Cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır – Millət vəkilindən İLGİNC AÇIQLAMALAR
Tarix: 25-08-2021, 10:50 | Çap et
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:
- Qüdrət bəy, ölkəmizdəki son durumu dəyərləndirməyinizi xahiş edirik…
- Hazırda əsas diqqət sosial və iqtisadi sahədə qarşımızda duran vəzifələrin həllinə yönəldilməlidir. Bu istiqamətdə ciddi müzakirələr aparılmalı, islahatlar həyata keçirilməlidir. Qarabağda işğaldan azad olunmuş ərazilərimizdə, Ermənistanla sərhəddə möhkəmlənməyimiz, dağıdılmış yaşayış məntəqələrinin bərpası, Xankəndi üzərində suveren hüquqlarımızın təmin edilməsi güclü iqtisadiyyata bağlıdır. Amma çox təəssüf ki, Rusiyadan Jirinovski kimi hürüşünü qanmayan bir tula bilərəkdən, yaxud axmaqlığından Azərbaycanda gündəm yaratmaq üçün nəsə deyir, bizdən də İsfəndiyar kimi bütün “şüurlu” fəaliyyəti boyu xidmət etdiyi sahənin məğzini öyrənib dərk etməmiş, Qarabağ münaqişəsinin həllinə dair bir normal məqaləsi və ya açıqlaması ilə diqqət çəkməyi bacarmamış başqa bir tərbiyəsiz və savadsız heyvərə məsələni qızışdırmaq üçün tapşırıq əsasında ona cavab verir, XİN ehtiyac olmadığı halda məsələyə münasibət bildirsə də baş verənləri qınayıb pisləmir, iqtidar kənara çəkilir, amma bundan ruhlanan və baş verənlərin mahiyyətinə vara bilməyən bir qrup sadə cəmiyyət üzvüləri anti-Rusiya isterikası ilə həftələrlə bu mövzunu müzakirə edir. Hökumətə yaxın internet TV-lər və ora dəvət olunan, hökumətdə müəyyən dairələrlə əlaqəli üç-beş adam, xaricə sığınıb ermənipərəst dairələr tərəfindən yönəldilən şəxslərlə sanki yarışa giriblərmiş kimi, hər gün eyni şeyləri pafosla, qırıq patefon kimi təkrar-təkrar bağırır, region dövlətlərini asıb-kəsir, daxildə düşmən axtarışına çıxır, bununla da cəmiyyətin diqqəti vacib məsələlərdən yayındırılır. Bəzən özlərinin yaşamadığı, amma sadə insanların hər gün rastlaşdığı problemlərdən uzun-uzadı danışan bu adamların yəqin ki, bəziləri həmin problemlərin nədən qaynaqlandığını bilir, amma bu barədə “müdrikcəsinə” susurlar. Bəzilərinin isə bu barədə danışmağa qabiliyyətləri və savadları çatmır. Elə ona görə də onlara tribuna verirlər. Çoxları anlamır ki, yalnız iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə Qərb standartlarına cavab verən demokratik cəmiyyət qurmaq mümkündür. Mülki cəmiyyət, hüquqi dövlət quruculuğu iqtisadi inkişafa bağlıdır. İqtisadi inkişafla paralel mülki cəmiyyətə xas olan ali dəyərlərə sadiq, onu qorumaq üçün fədakarlıq etməyə hazır vətəndaş formalaşdırmaq lazımdır. Özlərini həmin ali dəyərləri mənimsəmiş, cəmiyyətin nümunəvi üzvləri kimi göstərmək əvəzinə, bu adamlar davranışları və leksikonları ilə savadlı və abırlı insanları siyasi həyatdan uzaqlaşdırırlar. Bu cür tərbiyə problemi olan, deputat olmaq üçün hər şeyə hazır adamcıqlar hakimiyyət təmsilçilərini, məmurları, varlı insanları cəmiyyətə düşmən kimi təqdim edir, onları ən pis formada təhqir etməkdən, onlara böhtan atmaqdan çəkinmir, cəmiyyəti parçalayırlar. Danışdıqca qızışan bu adamlar bəzən hansı missiyanın daşıyıcıları olduqlarını da unudur, təhqirləri və ağır ittihamları artıq ən yüksək səviyyəyə qədər qaldırırlar. Həmin şəxsləri böhtan və təhqirlərə görə cəzalandırmağın mümkünsüzlüyü barədə düşüncələr isə vəziyyəti bir az da ağırlaşdırır. Qərbin hökuməti “siyasi təqiblər” barədə şantaj etməsi öz bəhrəsini verməkdədir. Dövrümüzün daha bir ironiyası isə ondan ibarətdir ki, özlərini bloger, jurnalist, siyasətçi kimi təqdim edərək ictimai-siyasi həyata soxulmuş bu reket jurnalistlərin, siyasi dələduzların əksəriyyəti iqtidar