Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                 

“Dünyagörüşü məhdud olan insan Vətən uğrunda o cür savaşa bilməz” - deputat
Tarix: 10-12-2021, 08:16 | Çap et
“Dünyagörüşü məhdud olan insan Vətən uğrunda o cür savaşa bilməz”
Gənc nəslin milli ruhda böyüməsi, onlarda vətənpərvərlik hissinin aşılanması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər hesab edir ki, gənclər arasında Qərbə meyllilik, ifrat kosmopolit ideyaların olması narahatlıq doğurmalı və bunun qarşısını almaq üçün müxtəlif layihələr həyata keçirilməlidir. Bəziləri isə hesab edir ki, Azərbaycanda bu sahədə hər hansı dəyişikliyə ehtiyac yoxdur. 44 günlük müharibədə gənclərin kifayət qədər milli ruhda tərbiyə olunduqları sübut olundu. Göründüyü kimi, bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilir, polemikalar aparılır...

Millət vəkili Fazil Mustafa isə mövzu ilə bağlı fərqli yanaşma sərgiləyib. O, “Yeni Müsavat” a bildirib ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirmə ideologiyasını o qədər də qabartmamalıyıq, gənclərə bilik verməliyik: “Bilik olandan sonra insan özü düşünən məxluqdur və düşünüb özü doğru yolu tapacaqdır. Fikrimcə, cahil, biliksiz insana vətənpərvərlik təbliğ etsən də, sonradan onu yaşam tərzində hansısa peşənin sağlam daşıyıcısı kimi ifadə etməyəcək. Ona görə də bu istiqamətdə təbliğatın daha böyük ziyanı var. Hamı vətənpərvər rolunu oynamağa daha çox üstünlük verəcək, nəinki vətənpərvər olmağa. Amma əsas vətənpərvərliyin mahiyyəti odur ki, insan düşüncəli, sağlam yaşam tərzinə malik, həm də bilikli olsun. Bunlar olandan sonra o insana dövlət üçün, cəmiyyət üçün, millət üçün faydalı olmağı aşılamaq çox rahatdır. Amma savadsız, biliksiz insana nəyisə robot kimi aşılayırsınızsa, bəzən bu, ziyana işləyir. Vətənpərvərlik roluna girənlərin də çoxunun nə qədər ölkəyə ziyan vurduğunu görürük. Populistcəsinə bunu etdiyini görürük. Ona görə də bilgiyə dayanan, dünyada hamının qəbul etdiyi əxlaq normativlərinə uyğun gələn insan obrazını yaratmaq üçün çalışmaq lazımdır. Bunun üçün də orta məktəbdə təhsilin səviyyəsini qaldırmalıyıq. Bizdə orta məktəbdə normal insanın yetişməsi üçün mühit yaratsaq, o, gələcəyə, bütün ömrə bəs edir. Amma biz hələ də bunu yarada bilməmişik”.

Mustafa əlavə edib ki, mənəvi dəyər anlayışı bəzən mübahisə doğurur: “Burada bəşəri dəyərlər əsas götürülməlidir. Bəşəri dəyər dedikdə, məsələn, bizdə düşüncə sistemi əsasən yunan mənbələrindən alınır. Onu mükəmməl bilən insan, hər halda, faydalı bir düşüncə adamına çevrilə bilir. Amma bilməyən adam bayağı bir sabahın savadsız professoru, kiminsə himayəsində, hansısa bir elmi titul almış adama çevrilir. Yaxud da qabiliyyətsiz bir həkim, bacarıqsız bir çilingər olur. Xaricdən gələn insan da bir fərd olaraq öz peşəsində faydalı olursa, onun vətənpərvərlikdən danışmasına ehtiyac yoxdur. Hər kəs öz peşəsində vicdanlıdırsa, millətin yüz övladının sağlam yaşaması üçün fayda verirsə, onun vətənpərvərliyinə bu baxımdan yanaşmaq lazımdır. Yoxsa, bizdə universitetlərdə xeyli müəllimlər var ki, vətənpərvərlikdən danışırlar, amma tapşırıqdan başqa heç kimə qiymət yazmırlar. Nə olsun? Elə həkim də var ki, xəstəyə uyğun olmayan dərmanı yazdı, adamın orqanizmi sıradan çıxdı. Amma televiziyada çıxıb vətənpərvərlikdən danışır. Ona görə də mənim yanaşmam budur ki, vicdanlı insan olmaq əsasdır. Vicdanlı insan elə vətənpərvər insan deməkdir. Yaxşı nümunələri Azərbaycan cəmiyyətinə gətirmək elə vətənpərvərliyin təbliği deməkdir. İnsan vicdanlı olursa, o, sonda mütləq vətənpərvər olacaq. Vətənin məsuliyyətini daşıyan insan olacaq”.

Deputat “məktəbdə aşağı qiymət alanlar tarix yazdı” kimi cəmiyyətdə səsləndirilən fikirlərə də münasibət bildirdi: “Ümumiyyətlə, şəhidlik şüurlu anlayışdır. Təsadüfi anlayış deyil. Biz bütövlükdə hamıya şəhid adını veririk. Təsadüfən əlindən güllə açılana da, döyüşdə hansısa bir situasiyada qəfildən ölənə də şəhid deyirik. Amma diqqət edirsinizsə, Şuşanın dağına dırmaşanla başqalarının fərqi var. O, iradə nümayiş etdirir. Heç vaxt dünyagörüşü məhdud olan insan vətən uğrunda o cür savaşa bilməz. Söhbət burada attestat almaqdan getmir. Burada söhbət sağlam dünyagörüşündən gedir. Düşünürəm ki, sağlam dünyagörüşünün aşılanmasına ehtiyac var. Məsələn, yaxınlarda Türkiyədən Nobel mükafatı laureatı, professor Aziz Sancar Bakıya gəlmişdi. Ola bilsin, yüzlərlə insan olar ki, Vətən uğrunda döyüşüblər. Qiymətləndirmə aparılsa, deyə bilərsinizmi ki, onlar Aziz Sancardan daha üstündürlər?! Aziz Sancar əgər yüz tələbə yetişdiribsə, elmdə yüksək bir mərhələyə gəlibsə, bu gün Türkiyənin dəyərlərini dünyaya tanıdırsa, onun vətənpərvər olması üçün müharibədə şəhid olması mütləq deyil. Heç vətəndən danışmaya da bilər. Amma faktiki olaraq bunu sübut edə bilib. Ona görə mən istəmirəm ki, biz bunu bayağı meyar kimi götürək. Təbliğat aparsaq, hamı vətənpərvər olacaq deyə bir anlayış yoxdur. Biz birinci insanlara peşəkarlığı öyrətməliyik. Peşəsini sevən, peşə məsuliyyətinin daşıyan, sonra ailə məsuliyyətini daşıyan şəxs sonra şəhər, kənd məsuliyyətini daşıyır. Sonra da Vətən məsuliyyətini daşıyır. Əsasən bu prinsiplə yanaşmaq lazımdır. Yalnız bundan sonra görə bilərsiniz ki, Azərbaycanda xeyli insan saxtakarlıq etmədən vətənpərvərə çevrilir. Heç bir təbliğatın aparılmasına da ehtiyac yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru