"Belə həqiqətə uyğun olmayan mövqelər Azərbaycan parlamentinin son illərdəki uğurlu fəaliyyəti ilə əlaqəlidir" - deputat
Tarix: 10-08-2021, 08:08 |
Çap et
“Milli Məclisin sədri Sahibə xanım Qafarovanın İran səfəri ilə bağlı səslənən birmənalı olmayan fikirlər məni məyus etdi. Onlar səfərin mahiyyətini başa düşməyiblər”.
Bu sözləri millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Parlamentarinin fikrincə, səslənən bir çox fikirlər qərəzlidir:
“Görüş protokol qaydalarına uyğun olaraq həyata keçirilib. Həmçinin səfər zamanı Xocalı faciəsi gündəmə gətirilib. Düşünürəm ki, belə həqiqətə uyğun olmayan mövqelər Azərbaycan parlamentinin son illərdəki uğurlu fəaliyyəti ilə əlaqəlidir.
Belə ki, bu, bir çoxlarında qıcıq yaradır.
Milli məclisin sədri Sahibə Qafarova hətta pandemiya dövründə çox fəal oldu, o cümlədən Azərbaycan - Türkiyə və Pakistan arasında üçtərəfli bəyanat imzalandı.
Həmin faktlar qara piyarla nəticələndi. Halbuki səfər zamanı Azərbaycan mövqeyi ən yüksək səviyyədə dəstəkləndi, protokol qaydalırına riayət edildi.
Reallığı əks etdirməyən fikirlər isə parlamentimizin nüfuzuna, beynəlxalq əlaqələrimizə zərbə vurmaqdan ötrüdür”.