Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                 

"İndi də YAP çox mühüm rol oynayır" - deputat
Tarix: 11-05-2022, 08:07 | Çap et
"İndi də YAP çox mühüm rol oynayır"
Partiya sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb ki, parlamentdə təmsilçisi olmayan 1200 vətəndaşdan imza toplanıb, ardı da gəlir: “İnsanlar 7 dairə üzrə təkrar və əlavə seçkilər istəyir. Onlar vergi ödəyir, amma yığılan vergilərə sərəncam verən parlamentdə təmsilçiləri yoxdur və konstitusiya pozulmuş durumdadır”.

Müxalif Respublikaçı Alternativ Partiyası Milli Məclisdə boş yerlərə seçkilər tələbi ilə imza kampaniyası aparır.

İlqar Məmmədov şərhində əlavə edir ki, parlamentdə boş yerlərə seçkilərin keçirilməməsi hakimiyyətin konstitusiyanı dəyişib proporsional sistem tətbiq etmək niyyəti ilə bağlıdır: “Hakim Yeni Azərbaycan Partiyası nisbətən düz seçki keçirmək istəsə də, dairələri rahat udacaq namizədləri çox azdır. Proporsional sistemdə partiya siyahıları yarışır və ictimai diqqət siyahının əvvəlindəki ilk 5-10 nəfərin üzərində cəmləşir. Belə yarışa hakim partiya nisbətən daha yaxşı hazırdır, adam arasına çıxarmağa 5-10 nəfər hörmətli namizədi var. Ancaq hələlik referendumun olacağını, seçki sisteminin dəyişəcəyinı dəqiq demək olmur. Qalır seçicilərin dairələr üzrə məlumatlandırılması və imzaların toplanması”.

Yada salaq ki, 125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. dia-az.life-ın məlumatına görə, YAP-çı deputat Ceyhun Məmmədov “Yeni Müsavat”da REAL sədrinin bəzi fikirlərinə bu cür cavab verdi: “Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük partiyalarından biridir. Bu gün partiyamız kifayət qədər güclü və mütəşəkkildir. Partiyanın sıralarında bacarıqlı, qabiliyyətli, ölkəsini, vətənini sevən insanlar var. Bu baxımdan belə yanaşmalar kökündən yanlışdır. Partiyanın tərkibində işini bilən, peşəkar kadrlar kifayət qədərdir. Onlar bu gün ayrı-ayrı dövlət strukturlarında çalışırlar, parlamentdə xalqımızı təmsil edirlər. Ona görə də belə iddialar, fikirlər irəli sürmək əsassızdır. Yeni Azərbaycan Partiyası bu gün əminliklə deyə bilərik ki, ölkənin ən güclü, ən aparıcı partiyasıdır. Ölkə ictimaiyyəti arasında hər zaman olduğu kimi indi də YAP çox mühüm rol oynayır. Savadı, biliyi, peşəkarlığı ilə adından söz etdirən, cənab Prezidentə sadiqliyi, dövlətə bağlılığı ilə seçilən həmkarlarımız, vətəndaşlarımız var. Ona görə də belə fikirlər səsləndirmək kökündən yanlışdır”.

BAP sədri Elşad Musayev seçki gözləmir: “Azərbaycan Konstitusiyasına görə, Milli Məclis üzvlərinin sayı 125 nəfər nəzərdə tutulub, amma bir sıra seçki dairələrində deputat yerləri boşdur. Ölkə konstitusiyası boş qalan seçki dairələrində təkrar seçkilər keçirməyi tələb edir. Hakimiyyət üzvləri əvvəllər pandemiyanı əsas gətirib seçki keçirilməsinin mümkünsüzlüyünü bildirirdilər, indi isə belə təhlükə yoxdur və istənilən seçkilər keçirilə bilər. Təkrar seçkilər keçiriləcəkmi? Gözlənilmir. Hakimiyyətə sərf etmir, müxalifətin hakimiyyəti məcbur etməyə gücü çatmır. Nəticədə həm konstitusiyanın tələbləri, həm də həmin seçki dairəsinin seçicilərinin hüquqları pozulur.

O ki qaldı referendum məsələsinə, proporsional seçki sisteminin bərpa olunmasına-burada da konkret bir hərəkət yoxdur. Ölkədə fundamental islahatlar, o cümlədən seçki sistemindəki dəyişikliklər üçün referenduma ehtiyac var.

Amma hakimiyyətin proporsional seçki sisteminə üstünlük verəcəyi ağılabatan deyil. Mövcud nisbi majoritar sistem daha ədalətsiz və saxtakarlığa daha çox imkan verən seçki sistemi olsa da hakimiyyətə daha çox sərf edir. Odur ki, fikrimcə, yaxın müddətdə referendum və seçkilər gözlənilmir".

AMİP sədri Arzuxan Əlizadə qanunların pozulduğunu qeyd etdi: “AMİP olaraq, uzun illərdir ki, proporsional seçki sisteminin, ən azından qarışıq seçki sisteminin olması ilə bağlı təkliflərimizi irəli sürmüşük. 2019-cu ilin mart ayında isə digər üç partiya-Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası və AĞ Partiya ilə birlikdə təşəbbüslə çıxış etmişik. Ölkədə rəsmi dövlət qeydiyyatından keçmiş, istisnasız olaraq bütün siyasi təşkilatlarla bu xüsusda görüşlərimiz oldu, məsləhətləşmələr apardıq və bir sənəd hazırlandı. Həmin sənəd 12-13 siyasi partiya tərəfindən razılaşdırılıb. Həmin sənədlər paketi özündə proporsional seçki sisteminin bərpa olunması, deputatların say tərkibinin artırılması daxil digər siyasi islahatların həyata keçirilməsini özündə ehtiva edir. Bu islahatlar paketi həm ictimaiyyətə açıqlanıb, həm də dövlət qurumlarına təqdim olunub. Bu gün də o fikirdəyik ki, 7 boş qalan dairə üzrə seçkilərin keçirilməməsi qanunlara tamamilə ziddir. 300-350 min seçicinin ən azından parlamentdə təmsilçiliyinin olmamasıdır. Amma həm də o fikirdəyik ki, 7 dairə üzrə seçkilər keçirilsə belə, geniş anlamda ciddi nəticələrin əldə olmasına səbəb olmayacaq. Bütövlükdə parlamentin yenilənməsi, seçki sisteminin inkişafı baxımından ciddi nəticələr əldə etmək üçün mütləq mənada konstitusion islahatlara gedilməlidir. Referendum yolu ilə proporsional, qarışıq seçki sistemi bərpa olunmalıdır. Komissiyaların formalaşdırılması ilə bağlı model dəyişdirilməlidir. Dediyim kimi, parlamentin say tərkibinin artırılması da çox vacibdir. 1997-ci ildə konstitusiya qəbul olunanda ölkə əhalisi 7 milyon civarında idisə, indi 10 milyondan artıq ölkə əhalisi var. Bu da parlamentin say tərkibinin artırılmasını zəruri edir. Bu islahatlara gedilməsi çox vacibdir. Ölkə gündəminə təsiri olan siyasi partiyaların parlamentdə təmsilçiliyi formalaşmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru