Ermənistana özünü toparlamağa vaxt vermək olmaz - ÇAĞIRIŞ
Tarix: 18-05-2022, 08:14 | Çap et
Moskvada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Ermənistanın baş naziri KTMT liderlərinin görüşündə də iştirak edib. Paşinyan qurumu “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxiləsi”nə reaksiya verməməkdə günahlandırıb: “Ermənistan KTMT-yə müraciət etdi ki, mexanizmləri işə salsın.
Təəssüf ki, təşkilatın Ermənistan Respubikasının gözlədiyi şəkildə reaksiya verdiyini söyləmək mümkün deyil”. Hazırda KTMT-yə sədrlik edən Ermənistan lideri təşkilat üzvlərini Bakıya silah satmaqda ittiham edib: “Biz KTMT üzvü olan dövlətlərin Ermənistana dost olmayan dövlətə silah satmaları məsələsini uzun müddət qaldırmışıq. Nəticədə həmin silah Ermənistana, erməni xalqına qarşı istifadə olunub. Bu da bir problemdir”. Paşinyan təşkilat dövlətlərinin İkinci Qarabağ savaşı zamanı tutduqları mövqeni də tənqid edib. Amma Putini müharibənin dayandırılmasındakı roluna görə tərifləyib.
Xatırladaq ki, Paşinyan Niderland səfərində də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirmişdi. Baş nazir ölkəmizi erməni əsirlərdən sövdələşmə üçün istifadə etməkdə suçlayıb. Ekspertlərin sözlərinə görə, Paşinyanın son vaxtlar sərgilədiyi irrasional ritorika sülh danışıqlarının irəliləməsinə ciddi maneələr yarada bilər. Əslində Azərbaycanın Qarabağla bağlı mövqeyi kifayət qədər aydın və birmənalıdır. Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkməli və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır. Məsələ bu qədər sadə və bəsitdir.
Qalib dövlət kimi şərtləri yalnız biz diktə edirik. Ermənistanın hansısa şərt irəli sürməyə mənəvi-siyasi haqqı yoxdur. Görünür, Paşinyan Qarabağla bağlı sərsəm təkliflər irəli sürməklə öz sələflərinin yol verdiyi səhvləri təkrarlamaq niyyətindədir. İndiki məqamda “status” məsələsinin yenidən gündəmə gətirilməsi Ermənistana yalnız mənfi nəticələr vəd edə bilər. Əhalisi səfalət içində yaşayan, iqtisadi böhran içərisində çabalayan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın diktə etdiyi şərtləri yerinə yetirməkdir. Nə qədər paradoksal səslənsə də, bu, ən çox erməni xalqının mənafeyinə xidmət edir. Çünki münaqişə vəziyyəti onları bütün inkişaf layihələrindən kənarda qoyub. Əgər Paşinyan hakimiyyəti həqiqətən də erməni xalqının mənafeyini düşünürsə, sərsəm təkliflərini kənara qoyub, tez bir zamanda Azərbaycanın şərtlərini yerinə yetirməlidir. dia-az.life-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyinin sözünə, vədinə etimad göstərilməməlidir. Partiya rəhbəri bildirib ki, Ermənistana manevr imkanları yaratmaq, öz gücünü, ordusunu toparlamağa vaxt vermək olmaz:
“Müharibə bitəndən bu yana dəfələrlə demişəm ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirsə, bu, İrəvanın ən zəif olduğu, dalana dirəndiyi zamanda baş verməlidir. İndiki halda ermənilərə yenidən dirçəlməyə, özlərinə gəlməyə, beynəlxalq əlaqələr qurmağa şərait yaratsaq, Ermənistan məğlubiyyətlə barışmayacaq. Hətta “status”, “Minsk qrupu” kimi xülyalarını da geri qaytarmağa çalışacaq. Paşinyanın addımları və davranışları erməni xisləti prizmasından baxdıqda başadüşüləndir. Hansı erməni sözünə əməl edib ki? Ermənistan dövlət olaraq özünə hörmət qoymur. Çox biabırçı və ləyaqətsiz siyasət yürüdürlər”.
T.Abbaslı Paşinyanın çıxışlarının daxili auditoriyanı sakitləşdirməyə hesablandığını düşünmür:
“Baş nazir buna ehtiyac duymur. İrəvan hökumətinin məqsədi beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı yönləndirmək və “əzilmiş erməni” obrazı yaratmaqdır. Çalışırlar ki, Azərbaycanı “qəsbkar” dövlət kimi qələmə versinlər. Əgər ermənilərin qarayaxma kampaniyasının qarşısını almasaq, sadəcə, sülh prosesi pozulmayacaq, həmçinin, beynəlxalq ictimai fikir əleyhimizə yönələcək.
O baxımdan Ermənistan rəhbərliyinin addımları diqqətlə izlənilməli və bütün cəhdlərə ən sərt formada adekvat cavab verilməlidir. Ermənistana izah olunmalıdır ki, sülh və əməkdaşlıqdan qaçış onların birmənalı məhvinə səbəb olacaq. Reallıqları ermənilərə zor gücünə başa salmalıyıq.
Çünki ermənilərdən humanizm, rasionallıq gözləmək əbəsdir. Qalib Azərbaycan öz üstünlüklərindən faydalanmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Dünən, 15:30 |
|
|
|
|