Hollandiya Xarici işlər nazirliyi Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə SUÇLADI - TƏFƏRRÜAT
Tarix: 18-09-2021, 11:02 | Çap et
Hollandiya xarici işlər nazirliyi Azərbaycanla bağlı xüsusi məruzə hazırlayıb. Sənəd 99 səhifədən ibarətdir və burada Azərbaycanda siyasi, iqtisadi və sosial, o cümlədən insan hüquqlarının təmin olunması ilə bağlı vəziyyəti əks etdirən ümumi məlumatlar əks olunub.
Sənəddə diqqət çəkən məqamlardan biri də Azərbaycanda həm daxildə, həm də xaricdə istifadə etmək üçün vətəndaşlara saxta sənəd verilməsi biznesi ilə bağlı gedən informasiyalardır.
Həmin məlumatlar hesabatda “Şəxsiyyət, vətəndaşlıq və sənədlər” adlı 2-ci bölmənin, 2.1.4, 2.1.4.1 və 2.1.4.2. bəndlərində öz əksini tapıb. Sənədin 2.1.4. bəndi -“Sənəd saxtakarlığı” adlanır.
Burada öncə Azərbaycanda saxta yollarla və qeyri-qanuni şəkildə hazırlanan sənədlərin çoxluğuna diqqət çəkilir. Xüsusilə azərbaycanlıların rüşvət yolu ilə saxta universitet diplomları aldıqları qeyd olunur. Hesabatda Təhsil Nazirliyinin qaynaqlarına istinadən Azərbaycan vətəndaşlarının xaricdə ali təhsillə bağlı saxta universitet diplomları alaraq onları sonradan tanınması üçün rəsmi qurumlara verdiyi bildirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə isə 7 min insanın dövlətdən pul almaq üçün saxta əlillik dərəcəsi aldığı vurğulanır. Burada vətəndaşlarımızın koronavirusa qarşı peyvəndlərin vurulması ilə əlaqədar saxta pasportlar aldığı da qeyd olunur.
Hesabatda diqqəti cəlb edən məlumatlardan biri də Azərbaycandan köçən miqrantlarla bağlı yol verilən fırıldaqlar haqqındadır. Sənəddə bununla bağlı informasiyaların ən çox 2015-ci ildən sonra çoxaldığı bildirilir.
Hollandiya XİN-in sənədində Avropa gənclər hərəkatının rəhbəri Ramin Hacılının adı çəkilir. “Meydan Tv”yə istinadən onun turistik agentliyi vasitəsilə 100-dən çox adamın turist adı ilə xaricə getdiyi, əslində isə Hacılının onlara orada miqrant kimi qalmağa kömək göstərdiyi yazılıb.
Sənədin 2.1.4.2-ci bəndi “xaricdə sığınacaq almaqla bağlı fırıldaqlar” adlanır. Burada yer alan məlumatlar əsasən, “Meydan tv”, “Turan” informasiya agentliyi, hökumətə yaxın media qurumları və rəsmi dövlət qurumlarından alınan informasiyalardır.
Sənəddə 2015-ci ildən bəri müxalif Müsavat Partiyasının üzvlərinin üzvlük vəsiqələrinin və tövsiyə məktublarının qanunsuz hazırlanması və ya verilməsi barədə məlumatların yayılmasından bəhs edilir. “Meydan TV”nin məlumatına görə, tələb olunan sənədlər əsasən qaçaq yollarla gətirilib. Digər mənbələr isə sığınacaq almaq üçün hətta yerli polis və məhkəmələrdən rüşvət yolu ilə sənəd (guya onların Azərbaycanda təzyiqə məruz qalmasını göstərən-red.) alındığını qeyd edir. Bundan başqa, sığınacaq axtaranların Azərbaycan Xalq Cəbhəsi Partiyasının saxta sənədlərindən istifadə etdikləri yazılıb.
Hollandiya XİN-in sənədində buna görə 2016-cı ildə Baş prokurorluğun Müsavat partiyasının bir sıra rəhbər şəxslərini dindirmək üçün çağırdığı və təhqiqatın sona çatdırılmadığı barədə məlumat yer alıb. Sənəddə Müsavat partiyası başqanı Arif Hacılının 5 il ərzində 197 şəxsə tövsiyə məktubu verməsi barədə məqamlar yer alıb.
Sənəddə 2019-cu ilin noyabr ayının 13-də Almaniya polisinin Köln, Frankfurt və Düsseldorf şəhərlərində yerləşən 13 müxtəlif ofis və evlərə basqın təşkil etdiyi, burada həmin yerlərdə partiya biletlərinin, tövsiyə məktublarının və möhürün aşkar olunduğu qeyd olunub. Məlumatda Müsavatın Avropa koordinasiya mərkəzinin də bu hadisələrdə adı çəkilir.
Bundan başqa, sənəddə 2020-ci ilin fevralında Əlövsət Əliyevin həbsdən azad olunması ilə bağlı məlumatlar göstərilib. Onun Azərbaycanda vaxtilə Daxili İşlər Nazirliyinin pasport idarəsinin rəhbəri olduğu qeyd edilir. Almaniyada “Leqat inteqrasiya mərkəzi”nə rəhbərlik edən bu adam haqqında 2015-ci ildə Azərbaycan prokurorluğunun cinayət işi açdığı bildirilir.
Hökumətə yaxın “Kaspi” qəzetinə istinadən isə qeyd olunub ki, Fransada yaşayan jurnalist Qənmət Zahidin adı sığınacaq hüququnun əldə edilməsi ilə bağlı saxta sənəd işinə qarışıb. Lakin bununla əlaqədar Azərbaycanda hər hansı cinayət işi açılmadığı, buna görə də informasiyanın təsdiqlənməsinin mümkün olmadığı vurğulanır.
Sənədin orijinal variantı:
https://www.rijksoverheid.nl/binaries/rijksoverheid/documenten/ambtsberichten/2021/09/14/algemeen-ambtsbericht-azerbeidzjan-van-september-2021/Algemeen+ambtsbericht+Azerbeidzjan+2021-09.pdf
Demokrat.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|