"Metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil" - deputat
Tarix: 9-08-2022, 08:27 | Çap et
Hərbi geyimi qanunsuz daşıyanlarla bağlı məsələ yenidən gündəmə gəlib. Son günlər adi vətəndaşların hərbi forma geyinərək özlərini ordu generalı, zabit kimi təqdim etməsi halları artıb. Hərbiyə aidiyyəti olmayan bu şəxslər hərbi rütbəli formalar geyinməklə sosial hesablarında şəkil və videolar paylaşır, hətta bəziləri dələduzluq edirlər. Hərbi geyimdə olan mülki şəxslərin iştirakı ilə dələduzluq hərəkətləri belə qeydə alınıb. Bir neçə gün əvvəl isə sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib.
Bu dəfə isə sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayılıb. Müdafiə Nazirliyinin məlumatına görə, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur". Hərbi ekspertlər hesab edir ki, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir.
Xatırladaq ki, hərbi geyim formasını daşımaq hüququna Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi lisey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
Hüquqşünas Əli İbrahimov hesab edir ki, hərbi geyimdən sui-istifadə edənlərin cəzalandırılması ilə bağlı tədbirlər daha da sərtləşdirilməlidir: “Bu məsələ zaman-zaman mətbuatda yer alır. Hərbi geyimə icazəsi olanlar bu formadan istifadə etməlidir. Çünki formanın özünün müəyyən tələbləri var və onu geyən şəxslər müvafiq qaydalara əməl etməlidirlər. Vətən savaşından sonra hərbi geyimdən istifadə edənlərin sayı daha da artıb. Əlbəttə ki, odlu-alovlu müharibədən çıxmış hərbçilərimizin və qazilərimizin hələ də o hisslərlə yaşadığını anlayırıq. Prinsip cəhətdən qazilərimiz hərbi geyimin qaydalarına əməl edirlər. Amma bəziləri bu formadan sui-istifadə edir və şəxsi məqsədlərini həyata keçirirlər. Hətta özlərini müharibə iştirakçıları kimi aparırlar ki, bu, yolverilməzdir. Hərbi geyimin ucuzlaşdırılmasından qazi və müharibə veteranlarının özləri də narahatdırlar”. dia-az.life xəbər verir ki, millət vəkili Fazil Mustafanın “Şərq”ə açıqlamasına görə, hərbiyə aidiyyəti olmayan şəxslərin forma geyinib şəkil, video paylaşması, şəhərdə o formada gəzməsi, guya, vətənpərvərlik nümunəsi kimi göstərilsə də, hoqqabazlıq elementidir:
“İnsanlar, hərbi, dini və başqa bir sahəyə mənsub geyimlərlə manipulyasiya edirlər. Hərbiyə aidiyyəti olmayan insanların hərbi geyimdə olması üçün müvafiq strukturların razılığı olmalıdır. Bundan əvvəlki müdafiə nazirinin dövründə millət vəkillərinin hərbi hissələrə səfərləri təşkil edilirdi. Bu səfərlər çərçivəsində biz də hərbi geyimlər geyinirdik və bu geyimlər bizə nazirlik tərəfindən təqdim olunurdu. Bu səfərlər bir növ təbliğat xarakterli olduğu üçün milət vəkili və ya digər dövlət qurumu əməkdaşlarının hərbi hissələrə gedərkən əsgərlə eyni geyimdə olmağı effektiv hal kimi dəyərləndirilirdi. Amma dələduzluq və hoqqabazlıq məqsədi ilə hərbi geyimlərdən sui-istifadə etmək yolverilməzdir. Fikir versəniz, ordudan tərxis olunmuş insanların bir qismi də özlərini göstərmək üçün hər yerə hərbi formada gedirlər. Hansı ki axtarsan, həmin şəxslərin çoxu fərari çıxar. Əsl qazilər, döyüşçülər belə şeylərlə diqqət mərkəzinə gəlməyi xoşlamırlar. Döyüş yolu keçən şəxslərin paradlarda, hərbi tədbirlərdə medallarını taxmaq üçün hərbi forma geyinməsi başadüşüləndir. Amma metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil. Düzdür, ortada dələduzluq faktı olmadığı müddətdə hərbi geyimdə gəzdiyi üçün kimisə cəzalandırmaq doğru deyil. İnsanlarımız özləri diqqətli olmalı və bu cür həssas mövzular üzərindən reytinq yığmamalıdır. Hərbi geyim konkret xidmət göstərən insanlara aid bir formadır. Heç bir tələb olmadığı halda kimlərinsə özünü vətənpərvər kimi göstərmək üçün bu geyimi geyinməsi səmimiyyətdən uzaqdır”.
Deputat deyib ki, hərbi geyimdən dələduzluq məqsədi ilə istifadə edənlərə gəldikdə isə onlarla bağlı ciddi addımlar atılmalı, sərt cəzalandırılmalıdırlar. Bununla bağlı Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilməlidir: “Özünü rütbəli şəxs kimi təqdim edərək şəhid ailəsini, qaziləri aldadan, onların etibarından sui-istifadə edən, bu məqsədlə insanlardan pul yığan adamlara qarşı məhkəmədə yüngülləşdirici hallar tətbiq edilməməlidir. Onlara qarşı ən ağır cəzalar verilməlidir ki, bu tendensiya ənənə halını almasın”.
Hərbi formaların açıq satışda olduğunu vurğulayan millət vəkili onları əldə etməyin elə də çətin olmadığını deyib:
“Hətta hərbiçilərin özləri belə formalarını adi mağazalardan alır deyə onun satışını məhdudlaşdırmaq mümkün deyil. Bu məsələdə cəmiyyət ayıq-sayıq olmalı, hərbi geyimlə dələduzluq edən ünsürlərin ifşasında müvafiq qurumlara dəstək verməlidir. Əgər kiminsə qonşusu bu cür fırıldaqçılıqla məşğuldursa, buna qarşı həssas olmalı və aidiyyəti qurumların diqqətinə çatdırmalıdır ki, başqaları da zərər görməsin”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|