"Qarabağ xanlığı dövründə də Zəngəzur Qarabağın tərkibində idi" - MÜSAHİBƏ
Tarix: 28-08-2021, 08:56 | Çap et
Ermənistan sərhədlərimizi atəşə tutmaqdan çəkinmir, sülhməramlı missiyanın dəstəyindən yararlanaraq yenə də regiondakı vəziyyəti gərginləşdirməyə, ATƏT-in Minsk qrupunu yenidən dövriyyəyə buraxmaq niyyətini güdür və ölkəmizə qarşı ciddi əks təbliğat aparır.
Hafta.az-a müsahibə verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı maraqlı nüanslara diqqət çəkib.
-Akif müəllim, belə deyirlər ki, artıq 44 günlük müharibədən sonra Qarabağ Azadlıq Təşkilatına ehtiyac qalmayacaq. Bu gün yağı erməninin sərhəddə yaratdığı gərginliyə diqqət çəkəndə QAT-ın fəaliyyətinin hansı yeni mərhələ adladığını söyləmək olar?
-44 günlük müharibədən sonra bizə çox müraciətlər oldu ki, illərdir meydandasız bir qədər dincəlin. Amma hesab edirik ki, Azərbayacanın milli mövqeyini qoruyan təşkilatlar yaşamalıdır. Hətta təkliflər var ki, təşkilatın adı dəyişdirilsin. Biz isə düşünürük ki, adın dəyişməsinə ehtiyac yoxdur. Biz qələbəyə qədər belə bir şüarla çıxış edirdik ki, hər şey Qarabağın azadlığına doğru, yaxud Şuşa Azərbaycanın paytaxtı olmalıdır. Çoxları bunu real hesab eləmirdi, amma hadisələr elə inkişaf elədi ki, bu baş verdi. Artıq nazirliklərin də Şuşaya köçürülmsi ehtimalı var. Müharibədən sonra isə tam qələbəyə doğru tezisini ortaya atmışıq. Yəni Xankəndi, Xocalı, Ağdərə və digər rayonlarımızda nəzarət tam olaraq əlimizə keçməlidir. Azərbaycan bayrağının bütün ərazilərimizdə dalğalanması prosesi başa çatmalıdır. Biz tam qələbə deyəndə artıq Zəngəzur məsələsinin də həllini nəzərdə tuturuq. Bu gün Zəngəzur istiqamətində Azərbaycanın öz haqlarını müdafiə etməsi prosesi getməlidir. Biz deyirdik ki, Zəngəzur, ta Ordubada qədər olan ərazi Qarabağdır. Qarabağ xanlığı dövründə də Zəngəzur Qarabağın tərkibində idi. Qarabağın azadlığı, Zəngəzurun azadlığıdır. QAT bu prosesdə mübarizəsini davam etdirməlidir.
- Ermənilər Azərbaycanın qələbəsindən sonra bütün dünyada antiAzərbaycan, antiTürkiyə təbliğatı aparırlar. Yalandan dünyaya yeritməyə çalışırlar ki, guya onlar hansısa bir dövlət qurmuşdular, Azərbaycan kimlərinsə köməyi ilə gəlib o dövləti məhv elədi. Ermənistanın bu yalanlarına qarşı hansı addımlar atılır?
-Bu regionda ermənilərə aid heç nə yoxdur. İndi ermənilər tez-tez Arsax sözündən istifadə edirlər. Bizim o sözün türkə mənsub olduğunu dünyaya çatdırmaq üçün planlarımız var. Eyni zamanda onların yalanlarını ifşa eləmək üçün QAT kimi təşkilatlar fəaliyyət göstərməlidirlər.
Eyni zamanda hesab edirəm ki, bütün dünyadaAzərbaycan mövqeyində dayanan təşkilatların, fədakar, vicdanlı insanların bir araya gəlməsinə çox böyük ehtiyac var. Bu gün bir müdrikin dediyi kimi, “çoxluq” var, birlik yoxdur. Məhz o çoxluğun içərisində birliyə nail olmaq lazımdır. Birlik olanda güc olur. Güc olanda nəyəsə nail ola bilərik. Elə gənclər var ki, tək özü 10 dənə təşkilata dəyər. Amma onlar fərd olaraq fəaliyyət göstərir. Bu insanları bir araya gətirmək lazımdır. Beynəlxalq Qarabağ Forumunun təsis edilməsi məhz bu məqsədi güdür. Biz İzmit, Ərdəbil, Gəncə, Bakıda bir araya gələrək 8 toplantı keçirmişik. 9-cu toplantını İqdır şəhərində keçirəcəyik. Bu insanların bir yerdə olması artıq nəticədir. Hər ay Azərbaycan -Türkiyə tarixinə dair konfranslar keçiririk. Azərbaycanın gündəminə dair mövzulara toxunuruq. Konfranslarımızdan biri Moskvada Qarabağa Rusiyadan baxış oldu. İctimai rəyi Azərbaycanın xeyrinə formalaşdırmaq üçün işlər görürük.
