Əli Kərimli Əli Həsənovu AXCP-yə dəvət edib? - AÇIQLAMA
Tarix: 26-08-2021, 09:01 |
Çap et
“Vaxt var idi, Əli Həsənov ağa idi, istənilən adamın “başını kəsə”, saytını, qəzetini bağlatdıra bilirdi. Hər şey edirdi... Amma bu gün rəzil vəziyyətə saldığı mətbuatdan asılıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov deyib.
“Fikir verin, Əli İnsanovun mətbuatdan ötrü “ürəyi gedir”. Dünənə qədər Əli İnsanov nə edirdi? Jurnalistləri söyürdü, təhqir edirdi, qovurdu. Eşitmişəm, bilmirəm, nə dərəcədə doğrudur, Əli Kərimli Əli Həsənovu AXCP-yə dəvət edib ki, partiya güclənsin. Doğrusu, inanmadım, amma belə bir şey varsa, rüsvayçılıqdır. Gülüncdür...” – V.Məmmədov qeyd edib.