“İqtidar və müxalifətin diskussiya aparmasına çox böyük ehtiyac yaranıb” - ÇAĞIRIŞ
Tarix: 12-01-2022, 08:57 | Çap et
Qazaxıstanda baş verən olaylara Azərbaycan müxalifətinin reaksiyası birmənalı olmadı. Milli Şura bəyanat verərək Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevi ittiham etdi, onun KTMT mandatı altında qoşunları ölkəsinə çağırmasını Rusiya işğalı kimi qiymətləndirdi. Hadisələrin ilk vaxtında Qazaxıstanda az qala milli-azadlıq hərəkatının başlandığı elan edildi, sonra meydana silahlıların çıxması vəziyyəti dəyişdirdi. Amma həmin qüvvələr bu dəfə də az qala silahlı üsyana dəstək verdilər.
Digər siyasi partiyaların mövqeləri necə oldu, onlar hadisələri necə qiymətləndirirlər? Xalq etiraza çıxmışdısa, silahlılar niyə meydana çıxarıldı? Qazaxıstanda müxalifətin olmamasının hadisələrə hansı mənfi təsirləri oldu? Yaxın ölkələrin hakimiyyətləri bu hadisələrdən hansı nəticələr çıxarmalıdır?
DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı ciddi nəticələrin çıxarılmasının vacibliyinə toxundu: “Bu barədə danışmışam, bir daha da qeyd edim. Əslində Qazaxıstan hadisələri ciddi dərs çıxarılmalı olaylardan biridir, region, daha çox da Qazaxıstan tipli idarəçilik metodu olan dövlətlər üçün. Bura Azərbaycanı da daxil edə bilərik. Çünki ölkəmizdəki idarəçilik sistemi aşağı-yuxarı Qazaxıstanla eynidir. Hətta Qazaxıstanda ən azından iqtisadi azadlıqlar var, Azərbaycan barədə bunu demək çətindir. Düşünürəm ki, çıxarılmalı dərslər olduqca çoxdur. Burada ilk növbədə, iqtidar xeyli dərslər çıxarmalıdır, müxalifət də burada kənarda qalmır. Qazaxıstanda hadisələr çox qarışıq oldu. İlk vaxtlarda xalqın etirazı başladı. Çox haqlı etirazlar idi. Qazax xalqı da qiymət artımına etiraz edirdi. Amma sonradan xalqın etirazından beynəlxalq güclər və kənar qüvvələr öz məqsədləri üçün istifadə etdilər. Burada fakt odur ki, Qərblə Rusiyanın savaşı ortadadır. Arada Qazaxıstan dövləti və xalqı əziyyət çəkdi. Bütün bunların baş verməməsi üçün dövlət daxilində güclü olmalıdır. Siyasi quruluşun sağlam olması vacibdir. Baxın, günlərlə aksiyalar oldu, etirazlar bildirildi, dinc mövqelər əks olundu. Sonradan hər şey xoşagəlməyən məcraya yönəldi. Bütün bu proseslər ərəfəsində bir müxalif lider, qüvvə ortaya çıxa bilmədi. Çünki Qazaxıstan iqtidarı faktiki olaraq müxalifəti sıradan çıxarmışdı. Tək öz iqtidarını gücləndirməklə məşğul olmuşdu. Alternativ rəqib saxlamamaqla əslində kənardan müdaxiləyə yol açdı. Nəticədə kənardan liderlərin yetişdirilməsi, kriminal qüvvələrin proseslərə qoşulması an məsələsinə çevrilib. Dini avtoritetlərin də proseslərə qoşula biləcəyini istisna etmək olmaz. Burada əsas çıxarılmalı nəticə odur ki, ölkə öz daxilində demokratik dəyərlərə sahib çıxmalıdır.
