Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Nemət Pənahlı yenə də ARANI QATACAQ... - İLGİNC AÇIQLAMALAR
Tarix: 22-09-2021, 08:41 | Çap et
Nemət Pənahlı yenə də ARANI QATACAQ...
Siyasi müxalifətdə münasibətlər yenilənir. Bu yenilənmə prosesində bir tarixin süzgəzindən keçən ələnmə də var. Bu prosesdə nələr ortaya çıxacaq, artıq zaman özü göstərəcək. Müxalifət düşərgəsində baş verən ələnmələr isə bir fərqli rakusdan araşdırılır. Bu və ya digər məqamlarla bağlı hafta.az-a müsahibə verən Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı maraqlı nüanslara diqqət çəkib.

-Vaxtilə meydan hərəkatının lideri olan Nemət Pənahlı bu gün niyə siyasətdə görünmür. Meydanda niyə təkdi, siyasət meydanından kənara çəkilib?

- Mən sizə Meydana gələn yoldan birini göstərirəm. Meydan hərəkatından 32 il keçib. Mən bir nəfərlə danışanda, onu mübarizəyə çağıranda o milləti söyməyə başlayırdı. Deyirdi ki, “bizim milət, millət deyil”, “şərəfsizdir” və sair. Adam sözünü qurtarandan sonra deyirdim sən nə alçaq adamsan. Deyirdi, bəy məni niyə təhqir eliyirsən. Deyirdim bu millət alçaqdısa, şərəfsizdisə onun biri sənsən, biri də mənəm. Biz belə-belə meydana gəlmişik. Elə düşünməsinlər ki, o meydan birdən-birə olub.

Azərbaycanın müasir tarixi başdan ayağa, xüsusilə müxalifət tərəfindən saxtalaşdırılıb. Gənclər bir zəhmət çəkib meydan fiminə baxsınlar. Çünki müasir Azərbaycan tarixi, meydandan, “Çənlibel”dən başlayır. Bunu araşdırsınlar, onda biləcəklər kim kimdir. Baxın, Azadlıq Meydanında 1 milyon adam olub. 18 gün kimsə gedib, kimsə gəlibsə, faktiki olaraq ordan 4 milyon adam keçib. Faktiki olaraq Azadlıq Meydanında milyonlarla insan deyib “biz ölərik Neməti tək qoymarıq”. Məni Meydandan çıxarmaq üçün çox yollara əl atdılar. Axır əlacları kəsilib gedib atamı üstümə gətiriblər. Atam da deyib ki, gedib qulağından tutub gətirəcəm. Atam deyir, gəldim meydana ki, hamı “Nemət, Nemət”- deyə qışqırır, fikirləşdim ki, el adama nə deyər, mən nə deyim. Atam necə coşdusa, dedi ki, bu gündən etibarən mənim “Nemət adlı oğlum yoxdur, mənim Nemət kimi 100 dənə oğlum olsa da bu xalqa qurban deyərəm. Sonra mənə şər atdılar. Meydan dağıldı. Həbs edildim. 2900 nəfər “donos və dopros” şəklində rus müstəntiqləri ilə birgə üzümə durdular.

-Kimdir onlar?

-Firudin Cəlilov mənim üzümə duran adamdır, Cümşüd Nuriyev, Tofiq Qasımov, İsa Qəmbər, atası mənim üzümə duran həmin 2900 nəfərin içindədirlər. O vaxt mən 57-ci maddə ilə ittiham edilirdim. İttiham da o idi ki, mən “sovet imperiyası” demişəm, mən “rus-faşist ordusu” demişəm. Mən erməni xalqı ilə Azərbaycan xalqı arasında münaqişə yaratmışam. Demişəm ki, xain ermənilər əli kəsilməlidir.

-İnsanlar sizi sevirdi, nüfuzlu idiniz. Partiyalar yarandı. Nə əcəb ilk partiya yaradan Etibar Məmmədovun partiyasında yer almadız?

