Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                 

“Erməni bizə jest etməlidir, biz erməniyə deyil!” - deputat
Tarix: 25-12-2021, 08:49 | Çap et
“Erməni bizə jest etməlidir, biz erməniyə deyil!”
Xankəndinin deputatı Tural Gəncəliyevin köməkçisi Samir Məmmədov yeniyetmələr arasında keçirilən “Avroviziya” müsabiqəsinin qalibi olan erməni təmsilçi Malenanı təbrik edib. Özü də ermənicə. Bu barədə o, Tvitter səhifəsində yazıb. “Musiqi dünyəvidir, təbriklər, Malena”, - deyə o qeyd edib.

Bundan az öncə müsabiqənin azərbaycanlı təmsilçisi, yarışmada 5-ci yeri tutan Sona Əzizova Malenanı qucaqlayaraq təbrik elədiyi üçün qınaqlara tuş gəlmişdi.

Bəs əslində, belə vəziyyətlərdə davranışımız necə olmalıdır? Bu cür jestlər nə dərəcədə iki xalqın barışığını yaxınlaşdıra, düşmənçiliyi azalda, Azərbaycan vətəndaşı olan ermənilərdə cəmiyyətimizə inteqrasiya istəyini gücləndirə bilər? Ümumiyyətlə, Azərbaycan dövlətinin bu yöndə hansısa yaxın-uzaq perspektivli proqramı, “Yol xəritəsi” varmı, olmalıdırmı?

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, əslən Ağdamdan olan millət vəkili Aqil Abbas mövzuya bu cür şərh bildirdi: “Bir gün biri eşşəyi çoxlu yükləyib, onu döyə-döyə gedirmiş. Hərdən də eşşəyi öpürmüş. Yoldan keçənlər deyir ki, ”həm yükləmisən, həm döyürsən, həm də öpürsən". Həmin adam da cavab verir ki, “mən adamlığımı yerinə yetirirəm”. İndi də azərbaycanlı uşaq Sona Əzizovanın erməni uşağını qucaqlamasını qınamıram, çünki uşaqdır. Yəni belə bir şey ola bilər. Üstəlik biz qalib xalqıq, müəyyən şeylərdə müəyyən qədər böyüklüyümüzü qorumalıyıq. Amma Tural Gəncəliyevin köməkçisinin nə yazmasından, deməsindən xəbərim olmasa da, onu başa düşə bilmirəm və qəbul etmirəm.

Jest məsələsinə gəldikdə, bunu əvvəla ermənilər başlamalıdırlar. Mən dünən Ağdamda idim, türkiyəli qonaqlarım ilə öz yurdumu gəzirdim. Türkiyəli qonaqlar dəhşətə gəldilər, dedilər ki, bu günə kimi belə dəhşət görməyiblər. Mənim yurd-yuvamı o günə qoymuş hansısa xalqa niyə mən jest etməliyəm? Onlar jest etməli, üzr istəməlidirlər. Biz hələ Ermənistanı məhkəməyə verməliyik. Niyə mənim evimi Azərbaycan Prezidenti, Azərbaycan dövləti tikməlidir? Törətdikləri vəhşiliklərə, dağıntılara görə Ermənistandan təzminat tələb etməliyik. Bir daha qeyd edirəm, erməni bizə jest etməlidir, biz erməniyə deyil!".

Əslən Ağdamdan olan Əməkdar artist, məşhur xanəndə Təyyar Bayramov: “Şəxsi münasibətlərə qalanda, erməni vəhşiliyinin tam ağrı-acısını görmüş şəxs kimi deyə bilərəm ki, deputat köməkçisinin o addımını qəbul etmirəm. Mənim atam da şəhid olub, mən şəhid övladıyam. Necə ki, Ermənistan Vətən müharibəsi zamanı Gəncəyə, mülki insanların yaşayış yerinə raket atmışdı, həmin vaxt dağıntıların arasından insanları çıxardırdılar, indi təsəvvür edin, qonşularımız da bizim ailəmizi o cür dağıntılar arasından çıxartmışdılar. Ona görə də bir qarabağlı kimi o cür jesti qəbul etmirəm. Ermənilərin Xocalıda, digər bölgələrimizdə törətdikləri qətliamları unutmaq olmaz. İndi də fürsət düşən kimi təxribatlar törədirlər. Təbii ki, cənab Prezidentimiz hər zaman Qarabağda yaşayan ermənilərlə bağlı öz mövqeyini bildirir, dövlətimizin mövqeyi başqadır və biz də onu dəstəkləyəcəyik. Amma bir daha qeyd edirəm ki, göstərilən həmin jestləri şəxsən qəbul etmirəm”.

Əslən şuşalı olan Xalq artisti Firəngiz Mütəllimova da deputat köməkçisinin jestini qəbul etmədiyini bildirdi: “Əlbəttə ki, Sona uşaqdır. Onlar birlikdə müsabiqədə iştirak etdilər, bir-birilərini təbrik etdilər, qucaqlaşdılar. Mən buna pis baxmıram, çünki o uşaqdır və həmin vaxt sevinc hissləri yaşadığından bəzən nəyisə ayırd etməyə bilər. Amma deputat köməkçisinin sosial şəbəkədə erməni dilində o cür status yazmasını heç cür qəbul edə bilmədim, heç xoşuma gəlmədi. Nə özümə, nə də yaxınlarıma erməni dilində nəsə yazmağı rəva bilərəm. Sözün düzü deputat köməkçisinin o cür hərəkətinə çox pis oldum. Hər zaman erməniləri bağışlamışıq, ümumiyyətlə bağışlayan millətik. Amma artıq bilməliyik ki, bizim dostumuz, düşmənimiz kimdir, bunu unutmamalıyıq.

Vətən müharibəsi bizi sanki yenidən oyatdı. Bizim vətənə sevgimiz birə-beş artdı, millətimizin, dövlətimizin, qədrini bildik, bayrağımıza sarıldıq, Prezidentimizi alqışladıq. Yəni, sanki hər şeyi yenidən tapdıq. Ona görə də bunu itirmək olmaz. Sülhə addımın da öz yolları var, bunu tədricən həyata keçirmək lazımdır. Hələ baxaq görək onların bizə qarşı münasibəti necədir. Şəxsən mən heç vaxt erməni ilə bir küçədə yaşamaram, ondan nəsə almaram, istəmirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru