“Olmayan maliyyənin nə hesabatı?” - ETİRAZ
Tarix: 8-04-2022, 08:22 | Çap et
Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiyadan 41-i MSK-ya maliyyə hesabatını təqdim edib. 17 siyasi partiya isə 2021-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Maliyyə hesabatını təqdim etməyən partiyalar aşağıdakılardır:
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
AĞ Partiya (AĞP)
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Azadlıq Partiyası
Vəhdət Partiyası
“Azərbaycan Mübarizləri” Partiyası
Azərbaycan Milli Demokrat Partiyası
Azad Demokratlar Partiyası (AzDP)
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya).
Qeyd edək ki, MSK aprelin 1-də illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməli idi. dia-az.life-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, hər il partiyanın hesabatı MSK-ya təqdim edildiyi kimi, bu il də maliyyə hesabatını aprelin 1-dək MSK-ya göndəriblər. Sadəcə olaraq, hesabatda bəzi düzəlişlərə ehtiyac yaranıb: “Həmin düzəlişləri edib, maliyyə hesabatımızı yenidən MSK-ya göndərəcəyik. Maliyyə hesabatı verməyən partiyaların dövlət qeydiyyatının ləğvi məsələsi, məncə, qanunvericilikdə əksini tapmır. Qanunda maliyyə yoxlaması keçirib xəbərdarlıq edilməsi məsələsi qeyd edilir. AĞ Partiya qanunların icra olunmasının tərəfdarıdır. Amma qanunlara da əsaslananda gərək siyasi şəraiti, real vəziyyəti nəzərə alaraq addımlar atılsın. Partiyaların, xüsusən müxalifət partiyalarının maliyyə vəziyyətinin necə olduğunu hər kəs bilir. Dövlət büdcəsindən maliyyələşməyəm partiyalardan maliyyə hesabatları tələb etmək qəribə görünür. Amma qanun var və gizlətməli bir şeyimiz olmadığı üçün hesabat vermək problemimiz yoxdur”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirdi ki, üç dəfə maliyyə hesabatını MSK-ya təqdim ediblər, lakin hər üçündə MSK hesabatı düzəliş üçün geri qaytarıb. Sonuncu dəfə partiya hesabatı martın 29-da təqdim edib, MSK isə qəbul etməyib:
“Komissiya yeni qaydalar qoyub. Bəzi xanaların yeri dəyişdirilib, formatda bir sıra yeniliklər ediblər. Ona görə biz tələb edilən düzəlişləri yerinə yetirib, hesabatı yenidən göndərdik. Yəqin ki, düzəlişlər edildiyi üçün qəbul olunacaq”.
T.Kərimli də hesab edir ki, partiyaların MSK-ya maliyyə hesabatı verməsi əslində doğru deyil. Xüsusən də seçkiyə qatılmayan partiyaların maliyyə hesabatı verməsinin anlamı yoxdur.
Bəs maliyyə hesabatı verməyən partiyalara qarşı hansı cəza tədbirləri qanunda nəzərdə tutulub? Tahir Kərimli dedi ki, hesabat təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyi müvafiq addımlar ata bilər: “Qanuna görə, MSK bununla bağlı Ədliyyə Nazirliyinə təqdimat verir. Nazirlik buna uyğun partiya haqqında tədbirlər görür. Əvvəl partiyalara ancaq məhkəmə qaydası ilə hansısa cəza tətbiq edilə bilərdi. İndi elə hallar var ki, nazirlik özü də bunu yerinə yetirə bilər. Xəbərdarlıq etmək, məhkəmə qaydasında məsələ qaldırılması, bunun nəticəsində partiyanın fəaliyyətsizliyi təsdiq edilərsə, prosedurların yekunu kimi qeydiyyatının ləğvi mümkün ola bilər”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, rəhbərlik etdiyi partiyanın maliyyəsi yoxdur, ona görə hesabat verməyiblər: “Olmayan maliyyənin nə hesabatı? Hakimiyyət bizə maliyyə ayırmayıb, yalnız öz yaltaqlarına ayırıb. Siyasi partiyaların MSK-ya maliyyə hesabatı verməsi dünyada bir bizdədir. Partiyanın qeydiyyatını isə yalnız məhkəmə ləğv edə bilər. Bizdə də məhkəmə tam ”müstəqil" olduğuna görə elə şey eləməz".
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə bildirdi ki, qanuna görə MSK maliyyə hesabatını vaxtında təqdim etməyən siyasi partiyalara qarşı məsələ qaldıra bilər. Bu zaman MSK hesabatın gecikdirilməsinin səbəblərini araşdırır. Siyasi partiya bu araşdırmadan sonra da hesabatı təqdim etmədikdə, MSK müvafiq qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini həyata keçirə bilər. Vaxtında proseduru başa çatdırmayan partiyalara münasibətdə inzibati tənbeh tədbiri olaraq cərimələrin tətbiqi nəzərdə tutulub.
MSK katibinin sözlərinə görə, bu günə qədər praktikada heç bir partiyaya münasibətdə cərimələr tətbiq olunmayıb, inzibati tənbeh tədbirləri görülməyib. Qeydə alınan partiyaların hamısı bu illər ərzində bu və ya digər dərəcədə əsasən maliyyə hesabatlarını təqdim edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|