti broşuru alıb, çantasına atacaq. Əlbəttə ki, oxuyanlar da olacaq, amma yaxşı olardı ki, toy başlamazdan əvvəl toyu aparan şəxs broşurda yazılanları zala oxusun.
Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür şərh bildirdi:
“Bundan əvvəl açıqlamamda bildirmişdim ki, iki həftədə hər şey aydınlaşacaq. Hətta deyərdim ki, bir qədər də vaxt tələb olunacaq.
İlk öncə deyim ki, bu məsələlər qadağaları tətbiq edən qurum tərəfindən aydın şəkildə ortaya qoyulmadı. Qadağalar, məhdudiyyətlər elə şəkildə yazılmışdı ki, bəlkə də xeyli kənd əhalisi onu oxuyub, başa düşmədi ki, söhbət nədən gedir. Bir qrup camaat isə oxudu və təəccübləndi ki, bu qadağalar nə qədər imkan yaradır ki, ona nəzarət edən təşkilatlar öz mənafelərini güdsünlər. Həmin qaydalarda hiss olunurdu ki, nəzarət orqanları burada şəxsi məsələ güdə bilər.
Digər tərəfdən isə qaydalarla bağlı qərar veriləndən bir gün sonra həmin orqanların nümayəndələri camaata səslənib bildirdi ki, “qorxmayın, bu o qədər də sərt olmayacaq”. Əhali bu sözü sona qədər mənimsəyə bilmədi. Axı bu nə deməkdir? Bunun özü də o demək idi ki, hərə bu qaydaları “yola” verə bilər. Ona görə də əhali elə başa düşdü ki, əgər qurum rəsmiləri deyirlər ki, qadağalar o qədər də sərt olmayacaq.
Təəssüf ki, bizim camaatımız illərlə belə öyrəşib ki, qoyulan qadağanı pozmaq olar. Bu praktika bizim həyatımızda var. Lakin bunun günahı əhalidə deyil. Sadəcə, mühit əhaliyə bunu öyrədib ki, qaydanı pozmaq olar. Əhalidə bu artıq vərdişə çevrilib. Bunu da diktə edən, qeyd etdiyim kimi, mühitdir. Ona görə də hesab edirəm ki, bu cür məsələlər ortaya qoyulanda onu konkretləşdirmək lazımdır. Həmçinin icra ediləndə də nəzarət güclü olmalıdır. Bəzən biri “yola” verir, bəzən icra etmir, bunu görən kimsə də başqasına deyir və xəbər yayılır ki, “yola” vermək olar.
Toyları müşahidə edirəm və aydın olar ki, ortada belə bir mənzərə var - 150 nəfərə deyilir ki, saat 9-a qədər gəlsinlər, ondan sonra digər 150 nəfər gəlir. Yəni camaat müxtəlif yollar axtarır. Bu məsələdə ciddi nəzarət mexanizmi yoxdur. Hər şeyi yarımçıq etməyi xoşlayırıq. Ona görə də qeyri-müəyyənlik var.
O ki qaldı veriləcək broşurlara, bu məsələyə də qeyri-ciddi baxıram. Sizcə, toya gələn camaat broşur oxuyacaq? İndidən proqnoz verirəm, gedib görəcəksiniz ki, boruşurlar foyedə və digər yerlərə atılıb.
Mən çağırış edirəm ki, gəlin birlikdə konkret toy modeli quraq. Lakin bu çağırışımı eşidən yoxdur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|