"Qanun bu şəkildə qəbul edilərsə, vətəndaşlar söyüş mətbuatının təsir altına düşəcək" - ETİRAZ
Tarix: 23-12-2021, 08:53 | Çap et
"Dəfələrlə hakimiyyət nümayəndələrinə demişik ki, "Media haqqında” qanun layihəsinin bu şəkildə qəbulu yolverilməzdir. Reaksiya belə oldu ki, üçüncü oxunuşda iradlarınız nəzərə alınacaq, amma nə nəzərə aldılar, nə də mürtəce maddələrin sənəddən çıxarılmasının şahid olduq”.
Bunu hakimiyyətlə dialoq platformasında olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Meydan TV-yə deyib.
Onun sözlərinə görə, "Media haqqında” qanun layihəsi Azərbaycanda mətbuatı tamamilə nəzarətə götürmək üçün düşünülüb və hazırlanıb:
"Layihə vətəndaşların konstitusiyanın informasiya yaymaq və vermək hüquqlarının üstündən xətt çəkir. Qanun bu şəkildə qəbul edilərsə, vətəndaşlar söyüş mətbuatının təsir altına düşəcək ki, bunun da nəticəsi ağır olacaq”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun fikrincə, "Media haqqında” qanunun yalnız medianın yox, hər bir vətəndaşın susdurulmasına hesablanıb.
O deyir ki, sənəd hələ Milli Məclisə təqdim olunmamışdan öncə həyacan siqnalı veriblər: "Təəssüf ki, mətbuatın aparıcı insanlarının bir qismi bundan xəbərsizdir”.
M.Mirəlioğlu hesab edir ki, bu qanun Azərbaycanı bütövlükdə ötən əsrin 30-cu illərinə aparmaq cəhdidir: "Layihənin adını antimedia, yaxud "Senzura tətbiqi haqqında” qanun qoysaydılar, daha doğru olardı. Son günlər Baş Prokurorluğun bir sıra məsələlərlə bağlı, konkert korrupsiyadan, rüşvətdən danışanlara xəbərdarlıqları, yaxud açıqlamaları olur. Elə Baş prokuror Kamran Əliyevə səlahiyyət versinlər, bəs edir. Daha qanunu Milli Məclisə göndərməyə nə ehtiyac vardı? Həmçinin Cinayət Məcəlləsinin həm də danışanlara tətbiq olunması haqqında düzəliş də etsəydilər, daha yaxşı olardı. Bununla da hakimiyyət medianı tam susdurmaq istəyini açıq şəkildə ifadə edərdi”.
Xalq Partiyasının sədri Pənah Hüseyn dekabrın 14-də qanun layihəsinə etiraz olaraq bəyanat yaydıqlarını vurğulayıb.
Partiya sədri bildirib ki, sənədin ikinci oxunuşda hər hansı düzəliş olmadan qəbul olunması çox pis haldır.
O, bir neçə siyasi partiyanın dövlət başçısı İlham Əliyevə qanuna veto qoyulması barədə müraciət etmək təşəbbüsü qaldırdığını deyib: "Baxmayaraq ki, qanun layihəsi Prezidentin imzasıyla gəlib. Bütün hallarda qanun mahiyyətcə antidemokratik qanundur və bununla bağlı Prezident Administrasiyasının müvafiq şöbəsinə müraciət etmişik ki, nə üçün kənarda qalıblar. Hələ rəsmi orqanlara kollektiv şəkildə müraciət etməmişik”.
Pənah Hüseyn qanunun işləməyəcəyi qənaətindədir: "Ola bilsin ki, müəyyən maneələrə səbəb olacaq. Sənədi hazırlayanların məqsədinin nədən ibarət olduğu da məlum deyil. Hətta Milli Məclisdə ikinci oxunuşda keçən sənəddə elə məhdudiyyətlər var ki, Rusiyanın müvafiq qanununda yoxdur. Konkret, qanun layihəsində siyasi partiyalara mətndə tərifi verilən "audiovizual” və xüsusən "onlayn media” təsisçisi olmağı qadağan etmək bütövlükdə siyasi fəaliyyət azadlığının ciddi şəkildə məhdudlaşdırılmasıdır. Mən Media İnkişaf Agentliyinin direktoru Əhməd İsmayılovu debata dəvət etdim ki, gəlib bu məhdudlaşmaların səbəbini izah etsin, amma reaksiya yoxdur. Məsələ ondadır ki, layihənin sonunda yanvarın 2-də qüvvəyə minməsi göstərilib. Bu, sənədin üçüncü oxunuşda qəbul edilib dövlət başçısına imzalamağa göndərmək istəyinin olduğunu göstərir”.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Pənah Hüseynin Prezidentə vetoyla bağlı müraciətinə dəstək verdiyini bildirib: "Əgər belə bir müraciət hazırlanarsa, dəstək verməyə hazıram”.
S.Əkbərin sözlərinə görə, o, ötən il Prezident Administrasiyasına yazılı təkliflər paketi verib: "Özləri istəmişdi deyə verdim. Təkliflərdən biri "Azərbaycanın avtoritarizmdən demokratiyaya yumşaq keçid strategiyası” adlanır. Paketdə hərtərəfli və dərin demokratik islahatların aparılması, o cümlədən, media azadlığının tam təmin olunması nəzərdə tutulur. Prinsipial mövqeyimiz Azərbaycanda demokratiya və insan haqlarının genişləndirilməsi və inkişaf etdirilməsidir. Təbii ki, Milli Məclisin ikinci oxunuşunda qəbul olunan "Media haqqında” qanun layihəsi təklifimizə tamamilə ziddir. Partiyamız demokratiyanın, insan haqlarının məhudlaşdırılması istiqamətində atılan istənilən addıma qarşıdır”.
ReAl Partiyasını Milli Məclisdə təmsil edən Erkin Qədirli layihənin əleyhinə səs verib.
Milli Məclis "Media haqqında” qanun layihəsini dekabrın 20-də ikinci oxunuşda qəbul edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
|