"Bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır" - deputat
Tarix: 21-06-2022, 09:06 | Çap et
İyunun 19-da Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı” mövzusunda panel keçirildi. Bununla azad Şuşamız - Mədəniyyət paytaxtımız daha bir önəmli tədbirə ev sahibliyi etmiş oldu.
İllərdir ki, keçirilməsi ənənə halını alan Qlobal Bakı Forumunda iştirak edən dünyanın aparıcı isimləri bu dəfə Qarabağın gözü olan qala şəhərimizə toplaşdılar. Azərbaycan həqiqətlərinin Şuşa ucalığından növbəti dəfə bəyan olunması, erməni vandalizminin çatdırılması baxımından da çox önəmli bir tədbir keçirilib desək, yanılmarıq. Rəsmi məlumata görə, forumun moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin olub. Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 2 mindən çox tarixi abidə var və erməni işğalı dövründə həmin abidələrin bir çoxu dağıdılıb. Aydın Kərimov bu abidələrin bir hissəsinin bərpa edilməkdə olduğunu nəzərə çatdırıb. Şəhərdə aparılan yenidənqurma işlərindən danışan xüsusi nümayəndə qeyd edib ki, Şuşa elektrik enerjisi ilə tam təchiz olunub: “Şəhərin su təchizatının yaxşılaşdırılması, yeni su mənbələrinin tapılması istiqamətində işlər davam edir. Həmçinin şəhərin kanalizasiya sistemləri yenilənir. Şuşada yeni yollar və küçələr salınacaq”. O bildirib ki, Şuşada keçmiş məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edilib. Müharibə başa çatdıqdan dərhal sonra Şuşa şəhərində bərpa və yenidənqurma işlərinə başlanılıb. Şuşada müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, şəhərə elektrik enerjisi verilib. Yeddi qazanxana tikilən şəhər istiliklə təmin olunub”, - deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Emin Hüseynov azad olunmuş ərazilərdə ötən dövrdə aparılan quruculuq işlərindən danışıb. O qeyd edib ki, Qarabağda 2764 şagird yerlik 4 məktəb inşa edilir. “Müharibənin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə proseslərinə başlanılıb. Otuz il ərzində bu ərazilərdə yerləşdirilən minalar yenidənqurma işləri üçün çətinlik yaradır. Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyannamənin imzalanmasından sonra 224 şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb”, - deyə Prezidentin xüsusi nümayəndəsi bildirib. O qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərindəki tarixi abidələr dağıdılıb, ekosistem zədələnib. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması hazırda ölkəmizin gündəmində yer alan prioritet vəzifələrdən biridir.
Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev isə qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib. İşğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: “Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq”.
Azərbaycanın qısa müddətdə bu qədər ağır yaraları sağaltmaq istiqamətində gördüyü işlər şübhəsiz ki, iştirakçıları heyrətləndirib, dövlətimizin qüdrətinə, qətiyyətinə yaxından şahidlik ediblər, eyni zamanda Ermənistanın vandal sifətini yaxından izləmək imkanı qazanıblar darmadağın şəhər və kəndlərə baxarkən.
Azərbaycanla Bosniya və Herseqovinanın tarixlərində bir çox oxşarlıq var. Hətta Azərbaycan Bosniya və Herseqovinadan fərqli olaraq bəzi məsələləri artıq həll edə bilib. AZƏRTAC xəbər verir ki, bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində Şuşada təşkil edilmiş panel iclasda iştirak edən Bosniya və Herseqovinanın sabiq müdafiə nazirinin müavini Emir Sulyagic jurnalistlərə açıqlamasında söyləyib. “Tarixində Xocalı və Srebrenitsa faciələrini yaşamış ölkələr olaraq biz bir-birimizə kömək etməli və arxalanmalıyıq. Bu baxımdan, Avropa ölkələrindən kömək gözləməməliyik. Tarixə baxanda görürük ki, başımıza fəlakətlər gəldikdə nəinki Avropa, dünyada heç kim bizim köməyimizə çatmadı”, - deyə E.Sulyagic qeyd edib.
Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu iyunun 16-da işə başlamışdı.