-Meydanda niyə tək qaldım ona cavab verim. Bizim milli satqınlar Moskvaya da inandırmışdılar ki, mən Heydər Əliyevin adamıyam, onun sifarişlərini yerinə yetirirəm. Rus KQB-sinin əlində bunu araşdırmaq nə idi ki. Gəldilər araşdırdılar. O vaxt Rusiyanın da Heydər Əliyevə münasibəti mənfi idi. Aydınlaşdırdılar, gördülər ki, mən sadə kəndli oğlanam. Məni qorxutdular ki, KQB ilə razılaşmamış həbsdən sağ çıxa bilmərəm. 6 ay istintaq gedib. Rus KQB-si mənə dedi ki, 25 il təcrübəm var, ən uzunu 2 ay olub, o da Mərkəzi Kəşfiyyat Orqanın generalı ilə. Araşdırdılar, gördülər ki, heç nə tapmırlar, dedillər gəl razılaş. Səni kommunist olmadığına götə 1-ci katib qoya bilmərik. Amma həbsdə ikən səni deputat edirik, sonra Ali Sovetin sədri qoyuruq. Gələcəkdə prezidentlik təsis olunacaq, səni prezident seçərik.

-Başınızı aldadırmışlar.

-Aldadırlar ya yox, amma sonra həbsdən deputat çıxanlar oldu. Həmin dövrdə dedim sovet imperiyası mənim vətənimin, millətimin, dinimin allahımın düşmənidir. Sizə də demirəm məni bağışlayın, əfv edin, əksinə istəyirəm məni öldürəsiniz. Üzümə baxdı dedi ki, Pənahov elə bilmə ki, səni öldürüb qəhrəman edəcəyik. Biz səni mənən öldürəcəyik. Biz səni “biz ölərik Neməti tək qoymarıq” deyən kütlənin əli ilə öldürəcəyik. 6 aydan sonra mənə atamla görüş verildi, həmin rus müstəntiq gəlib atamın qarşında baş əyib dedi ki, sağ ol ki, belə övlad böyütmüsən.Razı olmadığıma görə 8 aydan sonra nə bəraət verildi, nə də həbs edldim. Beləcə həbsxanadan buraxıdım. Sonra növbəti mərhələdə Xalq Cəbhəsini yaratdıq. Xalq Cəbhəsini yaradan adamlardanam.

Xalq Cəbhəsi bütün SSRİ miqyasında SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən yaradııb. O cümlədən Azərbaycanda. Milli Azadlıq hərəkatında iştirak edənlər sonradan Xalq Cəbhəsinə üzv olundu. Orda yeganə inandığım adam Əbülfəz Əliyev idi. Xalq Cəbhəsinin KQB tərəfindən yarandığını isə meydan hərəkatı dövründə ifşa etdim. Xalq Cəbhəsini yaradanlar Leyla Yunus, Arzu Abdullayeva, Zərdüşt Əlizadə, Araz və sair bu komanda olub. İndi deyirlər Əbülfəz bəy yaradıb. Əbülfəz bəyin Xalq Cəbhəsinə heç bir aidiyyatı yoxdur. O dövrdə də SSRİ TK-nin nümayəndələri mənə dedilər ki, sən mafiya adamı deyilsənsə niyə Xalq Cəbhəsinin yaranmasına mane olursan. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Mühüm İşlər baş müstəntiqi məni inandırmaq istəyirdi ki, bütün SSRİ-nin xilası Xalq cəbhələrinin yaranmasındadır. Mənim onda 26 yaşım var idi. Soruşmuşdum ki, Xalq cəbhəsinin sədri kimi görürsüz. Demişdi ki, Ziya Bünyadov, akademik, sovet ittifaqı qəhrəmanıdır, Yusif Səmədoğlu Sovet şairinin oğludur, SSRİ yazıçılar İttifaqının üzvüdür və Əbülfəz Əliyev, siyasətçidir, hamı tanıyır. Amma dedilər ki, real namizəd sənsən. Amma sən gəncsən, təhsilin olmadığına görə ziyalıları sənin ətrafında birləşdirmək çətindi. Mən onların içərisində yeganə Əbülfəz bəyə inanmışam. Mənim bu günə qədər özümə bağışlamadığım budur. Bunu mənə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Mühüm İşlər üzrə baş müstəntiqi polkovnik Yevgeni Pavloviç Sayişkin deyir.

-Belə çıxır ki, həmin o üç nəfər SSRİ-yə işləyirdi?