üçün kənar şəxslər deyillər. Ola bilsin ki, baş verənlər, yəni diqqətin müvəqqəti olaraq əsas problemlərdən yayındırılması, hakimiyyətdə kimlərisə qane edir və ya onlar nə baş verdiyinin fərqində deyillər, amma əminliklə deyirəm ki, islahatların genişləndiriməsi yolu ilə problemlər həll edilməzsə və bu proses uzun müddət davam etdirilərsə bunun acısını nə zamansa hamımız yaşayacağıq. Artıq insanlarımızın bir hissəsi öz fikirlərini etika çərçivəsində, başqalarını söyüb təhqir etmədən söyləyən insanlara qulaq asmaq istəmir. Siyasi leksikonumuz söyüş və jarqonlarla dolmaqdadır. Hər kəs söyülüb təhqir edilməklə adekvat cavab verməyə məcbur edilir və beləliklə də cəmiyətin siyasi və mədəni səviyyəsi aşağı salınır, insanlar qisas hissi ilə alışıb-yanır, cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır. Dediklərimin təsdiqi odur ki, hətta ən ümummilli məsələlərdən belə siyasi məqsədlər naminə namərdcəsinə sui-istifadə, faydalanma cəhdləri açıq-aydın ortadadır.
- Qüdrət bəy, Azərbaycanın “Krım platformasına” qoşulmaması, 44 günlük savaşdan sonra “Azərbaycanın Rusiyanın forpostuna çevrilməsi” barədə mülahizələrə də münasibətinizi bilmək istərdik.
- Qeyd etdikləriniz az öncə dediklərimin bariz nümunəsidir. Həmin təbliğat Rusiya ilə münasibətləri pozub, daxildə siyasi böhran yaratmağa və bundan dar mənafelər naminə faydalanmağa hesablanıb. Rusiya ilə Türkiyənin daha sıx əməkdaşlığa can atdığı bir vaxtda bu dəstə cəmiyyətə aşılamaq istəyir ki, əgər kim Rusiya ilə yaxşı münasibətlər tərəfdarıdırsa, deməli Türkiyənin, türk dünyasının düşmənidir. Təəssüf ki, region dövlətləri arasında açıq qarşıdurmalar yarandığı zaman ölkənin taleyinin necə olacağı həmin şəxsləri düşündürmür. Onlar hesab edirlər ki, vəziyyət nə qədər ağırdırsa, bu onların xeyrinədir. Diqqət yetirin, Rusiya əsgərləri sülhməramlı kimi Qarabağda yerləşdirilib. Rusiya Ermənistanla bizim aramızda əsas vasitəçidir. Rusiya XİN rəsmi şəkildə bəyan edir ki, “Krım platformasına” qoşulanları Rusiya özünə düşmən dövlət hesab edəcək və biz bilirik ki, həmin tədbirə qatılmağımız Ukraynanın ərazi bütövlüyünü bərpa etməyəcək, amma bizimlə Rusiya arasında belə həssas dönəmdə ciddi problemlər yarana bilər. Buna baxmayaraq, hətta Ukraynanın özü də bizi anladığı halda deyirlər ki, yox, Ukrayna səfiri Şuşaya getdiyi üçün, Ukrayna bizim ərazi bütövlüyümüzü müdafiə etdiyi üçün, Türkiyə həmin tədbirə qatıldığı üçün biz də həmin tədbirə qatılmalıydıq. Sanki peşəkar siyasətçilər və peşəkar səviyyədə siyasi jurnalistika ilə məşğul olanlar yox, kolxozçular danışır. Azərbaycan savaşdan sonra Rusiyanın forpostuna çevrilməyib. Sadəcə Prezident reallıq hissini itirməyib, onlardan fərqli olaraq dövlət və cəmiyyət qarşısında dövlətin başçısı kimi öz məsuliyyətini dərk edir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməyib. Sentimental hisslərin əsiri olub ciddi siyasətdən uzaqlaşaraq Rusiyaya qarşı sərt mövqe sərgiləməyi tələb edən bu adamlar anlamırlar və demirlər ki, əgər Rusiya cavab versə ki, “sizin əleyhinizə nə edirəm, yaxşı edirəm və daha artığını edəcəm” onda Azərbaycan nə etməlidir? Bu zaman kimə şikayət etməlidir? Ukraynanın ərazi bütövlüyünə qarant durub, onu aldadaraq nüvə silahını təhvil verməyə razı salmış, amma sonradan Ukraynanın torpaqlarının işğalını kənardan seyr edən ABŞ-a? Məgər ABŞ, Fransa marağında deyildi ki, Rusiya bizim işğal altındakı torpaqları daima Ermənistanın nəzarətində saxlasın? Yoxsa, indi-indi özünün modern hərbi-sənaye kompleksini quran qardaş Türkiyəni nüvə dövləti ilə müharibəyə cəlb etməliyik?