-Xaricdə keçirilən bu cür tədbirlər diasporalarla birlikdə təşkil olunur. Məsələyə bu aspektdən yanaşsaq, diasporanın işini necə dəyərləndirmək olar?
-Biz heç vaxt kimisə tənqid, kiməsə yol göstərmək mövqeyindən çıxış etməmişik. Çünki tənqid eləmək, kiməsə yol göstərmək, məsləhət vermək çox asan işdir. Biz “Qarabağın azadlığı dünya azərbaycanlılarının vahid milli ideyasıdır”-tezisini ortaya atıb onun ətrafında insanları cəmləşdirirdik. İndiki yeni şəraitdə qarabağlı, zəngəzurlu “qalib Azərbaycan vahid milli ideologiyası”nı ortaya atmaq istəyirik.
Bizim bir çox ölkələrin müxtəlif diaspora təşkilatları ilə əlaqələrimiz var. İndiyə qədər eşitməmişik ki, kimlərsə diasporanın işindən razı qalsın. Diaspora işlərini necə qurur, nə üçün qurur mən o dərinliyə getmirəm. Çünki biz diaspora təşkilatı deyilik. Amma əlaqədə olduğumuz ölkədən gələn rəyləri mən çatdırıram. Hamı deyir ki, gəlirlər işi düzəltməyə, əvəzinə vurub dağıdırlar. Diaspora təşkilatlarının bir araya gəlməsinə imkan vermirlər. Elə bir qrup maraqlar var ki, kimlərəsə üstünlük verirlər, kimlərsə arxada qalıb. Mən hesab edirəm ki, Diaspora Komitəsi prinsiplərini düzgün müəyyənləşdirməyib. Biz etdiyimiz səfərlərdə burda problemlərin nədə olduğunu araşdırmağa çalışırıq. Hamısı deyir ki, bizə pul vermirlər, gözləntiləri puldur. Bura əyri yolla gələnlər kiməsə yol tapırlar, maliyyə dəstəyi alırlar heç gedib iş də görmürlər. Hesab edirəm ki, bu gün diaspora komitəsinə maliyyə alınmasına nöqtə qoyulmalıdır. Bundan qabaqkı rəhbərliyin vaxtında ümumiyyətlə dəhşətli faktlar deyirdilər. “şapka”, geriyə pul qaytarma” məsələsi… Həmin əyrintilər bu gün də var, yoxsa yox, dəqiq deyə bilmərəm, amma narazılıq var.
-Bu yaxınlarda Diaspora Komitəsinin təşkilatçılığı ilə müəyyən xarici ölkələrdən olan insanlar Bakıya gəlib Şuşaya səfər etdilər.
- Belə səfərlər təşkil olunmalıdır. Amma o səfərlər hədəfə çatdı, yoxsa yox, sual budur. O səfərdə iştirak edənlərin qayıdıb öz ölkələrinə gedəndən sonra o informasiyanı nə qədər yaymaq imkanları var. Onlar yalnız öz ətraflarını məlumatlandıra biləcəklər. Onların Amerikada, İsveçdə, Almaniyada Qarabağ həqiqətləri ilə bağlı, erməni vandallığı ilə bağlı hansısa bir fikri formalaşdırmağa gücləri yoxdur. Çünki orda iştirak edənlərin çoxu adi insanlar idi və təşkilati gücü yoxdur. Biz bu məsələni Komitədə qaldırdıq. Onlar dedilər ki, bu məsələ gözlənilmədən ortaya çıxıb, Bakıya gələn diaspora komitələrinə müraciət ediblər ki, kim getmək istəyir gəlib getsin. Bu ciddi iş prinsipi deyil, belə olmaz. Qarabağ üçün çalışan təşkilatların böyük hissəsi bundan narazı qaldırlar. Bu gün kifayət qədər əlaqə imkanları olan diaspora təşkilatlarının nümayəndələrinə internet şəbəkələri ilə müraciət olunmalı idi. Sən müraciət et, qoy gəlməsin, amma narazı da qalmasın. Bu səfərə eyni zamanda imkanlı şəxslər, iş adamları, tanınmış diaspora təşkilatları gəlməli idi.