-SSRİ-yə işləmirdi, onların kadrı idi. Mən həbsdən çıxandan sonra artıq gördüm ki, Xalq Cəbhəsinin təşəbbüs qrupu elan edilib və mənim adım da orda birinci yerdədir. Mən Zərdüşt qanadının KQB agenturası olduğunu mütləq səviyyədə bilirdim. Bu gün belə, 30 ildir Azərbaycan müstəqil olub yenə Araz Əlizadə, Zərdüşt Əlizadə müstəqilliyimizi həzm edə bilmirlər. Mən Əbülfəz bəyə sual vermişəm ki, bəy sən bilirsən ki, Xalq Cəbhsini KQB yaradır? Deyib hə. Sən bilirsən ki, Zərdüşt, Araz KQB-nin agenturasıdır, deyib, hə. Dedim başa düşə bilmədim. Mənim adımı ora niyə yazdırmısan. Və özün orda nə gəzirsən. Mənə deyib ki, bəy biz taktika işlədirik. Biz KQB-siz təşkilat yarada bilmərik. Biz ona görə də KQB-nin agenturası ilə əməkdaşlıq etmək məcburiyyətindəyik, biz bu təşkilatı yaradacağıq və bu agenturaların hesabına qeydiyyatdan keçəcəyik , rəmi qeydiyyatdan keçəndən sonra biz əsas proqramımızı ortaya qoyacağıq. Onda mən bəyə demişəm ki, yenidənqurmaya yardım məqsədi ilə yaradılan ictimai təşkilatın üzvü ola bilmərəm. Çevrəmdə olan agenturanın əli ilə məni xalq cəbhəsinin yaradılmasına zorladılar. Beləliklə biz xalq cəbhəsini yaratdıq.

İndi bunlar belə təqdim edirlər ki, guya Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatını yaradıb. Qardaş, Milli Azadlıq Hərəkatı 1988-ci ilin meydanında başlayıb. Bir il ondan sonra yaranan təşkilat özündən əvvəlki təşkilatın yaradıcısı necə ola bilər? Necə aparıcısı ola bilər. Sözün qısası mitinqlər başladı, xalq cəbhəsi yarandı bütün SSRİ-ni silkələdi, sonra Əbülfəz, Etibar, Rəhim Qazıyev çıxdı önə. Təzədən Pənah, İsa bəy meydana atılanda mən tələb elədim ki, bu agentura açılmalıdır. Bəyə dedim ki, Xalq Cəbhəsi təsdiq edilib, qeydiyyatdan keçib indi aç. Açılmadı, oyunlar qurmağa çalışdılar. Bu gün də mənim Əbülfəz bəyi bağışlamadığım budur ki, Azərbaycan milli hərəkatına Əbülfəz bəyin etdiyi xəyanəti heç kim etməyib.

Həyatımda elə bir vaxt olmayıb ki, Xalq Cəbhəsinin liberal qanadında olan Zərdüşt, Leyla, Arazla bir fikirdə razılaşım. Bütün proses də onların əleyhinə olaraq baş verib. Xalq Cəbhəsi parçalanmışdı. Radikal qanada Etibar Məmmədov, Rəhim Qazıyev, Əbülfəz bəy, Nemət Pənahlı, liberal qanada isə İsa Qəmbərin rəhbərliyi ilə onlar. Sonra mənə ultimatum verdilər ki, mənə qarşı kifayət qədər təbliğat aparıblar, nüfuzum düşüb. Artıq səni siyasi cəhətdən məhv etmişik. Məsələni açsan Etibar, Rəhim, Əbülfəz bəy əleyhinə danışacaqlar. Dedim nə bacarırsız edin. Bu üçü sonra gəlib məni tapdılar. 17 noyabr mənim ad günümdür. Dedilər, həm yubley mitinqidir, həm də Türkiyədən bir təyyarə adam gəlib. Ayın 17-də agentura açılmasın. Xahiş elədilər ki, 25-də məsələni açırıq. Amma ayın 25-də Əbülfəz bəy gəlmədi, Rəhim Qazıyev də harasa getdi. Meydanda Abbas Abbaslı çıxış elədi. Sonra mən gəldim. Bütün meydanda məni fitə basmaq üçün qruplar dayanmışdı. Amma sözümü dedim. O gün qələbə çaldım. Sonra Etibar Məmmədov gəlib fikirlərimi təsdiqlədi. Orda Etibar Məmmədov həm məni vurdu, həm də onları. Etibar Məmmədov dedi ki, Nemət Pənahlı nə deyirsə düz deyir. Ondan sonra Elçibəy AZTV-yə çıxdı ki, Xalq Cəbhəsi idarə heyəti yerindədir. Mən dedim ki, bu xəyanətdə iştirak edə bilmərəm. Xalq Cəbhəsinin idarə heyətindən istefa verdim, getdim dərvişliyimin dalınca. Sonra rüşvət, saxtakarlıqla Milli Azadlıq hərakatını bu vəziyyətə gətirdilər.

