YAP-ın təşkilat sədri və oğluna cinayət işi açılıb: 250 min manat tələb olunur - TƏFƏRRÜAT
Tarix: 14-08-2023, 15:26 |
Çap et
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov və oğlu Şamil Cəfərzadə dələduzluqda ittiham olunur.
DİA.AZ bildirir ki, Gununsesi.info-ya daxil olan məlumata görə, Goranboy şəhər sakini 1967 -ci il təvəllüdlü İsmayılov Elçin Şəmil oğlu və oğlu, Bakı şəhəri Binəqədi rayonu 7 ci mikrorayon, keçid 1260, ev 7c, mənzil 113 ünvanında qeydiyyatda olan, 1994 cü il təvəllüdlü Cəfərzadə Şamil Elçin oğlu əlbir olaraq, Bakıda fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda pul “atıblar”.
İddia olunur ki, onlar mənimsədikləri pullara Bakı şəhərində 2 bahalı mənzil alıblar. Hazırda onlara qarşı irəli sürülən ittihamlar üzrə iş prokurorluq orqanlarında araşdırılır. Həmçinin şirkət tərəfindən məhkəmədə YAP sədri və oğluna 250 min manat təzminat davası açılıb.