"Azərbaycan Fərruxda keçirdiyi əməliyyatları Xankəndində də keçirəcək" - deputat
Tarix: 1-11-2022, 09:39 | Çap et
DİA.AZ Milli Məclisin deputatı Hikmət Babaoğlunun hafta.az-a müsahibəsini təqdim edir:
-Hikmət müəlllim, ermənilərin üçtərəfli Soçi görüşü ərəfəsində Xankəndində keçirdiyi mitinqlər nəyə hesablanır?
-Soçidə keçirilən üçtərəfli görüş ərəfəsində Xankəndində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan mitinqin keçirilməsi və ökəmizin əraz bütövlüyünün, suverenliyinin əleyhinə fikirlərin səslənməsi ermənilər tərəfindən təşkil olunan kütləvi təxribat hadisəsidir. Belə təxribatlar təkcə ermənilər tərəfindən deyil, Rusiyadakı bəzi hərbi, siyasi elitanın dəstəyi ilə baş verir. Bu, eyni zamanda Ermənistandakı radikalların, revanşistlərin və hakimiyyətə bağlı bəzi qruplaşmalarının dəstək verdiyi bir tədbir kimi də görünür.
Xankndində keçirilən mitinq əvvəlcədən planlaşdırılmış, Azərbaycanın müstəqiliyinin əleyhinə olan bir aksiyadır. Əslində bu, həm də üçtərəfli bəyanata əsasən Ermənistanın üzərinə götürdüyü öhtəliklərin etibarsızlaşdırılmasıdır. Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda hər hansı bir statusdan yox, Azərbaycanın bütün ərazisində suveren hüquqlarınn bərpasından söz gedir. Ona görə də Xankəndindəki aksiyalar, həm də revanşizm cəhdləri kimi qiymətləndirilməlidir. Əgər Qarabağda yaşayan ermənilər bu cür sərsəm iddialarla kütləvi mitinqlər keçirib Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini şübhə altına alan şüarlar səsləndirəcəklərsə, Azərbaycan öz Konstitusiya hüququ çərçivəsində belə mitinqləri dağıtmağa və bu cür qanunsuz aksiyalarla bağlı tədbirlər görməyə hazırdır. Azərbaycan öz suverenliyi, müstəqilliyi əleyhinə fikirlər səsləndirənləri, kim olursa-olsun, qanun çərçivəsində məsuliyyətə cəlb etməyə hazırdır. Buna görə də Qarabağda yaşayan ermənilər bu cür sərsəm iddialarına son qoymalıdırlar. O ki qaldı belə aksiyaların Soçidə keçirilən üçtərəfli görüşə hər hansı təsir göstərməsinə, şübhəsiz ki, heç bir təsiri olmayacaq. Bunu Azərbaycana diplomatik təzyiq vasitəsi kimi göstərməyi hədəfləyənlər bilsinlər ki, onların bu niyyətləri baş tutan deyil. Tam əksinə, bu cür mövqe Qarabağda Azərbaycan qanunlarına qarşı çıxan ermənilərin bundan sonra da Azərbaycan ərazilərində mövcud olması məsələsini gündəmə gətirə bilər. Azərbaycan bundan da imtina edə bilər...
- “Rus İcması” oyunu və ermənilərin rus sülhməramlılardan rus icmasını qorumaq üçün qalmalarını istəmələri hansı siyasətdir, nəyə hesablanıb?
-Qarabağda heç bir “rus icması” yoxdur. Qarabağda “rus icması” adı altında bu mitinqlərə qatılanlar, ordakı sülhməramlılar, yaxud kənardan gətirilmiş öyrədilmiş şəxslər ola bilər. Ona görə də əgər Qarabağda qalan ermənilər hesab edirlərsə ki, bu cür fəaliyyətlərinə görə Rusiyadan dəstək alacaqlar, yanılırlar. Çünki Rusiya Federasiyası ilə Azərbaycan arasında 2022-ci il, fevral ayının 22-də müttəfiqlik haqqında birgə fəaliyyətlə bağlı müqavilə imzalanıb və bu müqavilənin bəndlərindən biri də bir-birinin daxili işlərinə qarışmamaqla bağlıdır. Azərbaycan bu cür radikal, qanunları pozan vətəndaşlarına qarşı öz hüququnu tətbiq edəndə heç kəs Azərbayacanın daxili işinə müdaxilə edə bilməyəcək. Ona görə də yaxşı olardı ki, bu cür təxribatlara yol verməkdənsə, Qarabağda yaşayan ermənilər və ora başqa yerlərdən gələn qruplar hamısı Azərbaycana mümkün inteqrasiya barəsində düşünsülər. Əks təqdirdə Azərbaycanın qəti mövqeyi var və ölkə Prezidenti də deyib: Azərbaycan qanunlarına tabe olmayanlar getsinlər özlərinə başqa yerdə yaşayış məskəni axtarsınlar.
-Hikmət müəllim, Xankəndidəki qondarma rejim saxta referenduma hazırlaşaraq “konstitutsiyaya düzəliş” etməyi və ikili vətəndaşlığa icazəni təklif edir. Üstəlik “rus icması”, rus məktəblərinə ədəbiyyatların verilməsi və Qarabağda provaslav kilsəsinin tikilməsi, onun rolundan danışırlar. Yenə Azərbaycan daxilində özlərinə dövlət qurmaq istəyir və rusların müdafiəsi üçün sülhməramlılardan dəstək istəyirlər. Hətta ermənilər Qarabağda öz “nazirliklərini” də yaradıblar. Bu vəziyyət Azərbaycandan hansı addımın atılmasını tələb edir?
-Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olduğu bir dövrdə Azərbaycan heç nəyi güzəştə getmədisə, bu gün ağılsızcasına Azərbaycanı hansısa güzəştə məcbur etmək məqsədləri sərsəmlikdir. Azərbaycan əsala buna gedə bilməz və getməyəcəkdir. Çünki Azərbaycan qalib ölkədir.
Ermənilər isə bu gün özlərinə sahib axtarirlar. Onlar sahibsiz yaşaya bilmirlər. Artıq bir şeyi unutmamalıdırlar ki, əgər Azərbaycan qanunlarına tabe olacaqlarsa, onlara ən yaxşı sahibliyi Azərbaycan edəcəkdir. Ona görə də başqa yerdə özlərinə sahib axatarmaq baş tutan deyil. Çıxış yolu Xankəndiyə nəzarəti tamamilə əlimizə almaqdır. Əgər bu cür kütləvi tədbrlər təşkil olunacaqsa və orda Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini şübhə altına alan çağırışlar səsləndiriləcəksə, ərazilərimizə üçüncü ölkə dəvət olunacaqsa, Azərbaycan Fərruxda keçirdiyi əməliyyatları Xankəndində də keçirəcək və onun suverenliyini şübhə altına alan varsa hamısını həbs edib cəzalandıracaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
|