Ermənistanın danışıqları və gələcəkdə Cənubi Qafqazda əldə olunacaq sülhün təməlinə haram qatmağa çalışdığı bir vaxtda Azərbaycan dövləti 29 il ermənilərin işğalında qalmış və qismən dağıdılmış Şuşanı dialoq və sülh şəhərinə çevirmək üçün əlindən gələni edir. Dövlət təkcə Şuşanı qurmur, yenidən tikmir, abadlaşdırmır, həm də Şuşa üzərindən bütün dünyaya dialoq, sülh, əməkdaşlıq təklif edir. Şuşanın işğal şəhərindən mədəniyyət paytaxtına çevrilməsi bu istiqamətdə Azərbaycan dövlətinin atdığı ən ciddi addımlardandır. İşğaldan azad edilən hər kənddə, qəsəbədə, rayon və şəhərdə bu işin əlamətləri görünməkdədir. Azərbaycanın iradəsi ilə azad edilən Şuşada keçirilən tədbirlərin əhəmiyyəti və təsir gücü daha artıqdır. Müharibədən keçən 1 il 8 aya yaxın müddətdə savaşın ən qaynar nöqtəsi, xalqın ən yaralı yeri olan Şuşanın obrazını dəyişmək Azərbaycan tərəfinin sülhə necə həssas yanaşdığını bir daha ortaya qoymuş olur. Bu tədbirin önəmi barədə nələri demək olar? Azərbaycanın nəinki Bakısı, artıq azad Şuşası da beynəlxalq tədbirlərə ev sahibliyini yüksək səviyyədə həyata keçirir, bu, qürurlandırıcı faktdır. Həm də Ermənistan və Azərbaycan arasında müqayisə aparmaq imkanı yaradan fakt... dia-az.life-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki. Azərbaycanın Şuşada beynəlxalq tədbirləri keçirməkdə bir neçə məqsəd və hədəfi var: “Bu gün ölkəmiz belə tədbirləri Şuşada keçirməklə dünyaya özünü ”yazıq" millət kimi təqdim edən Ermənistanı ifşa edir. 30 il Ermənistan dünyanı inandırmağa çalışdı ki, guya azərbaycanlılar vəhşidir, onlarla birgə yaşamaq mümkün deyil. Ancaq Vətən müharibəsində qələbədən sonra bütün dünya gördü ki, əsl vəhşi məhz Ermənistandır. Artıq bu tədbirlərlə Ermənistanın həqiqi siması ifşa olunub, biabırçı vəziyyətə düşüb. Digər hədəf və məqsəd Şuşanın Azərbaycan şəhəri olması barədə dünyaya mesaj verməkdir. Qonaqlar həm ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə görür, həm də bu torpaqların Azərbaycana məxsus olduğuna bir daha əmin olurlar. Onlar həm də Şuşada quruculuq və abadlıq işlərinin hansı sürətlə aparıldığının şahidi olurlar". Deputat təsdiqləyir ki, bütün bunlar eyni zamanda, qələbəmizin daha da möhkəmlənməsinə töhfə verir: “Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində ”Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı" mövzusunda panelin keçirilməsinə gəldikdə isə hesab edirəm bu çox doğru qərar və addımdır. Bu paneldə Azərbaycanın bölgəyə sülh, təhlükəsizlik və inkişafın gəlməsini istədiyi, Ermənistanın isə bu prosesə mane olduğu açıq şəkildə qeyd olundu. Eyni zamanda Ermənistanın sülhə məcbur edilməsi üçün səylərin artırılmasının əhəmiyyəti vurğulandı. Hesab edirəm bu addımlar Ermənistanı siyasətini dəyişməyə məcbur edəcək. Ermənistan dirəniş göstərdikcə daha da ifşa olunur və daha da ağır duruma düşür".
Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirdədir ki, Şuşa artıq təkcə mədəniyyət tədbirlərinə deyil, həm də beynəlxalq statuslu siyasi, iqtisadi, humanitar forum və konfranslara ev sahibi edir və bölgənin dialoq, əməkdaşlıq platformalarından birinə çevrilir: “Detallarına varmaq istəmirəm, amma bununla bağlı dövlətimizin Cənubi Qafqazda və daha geniş ərazidə, subregionda yaşayan xalqların sülh, əmin-amanlıq və qarşılıqlı faydalı əməkdaşlıq içərisində yaşamaları üçün strateji hədəflərinin olduğunu düşünürəm. Bu baxımdan, hesab edirəm ki, Şuşa yaxın gələcəkdə Qafqazın Davosuna çevrilə və hətta ondan daha üstün statusa yiyələnə bilər IX Qlobal Bakı Forumu çərçivəsində. Şuşada ”Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurulması və inkişafına baxışı" mövzusunda panelin keçirilməsinə gəldikdə isə, qənaətimə görə, müzakirə edilən məsələnin özü də sülhü, əməkdaşlığı təbliğ edir". E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycan təkcə işğaldan azad etdiyi əraziləri deyil, bütövlükdə Cənubi Qafqazı yeni bir müstəviyə daşımaq, Şuşanı bölgənin inkişafına, sülhə, əmin-amanlığa töhfə verən azadlıq adasına çevirmək istəyir: “Şuşa hətta indiki görkəmi ilə də müharibədən sülhə və əməkdaşlığa qısa müddət ərzində transformasiya olunmağın mümkünlüyünü ifadə edir. Bu, çox vacib məqamdır və geosiyasi nağıllar üzərindən bəşəriyyəti ciddi cağırışlar qarşısında qoyanlar üçün unikal nümunədir”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə qeyd etdi ki, Şuşa şəhəri hazırda bir çox potensialı ilə Azərbaycan dövləti tərəfindən təşviq edilir: “Şuşada təkcə böyük abadlıq və quruculuq işləri aparılmır. Şuşa eyni zamanda həm ölkəmizin, həm də regionun ən önəmli mərkəzlərindən biri halına gəlir. “Şuşa ili” çərçivəsində Şuşada həm yerli, həm beynəlxalq səviyyədə vacib konfranslar ərsəyə gətirilir. Şuşada BMT-nin dünya səviyyəli iclasları baş tutdu. Eyni zamanda dəfələrlə lokal, regional və qlobal siyasi əhəmiyyətə malik tədbirlərə də Şuşa ev sahibliyi edir. Təkcə siyasi deyil, həm də humanitar, mədəni, iqtisadi tədbirlər də Şuşada keçirilir və bu proses artıq davamlı hal alıb. Şuşa hazırda iki kontekstdə diqqəti çəkir: birincisi, işğaldan azad edildikdən sonra öz tarixi missiyası ilə Azərbaycanın ən önəmli iqtisadi, ticari və turizm mərkəzlərindən biri kimi inkişaf etdirilir. İkincisi, dünyanın önəmli beyin fırtınalarının və siyasi gündəminin formalaşdırıldığı mərkəz halına gəlir. Qlobal Bakı Forumu iştirakçıları ilə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kontekstində dünyada nə qədər önəmli siyasi nüfuz qazandığını bir daha nümayiş etdirdi. Bu tədbirə qatılan 400-dən artıq siyasi xadim, dövlət başçıları, eks diplomatlar bütün dünyanı narahat edən vacib məqamlara toxundular. Şuşa gələcəkdə də beyin mərkəzlərinin vacib məkanlarından biri olmağa davam edəcək”.
Bəs “Bakı Forumunun iştirakçıları Şuşa tədbirindən sonra öz ölkələrində Azərbaycanın haqq işini müdafiə edəcəklərmi? Gözləntilər necədir? T.İsmayılov: ”Fikrimcə, bunu edəcəklər. Forum iştirakçıları Azərbaycanın qanuni haqları mövzusunda ədalətli mövqe qoyacaqlar. Eyni zamanda bu məsələdə bizim təbliğat imkanlarını genişləndirmiş olacaqlar".
Beləcə, azad olunduğu müddət ərzində bir çox mədəniyyət tədbirlərinə ev sahibliyini uğurlu şəkildə həyata keçirən Şuşamız növbəti beynəlxalq tədbirə qucaq açdı. Şuşamız mədəniyyət mərkəzi statusundan siyasi polemikaların mərkəzi statusuna doğru inamlı status qazanmaq yolundadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
|