Sərdar Cəlaloğlu ilə düşmənçiliyimin səbəbi də ordan başlayır. Bu adamı nə mənfi, nə müsbət tanımamışam. Naxçıvanda Xalq Cəbhəsinə rəhbərliyin ona verilməsini istəyib. Gəlib yanıma demişəm ki, bir prinsipim var. Yaşadığı yerdə hörməti olmayana dəstək vermərəm. Naxçıvan camaatı səni dəstəkləyəcəksə mən də sizə dəstək verəcəm. S.Cəlaloğlu Tibbi ekspertizada işləyirdi. Ordan qovuldu. Camaat onu istəmirdi. Deyirdilər ki, bunun yıxmadığı ev qalmayıb. Camaat ona qarşı çıxdı. Bütün zal onun əleyhinə olsa da, Əbüfəz bəy dedi ki, mən sizdən xahiş edirəm, Sərdar Cəlaloğlu burda rəhbərlikdə təmsil olunmalıdır.

Dedim Sərdar Cəlaloğlu təmiz adamdırsa, çirkin niyyəti yoxdursa Xalq Cəbhəsinin sıravi üzvü olsun. Mütləq rəhbər olmalıdır? Cəmiyyətdə bunun haqqında o qədər mənfi rəy olduğu halda sən niyə onu zorla gətirmək istəyirsən. Sərdar Cəlaloğlunu bundan sonra ordan qovdular. Sərdar Cəlaloğlunun bu 32 ildə mənə düşmənçiliyinin səbəbi budur.

- Nemət bəy, Pənah bəylə nədir problem. Efirdən çox sakit, gülə-gülə onu əxlaqsız adlandırırsız, o da sizə “dana” deyir. Sizin aranızda nə baş verir?

- Bizim davamız meydandan başlayıb - 1988-ci ildə Azadlıq Meydanından. Mən faktlara əsasən deyirəm. Məsələn, sovet dövləti plan hazırlayır ki, meydanı necə mənim əlimdən alsın. Sadəcə o dövrdə nüfuzum elə bir pik nöqtəsində idi ki, deyəndə ki “Nemətin qalustuku əyridir”, millət onu param-parça edərdi. Bütün bu şəbəkə orda gizli fəaliyyət göstəriblər. Sonra da tədricən məni nüfuzdan salandan sonra açıq fəaliyyətə keçiblər. Həmin Meydan dağılanda, bir qız özünü atdı üstümə ki, mən sənin bir yerdə ölmək istəyirəm. Mən yataqxanada yorğun yatanda həmin qız müxtəlif bəhanə ilə mənim yanımda qalıb.

Rus KQB -si araşdırdı və bunu mənim əleyhimə istifadə etmədi. Amma Pənah Nemət Pənahlını şərləmək üçün, bu Azərbaycan qızını şərlədi. Allah şahidimdir ki, nə o qızla bir saat öncə tanış olmamışam, nə o prosesdə o qızın əlini tutmamışam. Pənah gör nə deyir, guya o qızı mənim yanıma KQB salmışdı. Pənah Hüseyn bunu deyəndən sonra gözlədim ki, cəmiyyət bunu daşqalaq edəcək. Amma gördüm ki, ondan sonra Pənahı 4 kanala çıxardılar.

- Müxalifətin indiki fəaliyyətini necə dəyərləndirirsiz?

-İndi müxalifət bir rəngli deyil. Bu gün 30-dan artıq partiya var. O vaxtın Xalq cəbhəsi bir idi. Bu cür təfəkkürlə 1 cə ildə hakimiyyətdə qalsaydılar Azərbaycanı daha dəhşətli faciələr gözləyərdi. Bunlar bir ildə 70 ildə kommunistlərin qazandığı nifrəti qazandılar. Bir hökumətin ki, baş naziri Pənah Hüseyn olsun. Hansı demokratiyadan danışırlar. SSRİ-nin yaratdığı fövqaladə vəziyyəti qaldırmayıblar. Senzuranı ləğv eləməyiblər. Mehmanı Qarabağ mehmanxanasının yanında İsgəndərin adamları gülləllədi. Qarabağda döyüşən qüvvələrdən qabaq Bərdə Azadlıq batalyonu öndə idi. Azadlıq batalyonunu bir günün içində ləğv elədilər, 550 nəfər adamə həbs edib gətirib türməyə doldurdular.

-Partiya sədri olaraq fəaliyyətiniz niyə görünmür, niyə son iqtidarla-müxalifətin onlayn konfransda yox idiniz?

- Çağrılan yerə get ar eləmə, çağrılmayan yerə gedib dar eləmə. Bizim partiyanı da atıblar guya fəaliyyətsiz partiyaların siyahısına.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru