“Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                 

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 15-02-2022, 08:57 | Çap et
Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?
AMEA prezidenti Ramiz Mehdiyev, nəhayət, postundan istefa verib. O, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə rəsmi ərizəsini bu gün (15 fevral) təqdim edəcəyini açıqlayıb.

AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

“Ramiz Mehdiy2ev bildirib ki, fevralın 15-də cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Mehdiyev təmsilçisi olunduğu hakim komandaya asi çıxmaqda davam edirdi və istefası də qarşılıqlı olaraq tələb edilirdi. “Boz kardinal” isə çıxışlarında nəinki hökuməti hədəf alır, hətta onu istefaya çağıranları açıq şəkildə təhdid edir, ən müxtəlif ifadələrlə aşağılayırdı.

Onun davranışları radikal müxalifətdən heç də fərqlənmirdi. İstefasından sonra onun daha sərt mövqe tuta biləcəyi ehtimal olunur.

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?

İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Hətta müxalifətin keçirdiyi bəzi mitinqlərin göstərişinin “Boz kardinal” tərəfindən verildiyinə dair iddialara da rast gəlinib. Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət, onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.

Son proseslərdə bir mənzərə də diqqətləri xüsusilə çəkir. Belə ki, özlərini radikal müxalifət adlandıran qurumların rəhbərləri var ki, hələ də R.Mehdiyev məsələsinə münasibət bildirməyiblər. Halbuki bloger müxalifəti kimi özlərini aparan bu siyasətçilər hakimiyyəti tənqid etmək üçün gecə-gündüz bəhanələr, yollar axtarırlar.

ALDP rəhbəri Fuad Əliyev Mehdiyevin müxalifətlə əlaqələrini istisna etmir: “Ramiz Mehdiyevin nəinki radikal müxalifətlə, digər bəzi müxalif partiyalarla birləşməsini də istisna etmirəm. Bu partiyalar onun geniş imkanlarından yararlanmaq üçün hətta onu özləri üçün lider elan edə bilərlər. Vaxtilə Əli İnsanovla bağlı dediklərini unutmayaq. Ona korrupsionerdir, rüşvətxordur deyənlər, sonradan bunu yaddan çıxarıb onunla görüşüb əməkdaşlıq haqqında razılaşdılar. Müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər. Prinsiplərdən uzaq olan bu müxalifət nümayəndələri öz şəxsi maraqlarını həyata keçirmək üçün istənilən ”vurulmuş" korrupsioner, rüşvətxor məmurla birləşməyə hazırdırlar. Bəziləri isə çoxdan bu məmurların “cib” müxalifətidir. Ona görə Mehdiyevin bəzi müxalifət nümayəndələri ilə birləşməsini istisna etmirəm, hələ bəlkə də çoxdan birləşiblər".

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bu birləşməni mümkünsüz qəbul edir: “Zənn etmirəm ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev hansısa müxalifət partiyası ilə birləşsin. Akademik hələ ki təkbaşına öz işinin öhdəsindən gəlməyi bacarır. Onun müxalifətlə birləşməsi, yaxud da hansısa əlaqəyə girməsi siyasi intihara səbəb olardı. Onun hücum və özünümüdafiə taktikası çox hiyləgərcəsinə və düşünülmüş şəkildədir. Bir tərəfdən deyir ki, mərhum prezident Heydər Əliyev və onun varisi İlham Əliyevə sadiqəm, amma digər tərəfdən isə onların qurduğu siyasi sistemi açıq-aşkar hədəf alır. Parlamentə və deputatlara ”saxta" deyir, ayrı-ayrı məmurları və dövlət strukturlarını bu və ya digər şəkildə ciddi ittiham edir. Məncə, onun müxalifətlə birləşməsi hakimiyyətdaxili qruplaşmaların dəstəyindən də məhrum edə bilər. Digər tərəfdən, düşünmürəm ki, hansısa müxalifət partiyası hakimiyyətə qarşı “vabank” gedən Ramiz Mehdiyevlə əlaqə quraraq özünü zərbə altında qoysun. Yəni müxalifət düşərgəsinin də, hətta siz dediyiniz radikal müxalifətin də R.Mehdiyevlə birləşməsini mümkün hesab etmirəm. Buna baxmayaraq, bu qarşıdurmalardan yararlanıb proseslərin daha da şiddətlənməsini maraqla izləyəcəklər. Təbii ki, müxalifətin müəyyən kəsimi və maraqlı qüvvələr Ramiz Mehdiyevin daha da qızışmasına və daha sərt davranışlar sərgiləməsinə çalışacaq. Fikrimcə, akademiki radikallaşdıran həm də hakimiyyət daxilindəki bəzi qruplaşmalardır. İqtidar bu qruplaşmanın qabağını ala bilməsə hadisələr daha çirkin xarakter ala və təhlükəli fazaya keçə bilər".

REAL-ın icraçı katibi Natiq Cəfərli isə dedi: “İndi çox həssas, həm də unikal bir şans yaranıb. Postsovet məkanında çox ciddi proseslər gedir. Ukrayna hadisələri ciddi suallar yaradır ki, proseslər necə sonluqla nəticələnəcək. Bir sözlə, postsovet məkanının yenidən Rusiyanın əsarətinə keçməsinə cəhdlər olunur. Belə bir şəraitdə Azərbaycanda ”beşinci kolon"un quyusunun birdəfəlik qazılması üçün unikal bir şans yaranıb. Uzun illər davam edən iqtidar-müxalifət münasibətlərinin nəyə xidmət etdiyini iqtidar çox yaxşı bilir. İndi iqtidarın boynunun borcudur ki, bu məsələləri tam şəffaf şəkildə əhaliyə çatdırsın. Burada hakimiyyətin özü də çox maraqlı olmalıdır. 2000-ci il seçkilərində nə baş verdi? Niyə Müsavatın haqlı qələbəsi əlindən alındı? Nə üçün AXCP ilə gizli müqavilələr imzalandı? Nədən onlar parlamentə buraxıldı? Hansı anlaşmalar, danışıqlar olub? Niyə 2013-cü ildə “Milyarderlər İttifaqı” və Milli Şura Rusiyanın əlində bir alətə çevrildi? Azərbaycana təzyiq vasitəsi kimi bunlardan istifadə etdilər? Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyov namizəd göstərildi? Bütün bu sualların cavabını iqtidar yaxşı bilir. İndi unikal şans yaranıb ki, bu sualların cavablarını açıqlasınlar. Bununla da Azərbaycan siyasi səhnəsi təmizlənəcək. Görünən odur ki, son olaylarda məqsədli şəkildə hədəfin yayındırılmasına cəhdlər var. Əsasən də rusdilli mediada Qərbin burada inqilab etmək isterikası yaradılır. Rusiyanın buradakı “5-ci kolon”unun tamamilə sıradan çıxarılması şansı baltalanır. Yaranan bu şansı əldən verməməliyik".

ADP sədri Sərdar Cəlaloğlu Azpolitika.info saytına açıqlamasında bu məsələyə də dolayısı ilə toxunub: “Mehdiyev özü uzun müddət Prezident Aparatının rəhbəri olduğu üçün müxalifətdə kimin kim olduğunu ondan yaxşı bilən olmayıb. Çünki kimsə onun yanına pula gedib, bəzisi mandat almağa gedib, bəzisi vəzifə istəyib və s. Bu mənada Mehdiyev kimin kim olduğunu yaxşı bilir. Amma onun dediklərinin şəxsən mənə heç bir aidiyyəti yoxdur. ”Avtobus müxalifəti" ifadəsini işlədərkən guya bizim Şuşaya, Ağdama səfərimizi nəzərdə tutur. O dövrdə həmin yerlərə fərdi şəkildə getmək təhlükəli olduğundan biz Prezident Administrasiyasının təşkil etdiyi səfərə qatılmışıq. Tamamilə də doğru etmişik. Çünki Qarabağın işğaldan azad edilməsindən sonra bizim mənəvi haqqımız çatırdı ki, ən azından gedib həmin torpaqlarımızı görək. O torpaqlar uğrunda bizim minlərlə övladımız şəhid olub. Əlbəttə, belə məsələlər Mehdiyev üçün əhəmiyyətli olmaya bilər.

Bu gün isə istənilən vətəndaş avtobusa əyləşərək Qarabağa gedə bilir. Onda deyək ki, bizim xalqımız “avtobus xalqıdır”? Bunlar olduqca gülünc məsələlərdir".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru