“Yenidən müraciət ünvanlanarsa, imza atmağa hazıram” - deputat
Tarix: 28-05-2022, 08:37 | Çap et
Rusiya İstintaq Komitəsi Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin polis əməkdaşı Aleksandr Qusev tərəfindən güllələnməsi ilə bağlı işi bağlayıb. Polisin əməllərində cinayət tərkibi aşkar edilməyib. O sərbəst buraxılıb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi xəbər yayıb.
Xatırladaq ki, düz bir il qabaq - 2021-ci ilin mayın 28-də Novosibirskdə yaşanan faciəvi hadisə Azərbaycanda ciddi rezonans doğurmuş, rus yol polisi səlahiyyət həddini aşmaqda ittiham olunmuşdu. Məsələ ilə bağlı bir qrup azərbaycanlı deputat V.Putinə müraciət də etmişdi. Orada qətli törədən polisin öncə tutulsa da, az sonra sərbəst buraxılmasına etiraz da yer alırdı.
Göründüyü kimi, Rusiya “femidası” öz bildiyini edib. Bəs polis əməkdaşının heç bir cəza almaması nə dərəcədə qanunidir? Bənzər olay Azərbaycanda baş versəydi, ölən rus gənci olsaydı, Rusiyanın reaksiyası nə olardı? dia-az.life-ın məlumatına görə, hadisə ilə bağlı Rusiya Prezidentinə ünvalanan məktuba imza atmış millət vəkillərindən biri Arzu Nağıyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Bu iş cinayət məcəlləsinin iki bəndi ilə qaldırılmışdı. Birincisi, vəzifə səlahiyyətlərini aşma, ikincisi ehtiyatsızlıqla bağlı.
Ötən il cinayət işi qaldırılanda da Rusiyanın İstintaq Komitəsinin rəhbəri belə bir bəyanat yaydı ki, yol polisi əməkdaşı azadlığa buraxılır və digərləri haqda cinayət işi açılır. Həmin vaxt Azərbaycanın bir neçə millət vəkillərinin, o cümlədən mənim də imzamla Rusiya hakimiyyətinə məktub ünvanladı ki, bu cinayət işinə daha dəqiq baxılsın. Lakin gördüyünüz kimi, bütün bunlara rəğmən, həmin polis azadlığa buraxılıb. Bildirilib ki, guya hadisə ehtiyatsızlıqdan baş verib, guya ciddi araşdırılma aparılıb, bundan sonra polis bəraət qazanıb. Əlbəttə ki, öldürülən azərbaycanlının valideynləri apelyasiya məhkəməsinə müraciət edə bilərlər. Həmçinin Azərbaycan diasporu, ziyalı təbəqə yenidən məsələ ilə bağlı müraciət edə, təfərrüatı ilə maraqlana bilər. Sözsüz ki, xarici ölkədə yaşayan hər bir azərbaycanlı bizim soydaşımızdır, onun problemləri ilə maraqlanmaq da Azərbaycan ictimaiyyətinin birmənalı borclarından biridir. Mən də sənədlərlə tanışam və əgər yenidən müvafiq müraciət ünvanlanarsa, ora imza atmağa hazıram".
Sabiq polis rəisi Mahmud Hacıyev isə qeyd etdi: “Acı da olsa həqiqəti danışmaq lazımdır. Rusiyada təkcə polis deyil, adi şəxslər tərəfindən də azərbaycanlılara qarşı cinayət törədildikdə aidiyyəti orqanlar həmişə gözləmə mövqeyini tutub. Yəni, qanunun tələb etdiyi işlər görülmür. Son vaxtlar isə bu cür məsələlər daha intensiv hal alıb. Elə eşidirik ki, Rusiyanın filan bölgəsində azərbaycanlı döyüldü və yaxud qətlə yetirildi. Aidiyyəti orqanlar 3-4 gün əməliyyat tədbirləri həyata keçirir, sonra işi arxivə atırlar. Bu artıq bir qayda halını alıb. İndi bu hadisədə də hadisəni törədən polis əməkdaşıdır. Ona necə bəraət vermək olar, başa düşmək olmur?”
Mahmud Hacıyevə görə, polis əməkdaşının bəraət alması heç bir qanuna sığmır: “Əvvəla, axı həmin gənc polisə silah qaldırmayıb. Polis bilir ki, müqavimət zamanı ilk hansı hərəkətləri etməlidir. Amma bunların heç birini etmədən azərbaycanlını güllələyir. Bu, qanuna ziddir və millətimizə qarşı aşağılama hərəkətidir. Mən inanıram ki, polis bu hadisədə bəraət aldıqdan sonra yenidən öz işinin başına dönəcək”.
Müsahibimiz vurğuladı ki, bu cür məsələlərdə Rusiyadakı səfirlik və konsulluğumuz ciddi fəaliyyət, dirəniş göstərməlidir: “Bizim burada oturub, rəylər verməyimizin, səs-küy salmağımızın heç bir təsiri, effekti yoxdur. Bu cür hadisələrdə birinci dirəniş göstərmək, hüquq-mühafizə orqanlarından müəyyən şeyləri tələb etmək səfir və konsulluqların işidir. Əgər bu hadisə Azərbaycanda baş versəydi Rusiya səfirliyi, rus icması dünyanı bir-birinə qatmışdı. Məsələyə elə bu cür də yanaşmaq lazımdır. Yoxsa ki, səfirliyimiz bu cür olaylarda açıqlama verir ki, ”nəzarətimizdədir", vəssalam. Bütün hadisələrdə bu şablon söz deyilir və iş görülmür".
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun məsələyə münasibəti belə oldu: “Bir dövlət ki, o boyda Ukraynaya girib milləti, küçədə gəzən adi vətəndaşları, qocaları, uşaqları göz qabağında qırır, ondan ədalət gözləyəcəyik? Ümumiyyətlə, Rusiya nə zaman ədalətli olub ki, indi də ədalətli olsun? Məgər Qarabağın alınması, 30 il işğalda qalması Rusiyanın əməli deyildi? Onların qanunları özlərinə işləyir, başqa millətlərə yox. Əlbəttə, yenə də səsimizi qaldırmalıyıq, ortada gənc azərbaycanlı öldürülüb. Ondan ötrü ki, bilsinlər biz hər bir vətəndaşımız haqqında sitəm kimi dururuq. Amma yenə də bəhanələr uyduracaqlar ki, guya polisə hücum etdiyi üçün öldürülüb. Bu məsələ tərsinə baş versəydi, hətta polisimiz haqlı olsaydı belə Rusiya bizim başımıza elə oyunlar gətirərdi ki. Ona görə də bilməliyik ki, bizim güvənə biləcəyimiz, arxalanacağımız yalnız Türkiyə və türklərdir. Həmçinin dostlarımız ağır gündə bizə dəstək olan, yanımızda duran İsrail, Pakistandır”.
Hüquqşünas Əsabəli Mustafayev: “Görünür ki, polisə ehtiyatsızlıqdan bəraət verilib, yəni guya istəmədən baş verib. Lakin bu ehtiyatsızlıq adi vətəndaş tərəfindən törədilsəydi, bəlkə də qəbul etmək olardı ki, hadisə istəmədən baş verib. Axı polis peşə hazırlığı keçir, xüsusən də hücumu dəf etməklə bağlı. İlk növbədə polisi öyrədirlər ki, hücum edən şəxsi fiziki qüvvə, digər xüsusi vasitələrdən istifadə etməklə necə dəf etmək olar. Silah işlətmək yalnız son anda ola bilər. Polisin xüsusi vəzifəsi budur ki, əgər qarşı tərəfdə silah yoxdursa, yalnız fiziki qüvvə ilə onu dəf etməlidir.
Əlbəttə ki, polislər silahdan necə istifadə edilməlidir deyə ciddi şəkildə təlimatlandırılırlar. Onların əlində güllənin təsadüfən açılması mümkün deyil. Polis yalnız son anda atəş açmaq məcburiyyətində qalanda silahını çıxarda bilər. Lakin yayılan videokardrlardan görmüşdük ki, polis dərhal silahını çıxarıb və silah atəş açılmağa hazır olub. Halbuki orada silah çıxartmağa ciddi bir əsas yox idi. Həmin vaxt polis silahı yalnız qorxutmaq məqsədi ilə göstərə bilərdi. Amma görürük ki, polis vəzifə səlahiyyətlərini aşır və qəsdən gənci güllələyir. Bu məsələdə öldürülən şəxsin azərbaycanlı, qeyri-rus olması da öz təsirini göstərib. Çünki bilirik ki, Rusiyada təkcə azərbaycanlılara deyil, Qafqazdan, Orta Asiyadan olan insanlara bir şovinist yanaşma var. Onlara “aşağı sort” insanlar kimi baxılır. Bunu mətbuatdan, sosial şəbəkələrdən də görürük. Beləliklə, həmin hadisə ilə bağlı yayılan kadrlardan da aydın olur ki, polisin əməlində cinayət var, lakin çox təəssüf ki, məsələyə böyük ədalətsizliklə yanaşılıb".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|