“Azərbaycan hansı yolla olursa-olsun, ərazilərini azad edibsə, halal olsun!” - Fazil Mustafa
Tarix: 31-08-2022, 08:37 | Çap et
Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri, iqtisadçı alim Qubad İbadoğlu sensasiya sayılacaq iddia ilə çıxış edib. O, sosial şəbəkə hesabında yazıb: “Azərbaycan rəsmilərindən Laçın yolunun çəkilişinə sərf olunan büdcəni, Laçından çıxarılan ermənilərə ödədiyi təzminat məbləğlərini açıqlamağı, şəffaf və hesabatlı olmağı tələb edir, Qarabağda korrupsiyaya son qoymağa çağırıram!”
Qeyd edək ki, onun bu paylaşımı dərhal erməni sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Erməni jurnalist Roman Baqdasaryan Q.İbadoğlunun paylaşımını skrin edərək, rusca oxucuları ilə bölüşüb. Belə bir iddia sosial şəbəkədə yayıldıqdan sonra bir sıra siyasi fəallar da məsələyə reaksiya verib. “Azərbaycan dövləti xüsusilə Zabuxda evləri salamat vermək qarşılığında ermənilərə kompensasiya ödəyib? Ümid edirəm ki, bu iddia yalandır! Əgər həqiqətən belə bir şey edilibsə, bu, hər mənada çox ciddi yanlışdır!” - statusların birində deyilir.
Qeyd edək ki, iddia ilə bağlı rəsmi açıqlama hələ ki yoxdur. dia-az.life-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Qarabağ və korrupsiya sözünün bir yerdə işlədilməsi Qarabağın 30 il davam edən işğaldan azad olunması və tarixi zəfərimiz kontekstində çox cılız görünür: “Bu eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən böyük işlərə, tarixi qayıdışımıza kölgə salır. Hesabatlılıq və şəffaflıq, əlbəttə, çox yaxşı amildir. Elə isə gəlin millət olaraq özümüzə hesabat verək, görək biz belə çətin beynəlxalq şərtlər içərisində və belə mürəkkəb regionda Qarabağı necə azad edə bildik. Hesablayaq görək biz 44 günlük müharibədə erməni işğalçı ordusunun silah və sursatını, döyüş texnikasını, hava hücum vasitələrini, tank və artilleriya qurğularını, şəxsi heyətini və. s məhv etməklə Ermənistana nə qədər maddi və mənəvi ziyan vurduq. Hesablayaq ki, 30 illik işğal dövründə ermənilər kənd və şəhərlərimizi, tarixi abidələrimizi, dini və mədəni tikililərimizi dağıtmaqla bizə nə qədər ziyan vurublar. Savadlı və xarici dil bilən iqtisadçılarımız bunları hesablasın və elə Avropanın müvafiq qurumları qarşısında bütün bunlarla bağlı Ermənistana qarşı iddia qaldırsınlar. Bu gün milli maraqlarımız bunu tələb edir.
Biz tarix qarşısında bir xalq olaraq milli hesabatımızı 44 günlük müharibədə verdik və alnıaçıq çıxdıq, postmüharibə dövründə də eyni prinsipiallıq və əzmkarlıqla davrandıq. Cəmisi bir neçə gün bundan öncə Laçına , Zabuxa, Susa qayıtdıq. Qarşıda bütün ərazilərimizdə qanunlarımızın tətbiqi və işləkliyini təmin etmək kimi vəzifələrimiz var. Laçının azad olunması bu istiqamətdə açar rolunu oynayırdı. Əsas məsələ budur. Görünür, bunlar kimlərisə narahat edir, kimlərinsə xoşuna gəlmir. İndiki vəziyyətdə özümüzü təftiş edib olub-olmayan məsələlərlə bağlı süni gündəm yaratmaqdansa enerjimizi ictimai mənafelərimiz baxımından daha faydalı olan işlərə sərf edək. Ermənilərə əleyhimizə istifadə üçün fürsətlər yaratmayaq".
Millət vəkili Fazil Mustafa isə bunları söylədi: “Azərbaycanda iki cür azərbaycanlı var: ağlı başında olanlar, olmayanlar. Ağlı başında olanlar məsələyə bu cür yanaşır ki, kiminlə istəyirsən danışıq apar, istəyirsən pulla, istəyirsən hərb yolu ilə, ərazilərimiz azad olunsun. Digərləri isə məsələyə sanki bu cür yanaşır ki, bu torpağı niyə azad etmişiniz, bizim nəyimizə lazımdır. Ümumiyyətlə, bizə, Azərbaycana nə lazımdır? Lap tutaq ki, ərazilərimizi azad edib, əlavə 10-20 milyon pul xərcləmişik. Nə olsun? Bu, maliyyə xərclərimizdən daha böyük vəsait deyil ki. Onda belə çıxır ki, Azərbaycan bütün sirlərini açıb ortaya qoymalıdır ki, torpaqlarını necə azad edib? Bizə torpağın azad olunması lazımdır. Bu torpağın azad olunmasına da ağıllı Azərbaycanın hamısı sevinir. Bəli, Azərbaycan bunun üçün qeyri-rəsmi yollarla müxtəlif addımlar atır. İndi bunların hamısı açıqlanmalıdır? Bəlkə onu da açıqlayaq ki, Ermənistanın daxilində nə qədər agentimiz var, onlara nə qədər pul xərcləmişik? Nə qədər Qarabağın içərisində agentimiz var, bəlkə onların şəkillərini çəkib şəffaf şəkildə göstərək, zati-aililəri də onu paylaşsınlar? Əlbəttə ki, ermənilər bu cür məlumatları göydə qapacaq. Ona görə heç bunu müzakirəyə çıxartmağın mənası yoxdur. Beləliklə, həmin yersiz ittihamlar məni o qədər təəccübləndirdi ki, sanki ərazilərimizin azad olunmasını narazılıqla qarşılayırlar. Əgər dövlətimiz bu məsələdə hansısa pulla nəyəsə nail olubsa, halal olsun dövlətimizə, dövlətimizin rəhbərinə! Hansı yolla Qarabağı azad ediblərsə, halal olsun! Ən başlıcası odur ki, həmin ittihamları deyənlərin kəndini Azərbaycan Ordusu işğaldan azad edib. Heç olmasa, onlar bu məsələyə daha həssas yanaşmalı idilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
|