İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                 

“Azərbaycana yeni müharibə elan edilib” - FAKT BUDUR...
Tarix: 12-08-2023, 09:17 | Çap et
“Azərbaycana yeni müharibə elan edilib”
Bu həftə Xankəndidəki oyuncaq rejimin “parlament rəhbəri” seçilən Daşnaksütyun partiyasının üzvü David İşxanyan, “seçkidən” əvvəl əsas nitqlə çıxış edib. O, nitqində açıq şəkildə Qarabağ ermənilərinin “müstəqillik hüququnun” reallaşması üçün mübarizə aparacağını bildirib.

1988-ci il “Qarabağ hərəkatı”nın fəal iştirakçısı olan İşxanyan İrəvanı Qarabağ məsələsində “aradan çıxmaqda” ittiham edib və “yeni yollar və tərəfdaşlar axtarmalı olduqlarını” bildirib.

“Lakin bizim bütün səylərimiz 1988-ci ildə formalaşmış mühüm strateji məqsədin həyata keçirilməsinə yönəldiləcək”, – o, qeyd edib.

Daha sonra o, “Qarabağın və onun xalqının təhlükəsizlik sisteminin əsas qarantı olan Qarabağ ordusunun” qorunub saxlanmasının və gücləndirilməsinin vacibliyini vurğulayıb.

İşxanyan Ermənistanla Qarabağ arasında münasibətlərin pisləşdiyini etiraf edərək, “parlamentlərarası əlaqələri” gücləndirməyə çağırıb.

Qeyd edək ki, İşxanyanın “parlament rəhbəri” seçilməsi Qarabağda birmənalı qarşılanmayıb. İşxanyanın özünün dediyinə görə, onun namizədliyi üçün hazırkı “prezident” Arayik Arutyunyan, eləcə də separatçıların əvvəlki iki lideri Bako Saakyan və Arkadi Qukasyan kampaniya aparıblar.

İşxanyanın açıqlamalarından belə nəticəyə gəlmək olar ki, separatçı liderlər əhalini yeni müharibəyə hazırlayır və rəsmi İrəvandan fərqli olaraq, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq niyyətində deyillər.

Belə çıxır ki, vəziyyət getdikcə daha da pisləşir. Əvvəlcə Araik Arutyunyan böyük bir televiziya müsahibəsi verir və bu müsahibədən hiss olunur ki, o, regionda yeni reallıqları qəbul etməkdən və ən azı bir qədər konstruktivlik nümayiş etdirməkdən xeyli uzaqdır. İndi isə “parlamentin rəhbəri” kimi barışmaz separatçı peyda olub və Qarabağ ermənilərinin bundan sonra yaşamalı olduğu yeni şərtlərə dözmək istəmir. Separatçı elitanın bu minvanla hara getdiyi ciddi sual doğurur. Yaşananlara az-çox rasional izah verərək belə nəticəyə gəlmək olar ki, onları fantastik bəyanatlar səsləndirməyə Moskva sövq edir, əvəzində şəxsi təhlükəsizlik və nəsə baş verdiyi təqdirdə Qarabağdan çıxarmaq zəmanət verir. Yeri gəlmişkən, sərt çıxışları ilə Azərbaycan hakimiyyətini qıcıqlandıran İşxanyan və Arutyunyan belə bir “nəsənin” baş vermə ehtimalını daha da yaxınlaşdırırlar. Bəs bütün bunlar kimə lazımdır və bütün bunlar sonda necə bitə bilər?

“Biz lap əvvəldən bu barədə danışırıq: zaman keçdikcə vəziyyət daha da pisləşəcək və Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingenti Ermənistan hakimiyyəti və Xankəndi ilə razılaşdırılmış siyasət apararaq, münaqişənin həllinin son nöqtəsinə çatmağa imkan verməyəcək”.

DİA.AZ bildirir ki, bunu Press Kluba açıqlamasında politoloq, təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl deyib. “Ona görə də, 44 günlük müharibə başa çatdıqdan sonra biz təzyiqlərin artırılmasının və Xankəndi məsələsinin qalib dövlət mövqeyindən həllinin vacibliyini xüsusilə vurğulayırdıq”.

Onun fikrincə, son hadisələr – Araikın dünya birliyinə müraciəti, daşnak İşxanyanın qondarma “parlament sədrliyinə” gətirilməsi yeni strateji hədəflər olduğunu göstərir. “Hətta deyərdim ki, Araikin “təcili xəbərdarlıq çağırışı” Azərbaycana müharibə elanı idi. Xəbərdarlığın tonu, Azərbaycanı “humanitar fəlakətin yaradıcısı” kimi qələmə verərək beynəlxalq ictimaiyyət tərəfindən təzyiq cəhdi və Azərbaycanı bilərəkdən təxribata cəlb etmək müharibə elan etməyə bərabərdir.

Bu, təkcə separatçı rejimin liderlərinin deyil, Rusiyanın da mövqeyidir”, – politoloq hesab edir.

“Ermənistanda hakimiyyəti dəyişdirə bilməyən Rusiya Xankəndinə Paşinyana müxalifətdə olan daşnak partiyasının üzvünü parlamentə gətirir. Baş nazir Paşinyanın daşnak partiyasının xaricdə fəaliyyət göstərən bəzi üzvlərinə Ermənistana girişi qadağan etdiyi bir vaxtda Xankəndinə parlamentə daşnakın təyin edilməsi sadə siyasi gediş deyil. Bu o deməkdir ki, Xankəndində Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan daşnak bürosunun üzvü hakimiyyətə gətirilir, Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiqlər artır, rəsmi İrəvandansa, diasporla əməkdaşlıq etmək daha məqsədəuyğun hesab olunur. Bu, Rusiyanın rəhbərlik etdiyi separatçı rejimin yeni siyasi xəttidir və bunu onun strateji hədəflərinin dəyişməsinin əlaməti kimi qiymətləndirmək lazımdır. Araik Aruyunyanın İrəvana deyil, dünyanın aparıcı siyasi qurumlarına, o cümlədən BMT-yə, ABŞ, Fransa və Rusiya dövlət başçılarına son təcili müraciəti və beynəlxalq qüvvələrdən kömək istəməsi (əslində bu, istək deyil, tələbdir) yeni xəttin canlı nümunəsi hesab edilə bilər. Araik müraciətində Ermənistana mesaj göndərdi ki, “bizim sizə elə də böyük ehtiyacımız yoxdur, amma “Artsax” haqqında danışanda daha ağıllı olun”. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Xankəndi separatçıları üçün o qədər də önəmli deyil. Hətta iki ölkə arasında sülh sazişi imzalansa belə, onların “öz müqəddəratını təyinetmə” uğrunda mübarizəsi, daha doğrusu, müharibəsi davam edəcək”, – ekspert qeyd edib.

İlham İsmayıl hesab edir ki, bu prosesə ən ciddi təsir göstərə biləcək bir tərəf, bir qüvvə var – Azərbaycan. “Azərbaycan bir-birinin ardınca siyasi və hərbi təzyiq göstərməli, qarşı tərəfi çıxılmaz vəziyyətə salmalıdır. Ən azından neytrallaşdırmaq baxımından Türkiyənin Rusiyaya təzyiqini artırmaq lazımdır.

Erməni sərt təpki görməsə gedəcək məxluq deyil. Bir daha təkrar edirəm: Ermənistan silahlı qüvvələrinin ərazimizdən çıxarılmasının şərtləri müəyyən və elan edilsin; keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtması üçün zəruri siyasi və diplomatik addımlar gündəmə gətirilsin; Rusiya sülhməramlıları ilə təcili danışıqlar aparılsın və humanitar yüklərin Ağdam yolu ilə çatdırılması məsələsi həll edilsin; düşmənin son çağırışına qarşı beynəlxalq ictimaiyyət qarşısında informasiya təbliğatı aparılsın.

Sonda bu proses nəyə gətirib çıxara bilər? Azərbaycan 2025-ci ilə qədər məsələni həll edə bilməsə, tamamilə mümkündür ki, gələcəkdə beynəlxalq şərtlər və konyuktura bizim əleyhimizə işləsin. O zaman hesab edə bilərik ki, Rusiya Qarabağda qeyri-müəyyən müddətə qalmaq siyasətini davam etdirəcək”, – ekspert yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru