"Daha çox öz kreslolarını itirməmək barədə düşünürlər" - Partiya sədri
Tarix: 24-08-2021, 08:20 | Çap et
Hakim Yeni Azərbaycan Partiyasının çox geniş resurslarının olduğu bəllidir. YAP-ın ən ciddi resurslarından biri Milli Məclisdə deputatlarının sayının çox olmasıdır. Partiyanın parlamentdə deputat sayı çox böyükdür, amma hökumətin gördüyü işlərin təqdimatından onların fəaliyyəti, təbliğatı çox zəifdir. Ölkə başçısı səhnədə və kameralar qarşısında olanda ictimai əhval müsbətə doğru dəyişir, ictimai rəy hakimiyyətin xeyrinə yüksəlir. Prezident çıxışlarına bir qədər ara verən kimi, 3-5 müxalif “qırğı” hakimiyyətin və Prezidentin gördüyü işləri qaralayır, gözdən salmağa çalışır. Bu ideoloji müharibədə 5-6 deputatı çıxmaqla, kimsə onlarla döyüşmür, tələblərə cavab vermir. O zaman o sayda deputatı Milli Məclisə niyə gətirirdilər? Deputat istənilən siyasi qüvvənin-müxalifətin, iqtidarın danışan dilidir. Amma əksər hallarda iqtidar deputatlarının çoxu danışanda vəziyyət hökumətin xeyrindən çox ziyanına dəyişir. Bəs bu vəziyyəti və Milli Məclisin tərkibini dəyişmək haqda iqtidar nə düşünür və düşünməlidirmi?
Hakimiyyətyönlü Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətin ilk növbədə 44 günlük müharibə və ondan sonra yaranmış vəziyyətlə bağlı mövqeyinin xalqa çatdırılmasında ciddi problemlər mövcuddur: “Əsas çətinlik ondan ibarətdir ki, dövlət başçısı hər şeyi açıq şəkildə demək imkanına malik deyil. Bu təbiidir. Çünki bu, xalqın və dövlətin maraqlarını gözləmək, dünya siyasətini və mövcud reallıqları dərindən bilmək, tutduğu yüksək dövlət vəzifəsinin məsuliyyətini daim hiss etmək və s. amillərlə bağlıdır. Müxalifətin isə belə bir ”dərdi" yoxdur. Əsas odur ki, onların dedikləri “dərin” fikirlər “xal” gətirsin, hazırlıqsız kütlənin xoşuna gəlsin, ona “oğulsan” deyənlərin və rəqibləri küçə söyüşləri ilə söyənlərin sayı durmadan artsın.
Şübhəsiz ki, bizim-hakimiyyəti təmsil edən və dəstəkləyən siyasilərin əsas çətinliyi təkcə bununla bağlı deyil. Bu gün bu mövqeni müdafiə etmək yüksək hazırlıq, ciddi mütaliə tələb edir. Əks mövqedə durmaq, hakimiyyəti “inandırıcı” tərzdə tənqid etmək üçün nə mütaliəyə, nə savada ehtiyac yoxdur. Bazarda xırda ticarətlə məşğul olan bir həmvətənimizin öz həmkarları qarşısında az qala hər gün səsləndirdiyi fikirləri oğurlayıb, ondan bir az aşağı səviyyədə söyləmək kifayətdir ki, “böyük siyasətçi” titulunu qazanasan və “xalqın nəzərində” avtoritetə çevriləsən. Ancaq dövlətçilik mövqeyində dayanmaq üçün hər gün ən azı 8-10 saat mütaliə etməli, öz üzərində işləməlisən. Azərbaycanda nə qədər siyasətçinin buna həvəsi və ciddi mətnləri öyrənmək potensialı var? Belə potensialı olanların içərisində yüksək natiqlik qabiliyyəti olan neçə nəfər var? Onların içərisindən nə qədəri özünü bu mübarizəyə atmaq, küçə söyüşlərinə və təhqirlərə qarşı dayanmaq dəyanətinə malikdir? Təəssüf ki, belələrinin sayı barmaqla sayılacaq qədər son dərəcədə azdır".
Partiya sədri fikrinin davamı olaraq qeyd etdi ki, burada ikinci mühüm məqam ortaya çıxır: “Sayı onsuz da az olan bu dəyərli insanların hakimiyyət strukturları ilə əlaqə saxlamaq, onlardan vaxtında zəruri məlumatları almaq imkanı varmı? Müvafiq qurumlar Prezidentin mövqeyini xalqa çatdırmaq, onunla çiyin-çiyinə mübarizə aparmaq istəyən insanlara kömək göstərmək barədə düşünürlərmi? Dövlət və hakimiyyətə yaxın televiziya kanallarına rəhbərlik edənlərin təbliğatı yüksək səviyyədə qurmaq, bütün potensialı bu işə cəlb etmək kimi bir dərdi varmı?
Təəssüf ki, bu suallara təsdiqləyici cavab vermək qeyri-mümkündür, təbliğatın, xalqla əlaqənin yüksək səviyyədə olmasına cavabdeh vəzifəli şəxslər bu işi qurmaq barədə deyil, daha çox öz kreslolarını itirməmək barədə düşünürlər. Bunun yolu isə çox sadədir: nə qədər faydalı olsa da fərqli fikir söyləyənləri yaxına buraxma, meydanı çox vaxt mənasız, ictimai rəyə heç bir təsiri olmayan, ancaq “xatasız” fikirlər söyləyənlərə ver və kresloda rahat otur, ictimai rəyi şikəst edən “liderlərin” Prezidentə qarşı açdığı cəbhəni, xalqın hər gün aldadıldığını, çaşdırıldığını qətiyyən özünə dərd eləmə".
A.Səmədov vurğuladı ki, yuxarıda qeyd etdiyi problemlər həll edilməyincə, Milli Məclisin tərkibinin dəyişilməsi də ciddi nəticə verməyəcək: “Ona görə də ilk növbədə hakimiyyətin mövqeyinin xalqa çatdırılmasına, xalqla əlaqələrə cavabdeh olan vəzifəli şəxslər iş üslublarını dəyişməlidir, ya da onlar dəyişməlidir. Yalnız həm parlamentdə, həm də kənarda olan siyasətçilərə düzgün qiymət veriləcəyi, onlara zəruri yardım göstəriləcəyi təqdirdə təbliğatı yüksək səviyyədə qurmaq, Prezidentə real yardım etmək mümkündür. Əks halda, yenə də bütün ağırlıq dövlət başçısının üzərində qalacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|