Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                 

"Korrupsiya faktı ilə saxlanan məmurlara ən ağır cəza verilməlidir" - ÇAĞIRIŞ
Tarix: 4-11-2022, 08:52 | Çap et
"Korrupsiya faktı ilə saxlanan məmurlara ən ağır cəza verilməlidir"
Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov, Protokol şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİA.AZ bildirir ki, DTX-nin keçirdiyi əməliyyatın detalları açıqlanmasa da, nazirliyin yüksək vəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldıqları bildirilir. O da məlum olub ki, əməliyyat keçirilən gün nazir Anar Kərimov işdə olmayıb. Mətbuatda yer alan məlumata görə, Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparıb, Anar Kərimovun vəzifədə olduğu dövr təftiş edilib. Yoxlamaların nəticələrinə gəlincə, nazirlikdə külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olunur.

Lakin hələlik bununla bağlı rəsmi məlumat dərc olunmayıb. Qəribə görünsə də, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Korrupsiya olayında adı hallanan Əbülfəs Qarayev 2020-ci ilin mayın 21-də vəzifəsindən azad edilmiş, bir müddət sonra onun yerinə Anar Kərimov gətirilmişdi. İlk baxışda yeni nazirdən gözləntilər müsbət olsa da, cəmi bir ildən sonra belə neqativ halların üzə çıxması təəssüf doğurur. İddialara əsasən, Anar Kərimovun əvvəlki rəhbərliyin yol verdiyi səhvləri təkrarlaması onun tezliklə vəzifəsini itirməsinə səbəb ola bilər.

Nazirlikdəki əməliyyat barədə danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, ortada korrupsiya faktı varsa, ciddi araşdırılmalı və qanunauyğun şəkildə addım atılmalıdır: “Bir nazirlikdə iki dəfə eyni hadisə baş verirsə, deməli, hamı məsuliyyət daşıyır. Korrupsiya və rüşvətlə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Dövlət başçısı dəfələrlə korrupsiya ilə bağlı xəbərdarlıq edib.

Bundan sonra dərhal müəyyən tədbirlər həyata keçirilir, yoxlamalar aparılır. Ancaq yenə də fikir verirsən ki, korrupsiya hallarına yol verirlər. Açığı, mən düşünürdüm ki, 44 günlük Vətən müharibəsindən sonra korrupsiya ilə bağlı məsələlər bir balaca öz həllini tapar. Təəssüflər olsun ki, mən hazırda onun əksini gördüm. Bu, bizim millətimiz və dövlətimizin təhlükəsizliyi üçün ciddi problemdir. Mənimsəmə halları ciddi araşdırılmalı, dövlət büdcəsi üzrə nəzarət mexanizmi gücləndirilməlidir. Hesablama Palatası daha ciddi yoxlamalar aparmalıdır. Yoxlamanın nəticələri ciddi müzakirə obyektinə çevrilməlidir. Şəffaflıq təmin olunmalıdır.

Qeyri-hökumət təşkilatları yoxlamalara çağırılmalıdır”. V.Əhmədov xüsusilə vurğulayıb ki, korrupsiya şübhəsi ilə saxlanan məmurlar ağır cəzaya məhkum edilməlidirlər: “İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri gedir. Bura böyük vəsaitlər xərclənməlidir. İri layihələr həyata keçiriləcək. Yəni bu, ciddi məsələdir. Cinayətə bulaşmış insanlar sözün əsl mənasında cəzalarını almalıdırlar. Yoxsa görürsən ki, adam bir-iki il həbsdə yatır, çıxdıqda yenə öz kefi ilə hərəkət edir”. Anar Kərimovun işdən çıxarılması ehtimalına gəlincə, deputat araşdırmanın nəticəsindən sonra hər şeyin bəlli olacağını vurğulayıb: “Nazirin vəzifədən kənarlaşdırılması Prezidentin səlahiyyətində olan məsələdir. Doğrudur, nazir müavini, digər vəzifəli şəxslər saxlanılıblar. Ancaq saxlanılma səbəbi ilə bağlı dəqiq fakt yoxdur. Nəyə görə saxlanıldıqları ilə bağlı məlumat verildikdən sonra hansısa qərar veriləcək. Bu, daha doğrudur. Nazir hələ təzədir, araşdırmalardan sonra hər şey bilinəcək”.
Anar Kərimov 2021-ci ildən mədəniyyət naziri vəzifəsində çalışır. O, daha öncə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi olub. Mədəniyyət Nazirliyində aşkarlanan yeyinti halları həqiqətən də heyrət doğurur. Bu, yeyinti, korrupsiyanın daha çox yollarda olduğu qənaətini də sarsıdır. Demək ki, mədəniyyətimizdə də oğrular varmış.

Məlum hadisə ilə bağlı “Şərq”ə danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mədəniyyət sahəsindəki yeyintinin, oğurluğun bağışlanmaz olduğunu bildirdi:

- Hər bir korrupsiya faktı millətdən, dövlətdən oğurluqdur, bu, birmənalıdır. Hər bir belə fakt, korrupsiya halı üzə çıxdıqda da məsuliyyət daşıyan şəxslər həbs edilir, vəzifəsindən kənarlaşdırılır. Mədəniyyət sahəsi niyə önəmlidir, çünki burada məsələ xalqın milli sərvətindən gedir. Başqa hansısa sahədə baş vermiş korrupsiya halını müəyyən qədər aradan qaldırmaq mümkündür. Məsələ maliyyədirsə, hansısa dərəcədə əvəz ediləcək, yerini tutacaq. Amma xalqın milli sərvətlərinə qarşı oğurluq edilirsə, onun yerini doldurmaq olmur.

Korrupsiya bir bəladır, onun kökü həm aşağıdan, həm də yuxarıdan kəsilməlidir. Amma bu gün mədəniyyətimizdə oğurluq varsa, deməli, oğurlanan bir millət olaraq hamımızın sərvətidir. Deməli, millətdən oğurluq edilib. Bu, xalqa, millətə və dövlətə qarşı ən ağır cinayətdir. Korrupsiya nədən yaranır? Vəzifəli şəxsin acgözlüyündən və dövləti, milləti sevməməkdən. Məmur əgər xalqını, dövlətini sevən olsa, korrupsiyaya yol verməz, dövlətin, xalqın malının oğurlanmasına razı olmaz. Korrupsiyanın kökü milləti, dövləti sevməklə kəsilər.

N.Cəfəroğlu vəzifələrə təyinat zamanı əsas meyarın savad, xarici ölkələrdə ali təhsillə deyil, dövlətə bağlılıq, xalqa sevgi olmasının vacibliyini önə çəkdi:

- Vəzifələrə milləti, dövləti sevən insanlar təyin edilməlidir. O insanlar ki, artıq dövlətə bağlılıqlarını, xalqa sevgilərini isbat ediblər. Belə insanlarımız var. Savadlı, həyat təcrübəsi olan insanlardır. Ən əsası isə uzun illər, hətta müxalif cəbhədə olmaqlarına, tənqidlərlə çıxış etmələrinə baxmayaraq dövləti və milləti sevən insanlar təyin edilməlidir.

Dövlətini sevən ondan oğurluq etməz, milləti, xalqı sevən onun milli sərvətlərinə xor baxmaz, qədrini bilər bu sərvətin. Vəzifələrə təyinatda məhz bu meyar əsas götürülməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru