"Hətta Avropa İttifaqının rəsmiləri belə baş örtüyündə olurlar" - deputat
Tarix: 11-08-2021, 08:52 | Çap et
Milli Məclisin sədri Sahibə Qafarovanın İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün cənub qonşumuza etdiyi səfər gündəmdən düşmür. Onun yeni dövlət başçısı ilə rəsmi görüşü zamanı yalnız İran bayrağının Rəisi tərəfdə olması diqqətlərdən yayınmayıb və ciddi qalmaqal yaradıb.
Bu məsələ ətrafında bir kampaniya başladılıb. S.Qafarovaya qarşı sanki hücum kampaniyasına start verilib. Çoxları hesab edir ki, xanım spiker buna sərt təpki verməli idi. Sosial şəbəkələrdə bu, daha çox cənub qonşumuz tərəfindən Azərbaycana olan hörmətsizlik kimi qələmə verilir. Protokol qaydasını önə çəkərək bunun əksini düşünənlər də az deyil.
İran tərəfindən məsələyə hələ ki aydınlıq gətirilməyib. Eləcə də rəsmi Bakıdan da rəsmi reaksiya yoxdur. İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlamağa cəhd etsək də alınmadı.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarının müdafiəsinə qalxdı: “Mənə elə gəlir ki, bu xoşagəlməz rəy düşünülmüş şəkildə Azərbaycan dövlətçiliyinə qənim kəsilənlər tərəfindən gündəmə gətirilir. Əlbəttə, bunun içərisində İran rejiminə nifrət bəsləyən, Azərbaycana qarşı illər boyu onların xoşagəlməz münasibətlərinin təsirinə düşənlər də var. Əslində heç də Azərbaycan dövlətçiliyinə, bayrağına, onun atributlarına, Sahibə xanım Qafarovaya qarşı hər hansı bir hörmətsizlik olmayıb. Hər bir ölkənin xarici qonaqları qəbul etmək üçün müəyyənləşdirdiyi və hər bir dövlətə, onun nümayəndə heyətinə ranqından asılı olaraq qərarlaşdırdığı protokol qaydaları var. İranda rəsmi səfərdə olan qadınlar, hətta Avropa İttifaqının rəsmiləri belə baş örtüyündə olurlar. Bunun hər zaman şahidi olmaqdayıq. Təbii olaraq Sahibə xanım həmin protokol qaydalarına uyğun olaraq baş örtüyündə, bu geyimdə rəsmi görüşlərdə olub. Yeni seçilən prezidentlə, İran parlamentinin spikeri ilə görüşlərdə bu qiyafədə iştirak edib. Burada nəsə axtarmağın özü deyərdim ki, doğrudan da, yumşaq dildə desək, düşüncəsizlikdir, səviyyəsizlikdir. Bu, protokol qaydalarını bilməməkdən irəli gələn qərəzli münasibətdir. Digər tərəfdən, Sahibə xanım İran parlamenti ilə görüşəndə onun bir tərəfində iranlı həmkarının oturduğu stolun arxasında İran bayrağı, özünün əyləşdiyi yerdə isə Azərbaycan bayrağı var. O, Azərbaycan parlamentinin sədri kimi, eyni zamanda inauqurasiya mərasimində nümayəndə heyətimizin rəhbəri kimi təmsil olunub. Deyərdim ki, ciddi nümayəndə heyəti ilə orada təmsil olunduq. Sahibə xanımdan başqa baş nazir və xarici işlər nazirinin müavini də bu rəsmi tədbirin içərisində yer almışdılar. Onun keçirmiş olduğu hər iki görüş İran dövlətinin protokol qaydalarına uyğun şəkildə reallaşıb”.
Deputat görüşdə Azərbaycan bayrağının olmamasının səbəblərindən də söz açdı: “İbrahim Rəisi ilə görüşəndə Azərbaycan bayrağı ola bilməzdi. Çünki Sahibə xanım Milli Məclisin spikeri kimi orada təmsil olunurdu. Bayraqlar bir qayda olaraq parlamentli respublikalarda baş nazir səviyyəsində keçirilən görüşlərdə qoyulur. Protokol qaydaları ilə qarşılanma mərasimində həmin dövlətin himni səslənir. Çünki artıq o, dövlətin başçısıdır. Sahibə xanım isə dövlət başçısı deyil. İran prezidenti ilə görüşündə onun tərəfində Azərbaycan bayrağı olmalı deyildi. Bundan istifadə edib mənasız yerə fikirlər səsləndirmək doğru deyil. Milli Məclisin sədri seçiləndən Azərbaycan dövlətinə və parlamentinə ciddi töhfələr verən Sahibə xanımı hədəfə almağın özü çox böyük ədalətsizlikdir, haqsızlıqdır. 44 günlük müharibə dövründə bütün parlament üzvləri ilə bərabər bu döyüşlərin içərisində oldu. Öz səlahiyyətləri çərçivəsində mübarizənin önündə olan dövlət xadimlərindən biri idi. Ölkə Prezidentinin komandası içərisində öz işini uğurla yerinə yetirən parlament sədri kimi tövsiyələrini verirdi. 44 günlük müharibənin içərisində həqiqətən çox böyük və hörmətli qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, müzəffər bir parlament kimi öz iradəmizi ortalığa qoyduq. Bunun önündə Milli Məclisin sədri Sahibə xanım Qafarova dururdu. Eyni zamanda II Qarabağ savaşında Azərbaycanın yanında olan İtaliya, Macarıstan, Pakistan kimi ölkələrə müharibədən dərhal sonra geniş heyətlə səfərlər etdi, orada ciddi görüşlər keçirdi, əhəmiyyətli bəyanatlar səsləndirdi, həmin ölkələrlə parlament səviyyəsində münasibətləri daha yüksək səviyyədə qurmaq və inkişaf etdirməklə bağlı fikirlər səsləndi. Xüsusi olaraq, hər birimizə böyük sevinc gətirən Azərbaycan-Türkiyə və Pakistanın parlament sədrlərinin imzası ilə Bakı Bəyannaməsi qəbul olundu. Bunun özü çox möhtəşəm bir sənəd idi. Artıq üç dövlətin parlamentləri eyni məsələlər ətrafında fikirlər səsləndirən, əlaqələrini möhkəmləndirən, bir-birilərini beynəlxalq aləmdə müdafiə edən bir platforma yaradıblar. Sahibə xanım İran parlamentinin sədri ilə görüşündə Xocalı soyqırımının bu ölkənin parlamentində qəbul olunması təklifi ilə çıxış etdi. Bu da onun kifayət qədər ciddi və cəsarətli addımı idi. Biz əmin olmaq istərdik ki, əgər doğrudan da İran Azərbaycana dost, müsəlman ölkəsi kimi isti münasibət ifadə edirsə, Sahibə xanımın Xocalı faciəsi ilə bağlı təklifinə baxmalı və qəbul etməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycan-Türkiyə-Pakistan parlamentləri sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin təşəbbüskarı da Sahibə xanım Qafarovadır. Milli Məclis yarandığı gündən Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr verib, fəaliyyətini ciddi şəkildə qurub. Sahibə xanım bu ənənələrə söykənərək bu gün də Azərbaycan dövlətinə spiker kimi əhəmiyyətli töhfələr verməkdədir. Təbii ki, hər bir millət vəkilinin fəaliyyəti ilə bu gün Milli Məclis belə tənqidlərə, bu cür yanaşmalara layiq deyil. Parlament öz işini çox yüksək səviyyədə həyata keçirməkdədir”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|