Qazaxıstan olaylarının fonunda müxalifətin vacibliyi bir daha sübut olundu. Müxalifətsiz cəmiyyətin adi dinc etirazlarının belə hansı nəticəyə gəlib çıxa biləcəyini biz gördük. KTMT qoşunları başqa bir ölkənin ərazisinə daxil olur. Bunun özü də çox acınacaqlı bir durumdan xəbər verir. Müxalifət də düşünürəm ki, buradan müəyyən ölçülər götürür ki, hər etiraz da dövlət və dövlətçiliyə, vətənə və millətə xeyirli deyil. Etiraz da bəlli bir çərçivələrdə olmalıdır. Aksiyalarda insan tələfatı olmamalı, binalar yandırılmamalı, dövlətçiliyə zərbə dəyməməlidir. Amma istənilən halda burada dərs çıxarması vacib olan öncəliklə iqtidardır. O görməlidir ki, ardıcıl olaraq müxalifəti sıradan çıxarsa, xalqının kütləvi etirazlarını kənardan idarə edəcəklər. Nəticədə masa ətrafında oturub problemləri müzakirə edəcək sivil bir adam tapmayacaqsan. Məcbur qalıb, xəbərdarlıq etmədən xalqına atəş açacaqsan. Qazaxıstan hadisələri Azərbaycan üçün də bir nümunədir. Söhbət iqtidarlar və müxalifətlərdən getmir, səhəri gün iqtidarda başqa qüvvələr də ola bilər. Əsas məsələ insanların təhlükəsizliyi və dövlətçilikdir. İqtisadi məsələ də burada önəmli faktordur. Səhəri gün Qazaxıstana nə qədər xarici investisiyalar gələcək? Qazaxıstan iqtisadiyyatının son hadisələrdən sonra nə qədər zərər gördüyünün qarşıdakı müddətdə şahidi olacağıq. Sürətli şəkildə köklü islahatlar aparmağa Azərbaycanın da çox ehtiyacı var. Qiymət artımı məsələsinə bu qədər laqeyd yanaşılmamalıdır. Bütün bunlarla bağlı qapalı olsa da, iqtidar və müxalifətin bir diskussiya aparmasına çox böyük ehtiyac yaranıb”.
ALDP rəhbəri Fuad Əliyev Qazaxıstan məsələsinin ölkəmizdə bu qədər gündəmdə saxlanılmasının əleyhinədir: “Birincisi onu deyim ki, Qazaxıstanda baş verən hadisələrin bu qədər işıqlandırılmasının əleyhinəyəm. Başa düşmədim, bəyəm bizdə olan problemlər həll olunub? İndi dünyada buğdanın qiyməti qalxdığına görə bizdə çörəyin qiyməti 10-15 qəpik qalxdı. Amma marketlərdə ərzaqların qiyməti hər gün 10-20 qəpik qalxır. Bunu deyən yoxdur. Sosial problemlər, işsizlik kimi problemlərimiz var, bunlardan danışmırıq, Qazaxıstanda olaylardan danışırıq. Yeri gəlmişkən, Qazaxıstanda təqaüdlər, maaşlar və digər sosial ödənişlər Azərbaycandan yüksək idi. Əhaliyə verilən qazın, suyun, işığın qiyməti bizdən ucuzdur. Baxın, hökumət qazın qiymətini qaldırdığına görə vətəndaşlar dinc etiraz aksiyalarına çıxdılar. Və demək olar ki, istədiklərinə nail olurdular. Bunu görən radikal, ekstremist qüvvələr küçələrə çıxarkən iğtişaşlara getdilər. Bizim bəzi müxalifət nümayəndələri hesab edirlər ki, harada nə baş verirsə, onu, hətta silahlı çevrilişləri, silahlı iğtişaşları mütləq dəstəkləmək lazımdır. Guya o ölkələrdə nə baş verirsə, bizdə də olacaq. Bu nə yanaşmadır? Qəsdən bizim vətəndaşları çaşdırırlar. Bizim bəzi müxalifət nümayəndələri sanki başqa yerdə yaşayırlar, Azərbaycanda gedən prosesləri düzgün analiz edib strategiyanı və taktikanı qura bilmirlər”.
