“Seçkili olmayan qurum məmuru özünü xalq qarşısında məsuliyyətli hiss etmir” - FAKT BUDUR!
Tarix: 5-05-2022, 09:03 | Çap et
Azərbaycanda vətəndaşların məmur laqeydliyindən, özbaşınalığından narazılığı səngimir. Əhalinin getdikcə daha çox qismi problemlərinin həll olunmamasından, cavabdeh məmurların onları qəbul etməmələrindən şikayətçi olmaqdadır. Sosial şəbəkələr, internet resursları vətəndaş problemləri ilə dolub-daşır. Və bu narazılıqların heç də hamısı əsassız, qərəzli yanaşma məhsulu deyil, əksinə, son vaxtlar məhz əsaslı narazılıqlar kütləviləşməkdədir.
Paradoksal haldır ki, ölkə rəhbərliyinin vəzifəyə təyin olunan məmurlardan ilk tələbi məhz xalqın içində olmaq, onun problemlərini həll etməkdir. Bu ilin fevralında yeni təyin olunan bir neçə rayonun icra başçısını qəbul edərkən Prezident İlham Əliyevin onlara əsas tapşırığı məhz rayonlarda mövcud problemlərin təhlil olunaraq, onların həllinə xüsusi diqqət yetirilməsi barədə olub: “İlk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni bütün bu göstəricilər, eyni zamanda aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır.
Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir. Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etməyə sövq etməlidir. Əks təqdirdə, onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız".
Prezidentin tapşırığına, çoxsaylı məmurların həbs olunmasına baxmayaraq, vəzifədə olanlar vətəndaşa doğru addım atmamaqda israrlı görünürlər: yerli və mərkəzi icra orqanlarından tutmuş, kommunal xidmət müəssisələrinə qədər, demək olar ki, bütün dövlət qurumlarında insanların nəinki problemləri həll olunmur, əksinə, onlara əlavə problemlər yaradılmaqda davam edir. Məmur özbaşınalığı, laqeydliyinin yenidən vüsət almasının səbəbi nədir? Niyə vətəndaşlara münasibətdə məmurların saymaz davranışları artmağa başlayıb? Ölkə qanunvericiliyində belə davranışa görə məmurlara nəzərdə tutulan cəzalar nə qədər adekvatdır?
Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan qanunvericiliyində vətəndaş müraciətlərinə baxılmaması, yaxud vaxtında baxılmamasına görə nə inzibati xəta, nə də cinayət tərkibi nəzərdə tutulmur: “Səhv etmirəmsə, buna görə yalnız həmin vəzifəli şəxsin çalışdığı dövlət orqanına qarşı inzibati iddia qaldırıla, ona cərimə cəzası kəsilə bilər. Daha bir tədbir həmin vəzifəli şəxsin rəhbərlik tərəfindən işdən çıxarılması ola bilər. Bütün bunlar isə kifayət qədər yüngül məsuliyyətdir, reallıqda hətta bunları edən də yoxdur. Azərbaycanda hansısa bir məmurun vətəndaşı qəbul etmədiyinə görə cəzalandırılması təcrübəsi, demək olar ki, mövcud deyil. Hətta vətəndaş məmurdan məhkəməyə müraciət etdikdə belə, onun qalib gəlməsi qeyri-mümkündür, çünki məhkəmələr məmurların əleyhinə qərar çıxarmırlar. Vəziyyəti qəlizləşdirən məsələlərdən biri də budur ki, narazılıqların çox olduğu hüquq-mühafizə orqanlarına qarşı, ümumiyyətlə, iddia qaldırmaq mümkün deyil. Mən özüm dəfələrlə məhkəmələrin süründürməçiliyi, aylarla bir sənədin verilməsini uzatması, başdansovdu cavabların verilməsini yubatması ilə üzləşmişəm”.
Ə.Həsənovun sözlərinə görə, mərkəzi icra hakimiyyəti orqanları arasında vətəndaş müraciətlərinə həssas yanaşanlar da var: “Bunu şəxsi təcrübəmdən deyirəm, çünki elə bir dövlət orqanı yoxdur ki, praktikamda ona hansısa vətəndaş müraciəti yönləndirməyim. Bütün qurumlar arasında yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bir də İqtisadiyyat Nazirliyi müraciətlərə vaxtında və aidiyyəti üzrə dolğun cavab verirlər. Bu cavablar aydın və işin bütün hallarını nəzərə almaqla tərtib olunur. Digər qurumlarda bu sahədə çox ciddi problemlər var. Hesab edirəm ki, bu vəziyyəti aradan qaldırmaq, məmurların vətəndaş müraciətlərinə adekvat cavab vermələrini təmin etmək üçün əvvəla, cəzalar artırımalıdır. Yəni müraciətə vaxtında və aidiyyəti üzrə cavab verməyən vəzifəli şəxsin çalışdığı orqana deyil, birbaşa onun özünə və daha yüksək məbləğdə cərimə müəyyənləşdirmək lazımdır. Özü də cərimə vətəndaşın xeyrinə tutulmalıdır. Digər addım şəffaflığın təmin edilməsi ola bilər: dövlət məmurlarına yönəlik müraciətlərin və onunla bağlı hərəkətlərin hansısa formada internet resurslarında yerləşdirilməsi təmin edilməlidir”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, Azərbaycanda əsas problem vətəndaş-məmur münasibətlərinin seçkidən asılı olmamasıdır: “İcra strukturlarının formalaşmasında seçkinin, xalqın heç bir rolu yoxdur. Bu şəraitdə məmur özünü xalqdan asılı hiss etmir, buna görə də özündə onun problemlərini həllı etmək məsuliyyətini görmür. Onlar təyin olunurlar. Təyin olunanlar isə dünya təcrübəsi göstərir ki, seçilənlərlə müqayisədə xalqın, vətəndaşın problemlərinə daha səthi yanaşırlar. Nə qədər ki, ölkədə seçkili orqanların rolu idarəetmədə üstün olmayacaq, bələdiyyələr, meriyalar, Nazirlər Kabinetinin (parlamentdə formalaşma) üstün səlahiyyətləri təmin olunmayacaq, o vaxta qədər Azərbaycanda məmur-vətəndaş münasibətlərinin normal məcraya düşməsi mümkün deyil”.
Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirir ki, pandemiya dövründə, 44 günlük Vətən müharibəsindən sonra məmur-vətəndaş münasibətlərində müsbət dönüş baş verib: “Bəlkə də qəribə görünəcək, amma bu, həqiqətən belədir. Pandemiya dövründə, həmçinin Vətən müharibəsindən sonra dövlət qurumlarına yönəlik vətəndaş müraciətlərinin sayı kəskin şəkildə artıb. Eyni zamanda Vətən müharibəsindəki qələbədən sonra müraciətlərin xarakterində ciddi dəyişiklik qeydə alınıb. İnsanlar indiyədək ”torpaqlarımız azad olunmayıb" deyərək, bir çox hallarda problemlərini qaldırmaqdan çəkinirdilərsə, indi artıq ölkəmiz qalib gələndən sonra öz tələblərini daha yüksəkdən, daha aktiv səsləndirməyə başlayıblar. Azərbaycanda vətəndaş müraciətlərinə həssas yanaşıb, əhali ilə daim ünsiyyətdə olmağın bariz nümunəsini “Azəriqaz” İstehsalat Birliyi, onun rəhbəri yaradıb. Birlik rəhbərinin sosial-ictimai şəbəkələr, müntəzəm görüşlər vasitəsilə əhali ilə birbaşa təmasa keçməsi, qaldırılan problemlərə operativ reaksiya verməsi göstərir ki, digər dövlət qurumlarının rəhbərliyi də belə işləyə, nümunəvi vətəndaş-məmur münasibətini təmin edə bilər. Təxminən bir ay öncə Prezident Administrasiyanın rəhbəri Samir Nuriyev Prezidentə ünvanlanan vətəndaş müraciətlərinin təhlilini açıqladı. Məlum oldu ki, Azərbaycan əhalisi ən çox sosial, hüquq xarakterli, məhkəmə orqanlarından, yerli icra strukturlarından şikayət edir. Bundan əlavə, qələbədən sonra döyüşlərdə yaralanan insanların əlillik dərəcəsi almaq, müalicə məsələləri, icbari tibbi sığortanın tətbiqindəki ciddi problemlərdən narazılıqlar da çoxdur".
STM rəhbərinin fikrincə, yaxınmüddətli dövrdə əsas iş dövlət qurumlarının vətəndaş müraciətləri ilə bağlı şəffaflığının təmin olunması olmalıdır: “Hər bir qurum ona ünvanlanan müraciətlər və onların cavablandırılması vəziyyəti ilə bağlı dəqiq və hərtərəfli statistika açıqlamalıdır. Cənab Prezidentin bugünlərdə qeyd etdiklərindən də aydın olduğu kimi, ölkəmizdə yerli icra strukturları sistemi özünü doğrultmayıb. Və bu sistemdə Prezidentin iradəsi ilə ciddi dəyişikliklər başlanıb. Artıq Azərbaycan dövləti elə bir mərhələyə qədəm qoyub ki, bütün sahələrdə regional liderlik təmin edilməlidir. Bu baxımdan, qarşıdakı dönəm dövlət orqanlarının qalib vətəndaşlarımız qarşısında daha intensiv, daha məsuliyyətli və həssas çalışması dövrü olmalıdır. Dövlət qurumları hesabatlı olmalı, hər ayın sonunda vətəndaş müraciətləri ilə bağlı hərtərəfli statistikanı açıqlamalıdılar. Bu, imkan verəcək ki, Azərbaycanda hansı dövlət qurumunun özünün vətəndaşlar qarşısındakı məsuliyyətini daha yaxşı dərk etdiyini müəyyənləşdirə bilək”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|