Yeri gəlmişkən, 10 noyabr sazişini Türkiyəsiz imzalamaqla “Türkiyəni satdıq” deyən bu məkrli insanlar anlamırlar ki, Türkiyə onu satan dövlətlə heç vaxt Şuşa Bəyannaməsini imzalamaz, Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə birlikdə Bakıda hərbi parad qəbul etməz. Ərdoğan kimi xarizmatik lider İlham Əliyevə “qardaşım” deyə müraciət etməz. Qarabağla bağlı bütün qərarlar Türkiyə ilə birlikdə qəbul olunub. İnsanlarımız bilməlidirlər ki,siyasətdə və diplomatiyada hər şey göründüyü kimi deyil. “Biz demokratik ölkə olsaydıq, Qərbin Qarabağ məsələsində bizə münasibəti fərqli olardı” deyənlər unutmasınlar ki, ABŞ 1992-ci ilin sonunda “Azadlığa Yardım Aktı”na 907-ci düzəlişi qəbul etməklə Azərbaycana sanksiya tətbiq edəndə Elçibəy Azərbaycan Respublikasının Prezidenti idi. Məhz həmin ərəfədə Qərb qardaş Türkiyəni alçaldaraq məcbur etdi ki, Ermənistana taxıl göndərsin, amma dinc insanları Kəlbəcərdən köçürüb ikinci Xocalı soyqırımı yaşanmasının qarşısının almaq üçün Elçibəyə iki mülki helikopter verməsin.
Ona görə Qarabağ məsələsində Prezidentə güvənməli, gələcəyimiz naminə yaxın tariximizi yaxşı-yaxşı öyrənməli, buraxılmış səhvlərdən nəticə çıxarmalıyıq.
- Bəs iqtisadi inkişafı sürətləndirmək üçün nə etməliyik?
- İlk növbədə böyük dövlət şirkətlərini,xidmət sahələrini parçalayıb özəlləşdirməliyik. İqtisadiyyatda dövlət inhisarçılığına son qoyulmalıdır. Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalı, iqtisadiyyatda tənzimləyici funksiya yerinə yetirməlidir. Sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmək üçün nüfuzlu bankların ölkəyə gəlməsinə imkan yaradılmalıdır. İstehsal və emal müəssisələrinin, yardımçı tikililərin, yaşayış binalarının tikintisinə icazə verilməsi şərtləri xeyli sadələşdirilməli, mərkəzləşməyə son qoyulmalıdır. Bələdiyyələrə yerli “dövlət hakimiyyəti orqanları” statusu verilməli, onların səlahiyyətləri genişləndirilməlidir. Bizdən daha üstün texnologiyaya sahib, inkişaf etmiş ölkələrlə iqtisadi platformalarda birləşməyə can atmalıyıq. Qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, Rusiya və Türkiyə ilə qarşııqlı vergiləri istisna edən azad ticarət haqqında sazişin imzalanmasına çalışmalıyıq. Yalnız bu cür ciddi və qətiyyətli addımlar hesabına iqtisadi inkişafda real nəticələrə nail olmaq olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|