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovun məsələyə baxışı çox genişdir: “Təbii ki, bu qədər təbii ehtiyatlara və strateji mövqeyə malik bir dövləti öz nəzarətinə keçirmək istəyən güclərin də sayı kifayət qədərdir. Odur ki, ilk baxışdan qazın qiymətinin artmasına etiraz aksiyası kimi görünən bu iğtişaşın xarici müdaxilə nəticəsində meydana çıxması gün kimi aydındır. Hadisələrin tətikləyicisi qismində isə həm Rusiya, həm Çin, həm də ABŞ və Avropa dövlətləri də çıxış edə bilər. Çünki onların hər birinin Qazaxıstanda öz maraqları mövcuddur. Qazaxıstanın son dövrlərdə həyata keçirdiyi siyasət, rus dilinin dövlət idarələrindəki statusunun ləğv edilməsi, eləcə də kiril əlifbasından latın qrafikalı əlifbaya keçilməsi, Qərbə doğru müəyyən reveranslar, hətta qərbyönümlü siyasət barəsində səsləndirilən fikirlər, eləcə də qazax xalqının türk milli kimiliyinin özünə qayıdışı, tədricən də olsa qazaxların əhali sayına görə 68,5%-lə ölkənin həqiqi sahibinə çevrilməsi, rus əhalinin faiz nisbətinin isə aşağı düşməsi, həmçinin Nazarbayevin dövründə Qazaxıstanın xarici siyasətində Türkiyə ilə yaxınlaşma xətti götürməsi, Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında da Nazarbayevin xüsusi əməyi və digər bu kimi amillər Nazarbayevi və dolayısı ilə Qazaxıstanı Moskvanın hədəfinə gətirmişdi. Qazaxıstanda baş verən qanlı hadisələrin səbəbi kimi də ilk növbədə məhz Nazarbayevin başlatdığı bəhs olunan daxili və xarici siyasəti sonlandırmaq niyyətinin dayandığı görünür. Hər halda, daxilində böyük sayda türkün yaşadığı regionun iki aparıcı ölkəsinin - Rusiya və Çinin Nazarbayevin bu cəhdlərindən rahatsız olduğu şübhə doğurmurdu. Onlar nə Türk Dövlətləri Təşkilatının güclənməsini, nə də qonşularında iqtisadi baxımdan inkişaf etmiş bir türk dövlətinin olmasını istəmirlər. Məsələ burasındadır ki, Çin, ABŞ, Avropa və təbii ki, Rusiyanın maraqları Orta Asiyanın bu önəmli ölkəsində toqquşur. Hələ 2021-ci ilin son günlərində Rusiya mediası haray salırdı ki, Çin Qazaxıstanda güclənir və ölkənin enerji resurslarının ixracına, silah bazarına və təhlükəsizlik məsələlərinə iddia edir. Bununla belə, Rusiya ilə Çinin hər ikisinə ABŞ-ın Qazaxıstandan sıxışdırılıb çıxarılması sərf edir, amma Pekinlə Moskvanın özünün də maraqları toqquşur. Vaşinqton elə əvvəldən Qazaxıstana Mərkəzi Asiyada özünün prioritet tərəfdaşı kimi baxıb. Bu vəziyyətdə Qərb də, Rusiya da, Çin də beynəlxalq qarşıdurmada Qazaxıstanı öz tərəfində görmək niyyətlərini ifadə edir.
Odur ki, indi əsas məsələ Qazaxıstandakı hadisələrdə tətikləyici qismində hansı ölkənin rol aldığı deyil, baş verənlərdən kimin fayda götürməsidir. Hələ ki bu istiqamətdə Rusiyanın faydalandığını görürük. Prezident Tokayevin qismində özünə müttəfiq tapan Rusiya KTMT nizamnaməsinin tələblərini pozaraq Qazaxıstana qoşun yeritdi və bununla da öz mövqelərini möhkəmləndirdi. Tokayev isə konstitusiyaya zidd olaraq həm Nazarbayevin səlahiyyətlərini mənimsəyib, həm də təkbaşına KTMT qüvvələrini ölkəyə dəvət etməklə faktiki olaraq həm də parlamentin səlahiyyətlərini öz əlinə keçirib.
Qazaxıstanda güclü müxalifətin olmaması isə kütlənin idarə edilməsi ilə bağlı problemlər yaratdı və bu da öz növbəsində hadisələrdən maksimum faydalanmaq istəyən ayrı-ayrı xüsusi xidmət orqanlarına kütlə ilə manipulyasiya etmək imkanı verdi. Hadisələrdən dərs çıxarmaq vacibdir. KTMT-nin son iclasında Lukaşenko Özbəkistanın da baş verənlərdən dərs çıxarmasının vacib olduğunu bildirdi, Qırğızıstan isə sərhədlərindəki terror yuvaları ilə mübarizədə KTMT-dən dəstək istədi. Bu anlama gəlir ki, indiyə qədər Ukraynanın bir hissəsində, Ermənistanda, Qarabağ savaşından sonra Azərbaycanda, eləcə də Moldovada, Gürcüstanın əraziləri olan Abxaziya və Osetiyada, indi isə Qazaxıstanda orduya malik olan Rusiya tezliklə Özbəkistanda oxşar problemlər yarada bilər. Odur ki, Azərbaycan bu məsələdə xüsusi olaraq ayıq olmalı və baş verənlərdən nəticə çıxarmalıdır. Siyasi partiyaların mövqelərinin gücləndirilməsi üçün müvafiq siyasi islahatlar həyata keçirilməlidir. Çünki güclü müxalif siyasi partiyaların olması ayrı-ayrı dövlətlərin kütlədən manipulyasiya imkanlarını azaldır və sivil mübarizəni stimullaşdırır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
|