-Akif müəllim kimdir, o tanınmış, ictimai fikrə təsir edən diaspora üzvü?
-Mən elələrini tanıyıram. Məsələn, ən mürəkkəb situasiya Rusiyadadır. Rusiyada vəziyyət gərgindir, təşkilatlar pərən-pərəndir. Təşkilatlar uzun müddətdir bir araya gələ bilmirlər. Bu Rusiya hökumətinin xarakteri ilə bağlıdır. Xaricdən gələn vətəndaşlara qarşı bir az ehtiyatlı yanaşırlar. Rusiyada həm də Azərbaycan- erməni münasibəti var. Rusiya da bir qədər ehtiyat edir, nəzarətdə saxlayır. Orda iş görən insanları önə çəkmək lazımdır.
-Mitinq mərhələsi bitdimi?
-Mitinq, yürüşlər bizim üçün məqsəd deyil, vasitədir. Biz uzun müddət xalq diplomatiyasına qarşı çıxırdıq. Bəzən bunu insanlar başa düşmürdülər. Deyirdilər ki, onsuz da Bakıda bu qədər erməni yaşayır, qoy gəlib görsünlər necə yaşayırıq, nə edirik. Biz onların hamısına deyirdik ki, bu bizim erməni ilə kaprizimiz, şıltaqlığımız deyil. Birincisi, mənim erməniyə qarşı münasibətim mənfidir, mənim torpaqlarımı işğal edibsə sərbəst şəkildə Bakıya gələ bilməz. İkincisi, bu ermənilərin planını tərkib hissəsidir. Ermənilər deyirlər ki, planlarının birinci hissəsini yerinə yetiriblər. Azərbaycan torpaqlarını zəbt ediblər. indi torpaqlarının zəbt edilməsini Azərbaycan hakimiyətinə və ictimaiyyətinə qəbul etdirməlidirlər. Bunun üçün isə oyunlar gedir. İndi də erməniləri gətirmək istəyirlər, amma situasiya dəyişib. Bu gün üstünlük bizdədir biz torpaqların bir hissəsini işğaldan azad eləmişik. Onlar böyük həvəslə Azərbaycana gəlmək istəyirlər. Biz yenə də bunun əleyhinəyik. Hesab edirik ki, Xankəndində, Ağdrədə, Xocalıda Azərbaycan bayrağı dalğalanandan sonra Zəngəzurda Azərbaycanın sərhəddi tam aydın şəkildə müəyyənləşəndən sonra biz xalq diplomatiyasından danışa bilərik. Biz bu səfərlərin əleyhinəyik. Bu gün qələbə mitinqi keçirə bilərik. Şuşada Beynəlxalq Qarabağ Forumu keçirib ciddi adamları ora dəvət etməliyik. Daha gedib orda Cıdır düzündə şəkil çəkdirmək yox.
-Qarabağda yerləşən sülhməramlıların öz missiyasından kənar çıxış etməsi, eləcə də Rusiyanın Dövlət Müstəqilliyi günü Rusiya bayrağının Xocalıda qaldırılması, sülhməramlıların erməni uşaqlara silah tutmağı öyrətməsi... Etiraz üçün səbəb doğurmur?
-Bütövlükdə vəziyyət bizim xeyrimizədir. Dünən torpaqlar işğal altında idi, 8 noyabrda zəfər qazandıq. Türkiyə bizim tərəfimizdədir. Amma arxayınlaşmaq olmaz. Rusiya öz qoşunlarını ora elə-belə yerləşdirməyib. Rusiya ona görə orda yerləşib ki, 5 ildən sonra da orda qalsın. Ermənilərin məqsədi ondan ibarətdir ki, rusların himayəsindən istifadə edib hansısa formada öz mövcudluqlarını qoruyub saxlasınlar. Bu onların planıdır. Türkiyə ilə birlikdə bizim planımız ondan ibarətdir ki, torpaqlarımızı işğaldan azad edib suveren hüquqlarımızı bərpa edək. Mübarizə gedir. Kim ağıllı olacaq, güc kimin tərəfində olacaqsa o da qalib olacaq. Düşünürəm ki, Azərbaycanın şansı daha böyükdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|