“Yeni qanun layihəsində gözləntimiz ondan ibarətdir ki...” - Natiq Cəfərli
Tarix: 14-08-2021, 09:13 | Çap et
Məlumdur ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı qanunlar 2014-cü ildə sərtləşib, maliyyələşmə problemləri QHT-lərin fəaliyyətini, onların cəmiyyətdə rolunu azaldıb. Bu gün isə 44 günlük müharibədən sonra yaranmış vəzifələrin həllində QHT-lərin fəaliyyətinə ehtiyac duyulur ki, hökumət bunun fərqindədir.
Bunun üçün ilk növbədə qanunvericilik bazasının optimallaşdırılmasına ehtiyac var. Təsadüfi deyil ki, prezidentin köməkçisi Hikmət Hacıyevin hüquq müdafiəçiləri ilə görüşündən bir neçə gün sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırlandığı və müvafiq qurumlara göndəriləcəyi barədə məlumat yayılıb. Bəzi QHT-lər bunun artıq irəliləyişlərin əlaməti hesab edirlər. Bəs görəsən, pozitiv gözləntilər özünü doğruldacaqmı? Yeni qanun layihəsində hansı dəyişikliklər olacaq? Xarici donorlarla əməkdaşlıq asanlaşacaqmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, hər bir ölkənin dayanıqlı inkişafı üçün güclü vətəndaş cəmiyyəti, eyni zamanda QHT-lərin inkişafı çox vacibdir: “Nəzərə alsaq ki, Azərbaycanda da qeyri-hökümət təşkilatlarının inkişafı, eyni zamanda daxili mənbələr hesabına vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi prosesi prioritet məsələlərdəndir. Yeni agentliyin yaradılmasında da məqsəd ondan ibarətdir ki, qeyri-hökümət təşkilatlarına daxili maliyyə mənbələrinin təklif olunması və vəsaitlərin bölüşdürülməsi prosedurları təkmilləşdirilsin. Xüsusən də güclü, Azərbaycanın maraqlarını qoruyan, ölkə həqiqətlərini xaricdə təbliğ edən, ölkə daxilində marifləndirmə prosesinə dəstək verən QHT-lərin daha yaxından dəstəkləməsi həyata keçirilsin. Təbii ki, QHT-lər üçün həm də xaricdən maliyyə resurslarının cəlb edilməsi vacibdir. Aparılan müzakirələr də onu göstərir ki, QHT-lərin xarici mənbələrə çıxış imkanlarının gücləndirilməsi ilə bağlı fəaliyyətlərin davam etdiriləcəyi gözlənilir.
Çünki bir tərəfdən QHT-lər daxili maliyyə mənbələrindən istifadə etmək imkanına malikdirlər. Digər tərəfdən isə xaricdən, xüsusən də Avropa Birliyi daxil olmaqla xarici donor təşkilatlarından vəsaitlərin cəlb edilməsi aktual olaraq qalmaqdadır. Hazırda bir sıra QHT-lər Avropa Birliyi daxil olmaqla, bir sıra aparıcı donor orqanları ilə əməkdaşlıq edir və birgə layihələr həyata keçirilir. Bu cür imkanların genişləndirilməsi və daha çox vəsaitin cəlb edilməsi vacibdir. Həm agentliyin yaradılması , həm ondan sonra aparılan müzakirələr, həm də hökümət tərəfindən vətəndaş cəmiyyətinin prosesə intensiv şəkildə cəlb olunması prosesin müsbətə doğru getdiyini göstərir. Eyni zamanda mütəmadi olaraq vətəndaş cəmiyyəti üzvləri ilə dövlət qurumları rəhbərlərinin, o cümlədən prezidentin köməkçisi Hikmət Hacıyevin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşməsi, onlayn müzakirələrin aparılması ondan xəbər verir ki, praktik olaraq bu istiqamətdə vətəndaş cəmiyyətinə olan dəstək daha da artacaq, QHT-lərin həm maliyyə resurslarına, həm də digər resurslara çıxış imkanları artırılacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, hər zaman QHT qanunvericiliyinin dəyişdirilməsi məsələsini qaldırıblar: “Ötən ilin mart ayında ilk dialoq təklifi gələndə və keçirilən görüşlərdə biz QHT qanunvericiliyinin dəyişdirilməsi məsələsini önəmli məsələlərdən biri kimi qaldırdıq. Biz hər zaman bu məsələni qaldırmışıq və müəyyən təkliflərimiz də olub. Həm birbaşa, həm də bizim parlament nümayəndəmiz vasitəsilə ilə ötən ilin avqust və sentyabr aylarında altı görüşümüz olub. QHT nümayəndələri və qeydiyyatda olmayan qeyri-hökumət təşkilatlarının üzvləri burada iştirak etdilər. Onların da fikirlərini topladıq, onlardan gələn tələblər və təkliflər əsasında özümüz bir təkliflər paketi hazırlayıb elan etdik. Gözləntimiz ondan ibarət idi ki, payız sessiyasında yeni qanunvericilik aktı qəbul olunacaq. 2014-cü ildə QHT qanunvericiliyinə edilən və sivil toplum quruluşlarının işləməsinə çox ciddi çətinlik yaradan dəyişikliklərdən sonra yeni qanun layihəsi daha şəffaf və daha normal fəaliyyət üçün imkanları genişləndirəcək. Eyni zamanda QHT-lərin qeydiyyat problemi də var. O daha da asanlaşacaq və QHT- lərin qeydiyyatı ilə bağlı problem öz həllini tapacaq. İkinci növbədə vətəndaş cəmiyyətinin istər xarici, istər də daxili donorlarla daha şəffaf şəkildə çalışması üçün imkanlar genişləndirilməlidir”.
N.Cəfərlinin sözlərinə görə, ən azından 2013-cü ilə qədər olan vəziyyət bərpa edilməlidir: “Xarici donorlarla olan qrant müqavilələrinin qeydiyyatı asanlaşmalıdır. Dövlət qurumlarına bəhanə yeri qalmamalıdır ki, istədikləri vaxt istədikləri müqavilələrinin qeydiyyatından imtina etsinlər. Məmurlardan asılı vəziyyət yaranmamalıdır. Yeni qanun layihəsində gözləntimiz ondan ibarətdir ki, həm QHT-lər şəffaf şəkildə çalışmalıdır, dövlətin bütün qanunlarına , qaydalarına uyğun şəkildə öz işini qurmalıdır, həm də dövlət orqanları QHT- lərin fəaliyyətinə mane olmamalıdır. Bu qarşılıqlı fəaliyyəti genişləndirilməsi ilə bağlı təkliflər var və bu təkliflərin qanun layihəsində öz əksini tapmasını gözləyirik. Bu da ölkədə sağlamlaşdırma addımlarından biri kimi təqdim edilə bilər. Doğru bir dəyişiklik, doğru bir istiqamət ola bilər. Ümumiyyətlə, QHT sektoruna dövlətin münasibətinin dəyişməsini gözləyirik. Çünki dövlət çox zaman bu sektora şübhə ilə yanaşırdı. Bu şübhələr aradan qalxmalıdır. Bütün dünyada QHT seqmenti hökumətin pulsuz konsaltinqidir. Qarşılıqlı əməkdaşlıq şəraitində, bir-birinə mane olmamaqla fəaliyyətin bərpa olunmasını və genişlənməsini gözləyirik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|